3. Sosial psixologiyanın müstəqil elm sahəsi kimi formalaşması (ikinci dövr) Birinci dövrdən fərqli olaraq artıq ikinci dövrdə ilk sosial-psixoloji tədqiqatlar aparılır və
ilk sosial-psixoloji nəzəriyyələr, məsələn, M.Latsarus və Q.Şteyntahn «Xalqlar psixologiyası», Q.Lebon və S.Sigelenin «Kütlə psixologiyası», V.Mak-Dauqollun «Sosial davranış instinktləri» nəzəriyyələri yaranır.
Həmin nəzəriyyələr hələ təsviri xarakter daşıyırdı və əsasən empirik faktlara istinad
edirdi. Bunu nəzərə alaraq sosial psixologiyanın inkişafının ikinci dövrünü, adətən, təsviri dövr adlandırırlar. Lakin, bununla belə, həmin nəzəriyyələrin meydana çıxması sosial-
psixoloji biliklərin inkişafı baxımından olduqca əhəmiyyətli idi.