köklü rol oynayır. Onun araşdırılması sosial-psixoloji problemdir. Dünya psixologiyasında
müxtəlif istiqamətlərdə Kross-mədəni tədqiqatlar aparılır. Kross-mədəni tədqiqatlar
Azərbaycan sosial psixologiyası üçün yeni olan istiqamətdir.
10. Sosial psixologiyada statistik ( riyazi ) metodlar Riyazi psixologiya XX əsərdə psixologiya elminin bir sahəsi kimi formalaşmağa başlasa
da, statistik metodlar qısa müddət ərzində psixologiya elminin bir çox sahələrinə nüfuz etdi.
Elmşünasların proqnozlarına görə, əsrin sonuna doğru psixologiya elminin bütün sahələri
riyaziləşəcək, yəni riyaziyyat sözün əsl mənasında, bütünlüklə və tamamilə onun ətinə, iliyinə
hopacaqdır. Bu psixologiya elminin inkişafında yeni keyfiyyət dəyişiklikləri ilə əlamətdar
olacaqdır. Elmin ənənəvi "qeyri-riyazi" sahələrinə riyaziyyatın nüfuz etməsi elmi biliklərin
inkişafının qanunauyğun hadisələrindən biridir.
Psixoloji tədqiqatlar göstərir ki, riyaziləşməkdən ötrü problemin özü yetişməlidir, yəni
bunun üçün aşağıdakı şərtlər zəruridir: a) müvafiq fenomen sahəsində kifayət qədər dəqiq,
məzmunlu nəzəri konsepsiya olmalıdır: b) elə bir empirik baza olmalıdır ki, o nəzəriyyəni
yoxlamağa imkan verə bilsin: c) relevant kəmiyyətləri ölçmək üçün adekvat metodlar
olmalıdır: d) müvafiq fenomeni formalaşdırmaq imkanı verən riyazi sxemlər işlədilməlidir.