8. Sənədlərin öyrənilməsi metodu Sənədlərin öyrənilməsi- metodundan əksər hallarda köməkçi metod kimi istifadə olunur.
Bu metoddan ya tədqiqatın əvvəlində obyekt haqqında məlumat almaq üçün, ya da tədqiqtın
sonunda nəticələrin daha dəqiq şərhi üçün istifadə olunur. Bəzi hallarda isə informasiya almaq
üçün vahid metod rolunu oynayır. Sənəd kimi öyrənmək olar: əlyazmalarını, çap materiallarını,
maqnitofon yazılarını, kinoplyonkaları və s. Məktəbdən informasiya almaq üçün sənəd kimi
yığıncaq protokolunu, çap materiallarını, iş planını, inşanı, məktubu, gündəliyi, məktəblilərin
bir-birinə yazdıqları kağızları və s. göstərmək olar.
Kontent analiz (kontent-analiz—ing. s sözü olub mənası məzmun deməkdir ) zamanı
sənədlərin öyrənilməsi metodu ilə tədqiqatçı məzmun vahidlərini ayırmalı və statistik cəhətdən
işləməli, sonra isə şərh etməlidir. məs. məktəblinin həyatında sinif yoldaşlarının nə dərəcədə
rol oynadığını onun öz gündəliyində, yaxud yaxın yoldaşları ilə yazışmalarında, bu