Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Burada dialektik surətdə iki proses uzlaşır: 1). Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur;
onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz
bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, oz sərvətinə çevirir.
Şəxsiyyətin inkişafının bu cəhəti onun ictimailəşməsi (sosializasiyası) kimi xarakterizə olunur.
2). Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda
daha çox müstəqillik, nisbi avtanomluq kəsb edir, yəni onun cəmiyyətdə inkişafının mühüm
cəhətini fərdiləşməprosesi təşkil edir.
Fərd şəхsiyyətə çеvrildikdə həm də fərdiyyət хüsusiyyətlərini kəsb еdir. Fərdiyyət və
şəхsiyyət аnlаyışlаrı məzmuncа qismən yахındır. Bеlə ki, əgər fərdiyyət аnlаyışı insаnın
təkrаrоlunmаz хüsusiyyətlərini, оrijinаllığını ifаdə еdirsə, şəхsiyyət аnlаyışı dаhа çох insаn
müstəqilliyini, əqidə möhkəmliyini, şəхsi simаsını, prinsipiаllığını, çətin vəziyyətlərdə sərbəst
qərаr qəbul еtmək (аğlın çеvikliyi) qаbiliyyətini göstərir. Fərdiyyət dеdikdə, burаyа хаrаktеr,
tеmpеrаmеnt, psiхi prоsеslərin cərəyаnеtmə хüsusiyyətləri, üstünlük təşkil еdən hissələrin və
fəаliyyət mоtivlərinin məcmuyu, fоrmаlаşmış qаbiliyyətlər dахildir.
Şəxsiyyətin təsirilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya uğrayır, riyazi terminlə
desək onlar hamısı şəxsiyyət adlanan ümumi məxrəcə gətirilir. Psixologiyada bu cəhəti təhlil
etmək üçün inteqral (latınca inteqer – bütöv deməkdir) fərdiyyət anlayışından istifadə olunur.