Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 26
müəyyən edir və onun asılı olmayan kəmiyyətlə necə şərtləndiyini yoxlayır. Bu zaman
tədqiqatçı belə hesab edir ki, asılı kəmiyyətin böyüklüyü asılı olmayan kəmiyyət ilə müəyyən
olunanacaqdır.
Məsələn. Görəsən adamlar bir-birlərinə hansı şəraitdə və necə köməklik göstərirlər ? Bu
önəmli sosial-psixoloji fenomen hansı amillərlə şərtlənir ?
(Latans və Darli eksperimenti)
Müxtəlif tərkibli məsələn: 2, 3 və 4 nəfərlik sosial qrup təsəvvür edək. Kiməsə kömək
lazımdır. Görəsən bu sosial qrupdakı adamların hamısı - tutaq ki, hər ikisi, üçü və ya hər dördü
ona eynidərəcədə kömək göstərəcəkdir? Latans və Darli bu sahədə qrupun həcminin effektliyi
haqqında fərziyyə irəli sürmüş və onu eksperimental surətdə öyrənmişlər. Bu maraqlı
eksperimentin bəzi cəhətlərini ayırd edək.
La-tan-s və Dar-lin-in eksperimentində müxtəlif situasiyalar - iki nəfərlik, üç nəfərlik və
dörd nəfərlik situasiyalar yaradılır. Onların eksperimentində müvafiq situasiyalarda iştirak
edənlərin miqdarı asılı olmayan kəmiyyət kimi götürülmüşdür. Tədqiqatçılar onu dəyişməklə
asılı kəmiyyətin fenomenologiyasını araşdırmışlar. Təsəvvür edin ki, siz eksperimentdə iştirak
edirsiniz. Müəyyən olunmuş vaxtda gəlirsiniz və uzun bir dəhlizə düşürsününüz. Dəhlizdə
çoxlu kiçi otaqlar var. Eksperimentator sizi qarşılayır, otaqlardan birinə ötürür və qeyd edir ki,
o biri otaqlarda da ayrı-ayrılıqda beş tələbə yerləşdirilib. Onlarda sizinlə birlikdə
eksperimentdə iştirak edəcəklər. Eksperimentator sizə qulaqlıq və mikrofon verib gedir. Siz
qulaqlığı taxırsınız və tezliklə eksperimentatorun səsini eşidirsiniz: o eksperimentin bütün
iştirakçılarına təklif edirki, tələbə problemləri haqqında öz mülahizələrini bildirsinlər.
Bundan sonra disskusiya başlayır. Birinci iştirakçı qeyd edir ki, o kollecdə tədris
prosesinə çətinliklə alışmışdır. Oeyni zamanda etiraf edir ki, bəzən onda ürək keçmə olur. Bəzi
məsələləri aydınlaşdırdıqdan sonra birdən həyəcanla qeyd edir ki, ürəyimdə bərk ağrılar
başladı. Mənə kömək edin! Görəsən ona kim kömək etdi? Müəyyən olundu ki, bu şəraitdə