Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 15
qiymətləndirilməsi ölçülərinə və insanın Amerika modelinə uyğun olaraq formalaşmağa
başlayırdı .
2. Sosial psixologiyada nəzəriyyələr təşəkkül tapır və bu nəzəriyyələr dövrün sosial
psixoloji fikrinin istiqamətini şərtləndirir. Onlar sosial-psixologiyanın tarixində xüsusi yer
tutan köklü nəzəriyyələr idi. Bu nəzəriyyələr özlərinin metodologiyası və özünəməxsus
sisteminə görə fərqlənirdi. Müasir psixologiyada onlar monoqrafik səpgidə geniş təhlil olunur.
Bu sahədə ilk addımları alman psixoloqu B. Myode və amerika psixoloqu F. Ollport atmışlar. Konkret tədqiqatlar əsasında sosial psixoloqlar fəhlələrlə sahibkarlar arasındakı
gərginliyi müəyyən qədər zəiflətməyə, məhsuldarlğı artırmağa, seçkilər zamanı ayrı-ayrı
xadimləri çox səs almasına nail ola bilirlər. Fərdin yaxın ictimai əhatəsindən asılı olaraq onun
davranışında baş verən dəyşiklikləri öyrənirdilər. Bununla da ümumi cəmiyyət miqyasında baş
verən ictimai hadisələrin dairəsi həddən ziyadə kiçilir, cəmiyyət daxilindəki ziddiyyətlər kiçik
qruplarda şəxsiyyətlərarası münasibətlərdəki ziddiyyətlərlə pərdələnir. Yəni ictimai
qanunauyğunluq psixoloji qanunlarla əvəz edilir.
Kiçik qrupların yaxud “Qrup dinamikasının” tədqiq edilməsinin əsas təşəbbüskarı C.