Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 13
“başsızdır”, “intizamsızdır”. Özün müstəqil olaraq müəyyən qanun-qayda yaratmaq iqtidarında
deyildir. Ona görə də kütləyə mütləq rəhbər lazımdır. Həmin rəhbər kənardan gələrək kütlə
içərisində qanun-qayda yaratmalıdır.
Sosial psixologiyanın müstəqil elm sahəsi kimi təşəkkül tapmağa başladığı dövrdə sosial-
psixoloji hadisələrə yanaşmaqda iki təmayül diqqəti cəlb edir. Birincisi, Psixologiyadan sosial
psixologiyaya gedən alimlər (V.Vundt, T. Ribo) çalışmışlar ki, fərdi empirik psixologiyanı
xalqın fövqəlfərdi, ruhun təzahürü olan ali psixi hadisələr (nitq, təfəkkür, şüur, özünüdərketmə)
haqqında məlumatlarla zənginləşdirsinlər. İkincisi, Q. Kont və Spenserin sosiologiyasına
istinad edən tədqiqatçılar ( Lebon, Q. Tard, N. K. Mixaylovski) isə çalışmışlar ki, ictimai
hadisələri psixi hadisələrə müncər etsinlər və həmin zəmində başa düşsünlər. Sonralar bu iki
təmayül yaxınlaşmağa və qovüşmağa başlamışdı. Sosial psixologiyanı ikinci dövrdə süürətlə
inkişaf etməyə başlaması elmi və ictimai tərəqqi ilə bağlı idi və dövrün özünün sosial
tələblərindən nəşət edirdi.
Bir tərəfdən sosiologiya və psixologiya müstəqil elm kimi formalaşır, o biri tərəfdən
sosologiyada psixoloji istiqamət, psixologiyada isə sosoloji istiqamət yaranır və tədricən
həmin istiqamətlərin bir-birinə yaxınlaşması meyli müşahidə olunur. Bununla yanaşı dilçilik,
antropologiya, etnoqrafiya, arxeologiya kimi elmlərin inkişafı müəyyən sosial-psixoloji
problemlərin həllini tələb edirdi. Sosial psixologiyanın müstəqil bir elm sahəsi kimi
formalaşması dövrün özünün sosial tələblərindən nəşət edirdi. Kapitalizm cəmiyyətində
ictimai münasibətlər kəskin antoqonist xarakter almışdı. K. Marks və F. Engels tərəfindən
dialektik və tarixi materializmin yaradılması ilə ictimai fikir tarixində yeni mərhələ başlamışdı.
Sosial-psixologiyanın birinci inkişaf mərhələsində olduğu kimi ikinci mərhələsində də
onun paradiqmaları müxtəlif sosial-mədəni hadisələrdə və proseslərdə əks olunurdu.
Azərbaycanda sosial psixologiyanın ikinci mərhələsi bilavasitə maarifçiliklə bağlı
olmuşdur. Azərbaycanda maarifçilik ictimai fikrin inkişafında önəmli rol oynamış, Azərbaycan
fəlsəfəsi, pedaqogikası, ədəbiyyatı kimi sosial-psixologiyasının inkişafına da özünəməxsus
təsir göstərmişdir. Bu dövrdə müxtəlif bədii əsərlərdə, ilk növbədə, Cəlil Məmmədquluzadənin
«Dəli yığıncağı» əsərində təsviri sosial psixologiya üçün səciyyəvi olan xüsusiyyətlər bütün
aydınlığı ilə özünü göstərir. Cəlil Məmmədquluzadə maarifçi idi və öz yaradıcılığında
maarifçilik ideyalarından bəhrələnirdi. O, Qori müəllimlər seminariyasında psixologiya elmini
bilavasitə öyrənmişdi. Psixoloji təhlil onun əsərləri üçün səciyyəvi xüsusiyətdir.
Sosial psixologiyanın ikinci dövrdə sürətlə inkişaf etməyə başlaması müxtəlif amillərlə
- elmi və ictimai tərəqqi ilə bağlı idi. Bir tərəfdən, sosiologiya və psixologiya müstəqil elm
kimi fonnalaşır, o biri tərəfdən, sosiologiyada psixoloji istiqamət, psixologiyada isə bu və ya