Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 41
mənlik şüurunun yeniyetməlik yaşı dövründə keyfiyyətcə daha yüksək inkişaf
mərhələsinə daxil olmasını şərtləndirir. Yeniyetmənin mənlik şüurunun formalaşması
onun öz davranışını, özünün mənəvi keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk
etməsi ilə başlayır. Yaş artdıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və
qiymətləndirməyə başlayır. Bu baxımdan yeniyetmənin başqalarının və özünün
qiymətləndirmə meyarlarına, əxlaq normalarına yiyələnməsi onda mənlik şüurunun
formalaşmasında mühüm əhəmiyyət kəsb edir.