Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
praqmatizm və pozitivizm təşkil edir. Sırf praqmatik, empirik biliklərin mütləqləşdirilməsi
Amerikan burjua dünyagörüşü üçün ənənəvi olan bu meyil xüsusilə birinci dünya
müharibəsindən sonrakı mərhələdə sosial psixologiyada özünə məxsus şəkildə təzahür edirdi.
Amerikada lap əvvəldən tətbiqi biliklərə meyil edən burjua sosial psixologiyası tamamilə və
bütünlüklə biznesə, hökumətə, orduya, təbliğata xidmət edirdi. Amerika psixologi yasının
tədqiqat problemlərində, həll etdiyi məsələlərdə, onların maliyyələşdirilməsi mənbəələrində bu
cəhəti bütün aydınlığı ilə görmək olur.
İkinci dünya müharibəsindən sonra sosial psixologiyanın inkişafında yeni mərhələ:
üçüncü dövrün ikinci mərhələsi başlayır. L.S.Vıqotski hələ 1927-ci ildə yazdığı “Psixoloji