4. Mən obrazı Mən obrazın əsasını - insanın özü haqqında bilikləri təşkil edir. Lakin bu biliklər
insan üçün heç də adi xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən
obrazın psixoloji baxımdan əhəmiyyəti də məhz bundan ibarətdir.
3 Mən obrazı var: -İnsanda eyni vaxtda 3 “Mən obraz” mövcuddur: – “real mən”,
“ideal mən” və “sosial mən”.
Real mən – İnsan indiki anda özünü necə təsəvvür edir? Özünün qabiliyyətərini,
rollarını, statusunu necə qavrayır? O əslində necə adamdır? Real mən - məzmunun bu
suallar təşkil edir. Bu zaman insan özünə öz gözü ilə baxır.
İdeal mən – İnsan özünü necə görmək istəyir. Hər bir insanın “real mənindən”
başqa həm də “ideal məni” vardır. İnsan öz “ideal mənini” həyata keçirmək üçün yollar
axtarır və bu sahədə böyük səy göstərir.
Sosial mən – İnsan həmişə özünə başqalarının gözü ilə baxır. Başqa adamlar onu
necə görürlər? O, özünü başqa adamlarla necə görmək istəyir? Necə hərəkət etsə başqa
adamlar onu yaxşı adam və ya mütəxəssis (müəllim, çilingər, həkim və s.) kimi tanıyarlar?
Bu üç sual yaşından asılı olmayaraq insan üçün böyük əhəmiyyət daşıyır. Axı bizim hər
birimiz insanların içində yaşayırıq və istər-istəməz özümüzə onların gözü ilə baxmalıyıq.
İnsanların qarşılıqı sosial təsiri prosesində “sosial mən”in əhəmiyyəti də məhz bundadır.
Mən obrazının formalaşması dialektik prosesdir və müxtəlif amillərlə şərtlənir.