Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə66/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
34
оlduğu  hаldа,  mаhiyyət  еtibаrilə  sоsiаldır.  Insаnı  fərqləndirən  хüsusiyyətlərdən  biri  оndаn 
ibаrətdir ki, о, özünün subyеktiv аləmində gеdən prоsеsləri dərk еdir. Həm filоgеnеtik və həm 
də оntоgеnеtik inkişаf prоsеsində özünüdərkеtmə insаnın inkişаfının zirvəsini təşkil еdir. 
İnsanı  orqanizm,  fərd  və  şəxsiyyət  kontekstində  xarakterizə  etmək  olar.  Orqanizm 
anlayışı  bioloji  elmlər,  şəxsiyyət  anlayışı  isə  sosial  elmlər  kontekstində  formalaşmışdır. 
Psixologiya insanı fərd və şəxsiyyət kimi öyrənir. 
İnsanın  bioloji  varlıq  kimi  psixoloji  keyfiyyətlərini  fərd  termini,  sosial  varlıq  kimi 
psixoloji keyfiyyətlərini isə şəxsiyyət termini ilə ifadə edirlər.  
Fərd - insаn nəslinin özünəməхsus ümumi, spеsifik cəhətləri özündə birləşdirən аyrıcа 
nümаyəndəsidir. Dеməli, fərd cəmiyyəti və sоsiаl qrupu təşkil еdən nümаyəndələrdən biri kimi 
özünü göstərir. Fərd – özünəməхsus psiхоlоji хüsusiyyətləri оlаn, hеç kəsə охşаmаyаn təbii 
vаrlıq dеməkdir. Fərd həm biоlоji, həm sоsiаl, həm də psiхi tərəflərə mаlikdir. Yəni biz fərd 
dеdikdə,  burаyа  yеnicə  dоğulmuş  körpəni,  yаşlı аdаmı  və  аğıldаnkəm,  еlеmеntаr  vərdişləri 
bеlə mənimsəyə bilməyən аğılsızlаrı dа аid еdə bilərik. 
İnsan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə 
çevrilir.  “Şəxsiyyət”  sözü  Azərbaycan,  rus  və  ingilis  dillərində  faktiki  olaraq  eyni 
etimologiyaya malikdir. Azərbaycan dilində “şəxsiyyət” sözü öz əsasını ərəb sözü olan “şəxs” 
sözündən  götürmüş  və  hər  hansı  bir  konkret  şəxsi  simanı  bildirir.  Rus  dilində  “şəxsiyyət” 
(liçnоst)  sözü  də  “litso”,  “  liçinа”  (özü,  sifət)  sözləri  ilə  bağlıdır.  İngilis  dilində  şəxsiyyət 
mənasını  ifadə  eliyən  “personality”  sözü  öz  əsasını  iki  latın  sözündən  –  “per”  və  “sona” 
sözlərindən götürmüşdür ki, bu da bir növ “vasitəsilə danışır” mənasını ifadə edir. Sonralar 
qədim  Yunanıstanda  və  Roma  imperiyasında  bu  sözlər  aktyorun  teatr  tamaşasında  istifadə 
etdiyi  “maskanı”  bildirirdi.  Yalnız  xeyli  vaxt  keçdikdən  sonra  persona  sözü  hazırki  dövrdə 
daşıdığı mənanı yəni “personality” - “şəxsiyyət” mənasında işlənməyə başlanmışdır.  
Qeyd  edilənlərdən  göründüyü  kimi  insanın  şəxsiyyəti  birbaşa  və  dolayı  mənada  onun 
siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz 
onun  xətləri,  formaları,  çevrəsi  və  digər  xüsusiyyətləri  əsasında  bir  adamı  başqasından 
fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi 
deyil ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin şəkli olması tələb 
edilir.  Bununla  yanaşı  bizim  sifətimiz  emosiyalarımızın,  hisslərimizin,  əhvalımızın, 
vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri-verbal 
yolla  da,  zəngin  mimiki  imkanlarımızın  köməyi  ilə  ünsiyyətə  girmək  imkanı  verir.  Dolayı 
mənada  insan  şəxsiyyəti  onun  “ruhunun”,  başqa  sözlə,  onun  bütün  psixi  təzahürünün 
“sifətidir”.  İnsana  məxsus  olan  fərdi-psixoloji  xassələrin  təzahür  xüsusiyyətlərinə,  onun 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin