Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
xəstəyə kömək edənlərin miqdarı bilavasitə qrupun həcmindən asılıdır !!!. Əgər
eksperimental situasiyada 2 nəfər iştirak edirsə, onların 85%-i xəstəyə kömək edir.
Eksperimental situasiyada 3 nəfər iştirak edəndə onların yanız 62%-i, dörd nəfər iştirak edəndə
isə 31%-i xəstəyə kömək əlini uzadır.
Eksperimental araşdırmaların özünəməxsus metodologiyası və metodikası var. Yuxarıda
qeyd edildiyi kimi, say-seçimi hər şeydən öncə, məqsədyönlü kompleksləşdirilməlidir yəni
reprezentativ olmalıdır: eksperimentin ehtiva etdiyi qrupları müəyyən nisbət dairəsində əhatə
etməlidir. Bundan başqa sosial-psixoloji eksperiment daxili və xarici validliklə seçilməlidir.