Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
40
Kiçik məktəblilərdə əmələ gələn yeni xüsusiyyətlərdən biri
refleksiya ilə bağlıdır.
Refleksiya (latınca – reflexio – geriyə müraciət etmək deməkdir) geniş anlayışdır.
Refleksiya dedikdə birinci növbədə insanın özünü,
öz daxili aləmini dərk etməsi, özünün
fikir
və hislərini təhlil etməsi, özünü, öz əməllərini, adamlarla
münasibətlərini görmək
bacarığını, özü haqqında mühakimələrini nəzərdə tuturlar. Bundan başqa relfleksiya
başqa adamların sənə
necə münasibət bəslədiyini, necə yanaşdığını, onların sənə necə
münasibət bəslədiyini, onların səni necə başa düşdüklərini
görmək və dərk etmək
deməkdir.
Refleksiya artıq qeyd edildiyi kimi
özünüdərketmə prosesidir. Bu o
deməkdir ki, refleksiyanın yaranması ilə mənlik şüurunun formalaşmasında
keyfiyyətcə
yeni mərhələ başlayır. Həmin mərhələ isə kiçik məktəbli yaşına təsadüf edir.
Refleksiyanın əmələ gəlməsi ilə kiçik məktəbli özünün fikir və əməllərini obyektiv
surətdə təhlil etməyə başlayır.
Mənlik şüuru sözün əsl mənasında yeniyetməlik yaşı dövründə formalaşır.
Dostları ilə paylaş: