Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə80/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

4. Mən obrazı
Mən obrazın
əsasını
- insanın özü haqqında bilikləri təşkil edir. Lakin bu biliklər
insan üçün heç də adi xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən
obrazın psixoloji baxımdan əhəmiyyəti də məhz bundan ibarətdir.
3 Mən obrazı var: - İnsanda eyni vaxtda 3 “Mən obraz” mövcuddur: – “real mən”,
“ideal mən” və “sosial mən”.
Real mən – İnsan indiki anda özünü necə təsəvvür edir? Özünün qabiliyyətərini,
rollarını, statusunu necə qavrayır? O əslində necə adamdır? Real mən - məzmunun bu
suallar təşkil edir. Bu zaman insan özünə öz gözü ilə baxır.
İdeal  mən  –  İnsan  özünü  necə  görmək  istəyir.  Hər  bir  insanın  “real  mənindən”
başqa həm də “ideal məni” vardır. İnsan öz “ideal mənini” həyata keçirmək üçün yollar
axtarır və bu sahədə böyük səy göstərir.
Sosial mən – İnsan həmişə özünə başqalarının gözü ilə baxır. Başqa adamlar onu
necə görürlər? O, özünü başqa adamlarla necə görmək istəyir? Necə hərəkət etsə başqa
adamlar onu yaxşı adam və ya mütəxəssis (müəllim, çilingər, həkim və s.) kimi tanıyarlar?
Bu üç sual yaşından asılı olmayaraq insan üçün böyük əhəmiyyət daşıyır. Axı bizim hər
birimiz insanların içində yaşayırıq və istər-istəməz özümüzə onların gözü ilə baxmalıyıq.
İnsanların qarşılıqı sosial təsiri prosesində “sosial mən”in əhəmiyyəti də məhz bundadır.
Mən obrazının formalaşması dialektik prosesdir və müxtəlif amillərlə şərtlənir.

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin