Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Özünüqiymətləndirmə mürəkkəb prosesdir. O, özünümüşahidə və
özünütəhlil yolu ilə formalaşır, bu zaman insan özünə adətən başqa adamların gözü ilə
baxır, bir qayda olaraq, özünü onlarla müqayisə edir.
İnsanın özünəverdiyi qiymətlərin xarakterinə diqqət yetirək. Özünüqiymət-
ləndirmə zamanı qiymətin müxtəlif növlərindən - əxlaqi, intellektual, estetik,
emosional və s. qiymətlərdən istifadə olunur.
Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyən-
ləşdirmək imkanı verir:
1. Adekvat özünüqiymətləndirmə
2. Qeyri-adekvat yuxarı özünüqiymətləndirmə
3. Qeyri-adekvat aşağı özünüqiymətləndirmə.
Hələ XIX əsrin sonlarında özünüqiymətləndirmənin şəxsiyyətin
iddia səviyyəsi ilə
bilavasitə əlaqədar olduğunu göstərən maraqlı faktlar müəyyən edilmişdi. 1890-cı ildə
U.Ceyms həmin faktları aşağıdakı orijinal düsturla belə ifadə etmişdir: