Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
5. Əks reaksiya formalaşması (Reaction formation) və ya reaktiv təhlil – bəzən
eqo qadağan olunmuş impulsların düşüncə və davranışlardakı tam əksni ifadə edərək
özünü qorumağa çalışır. Bu müdafiə mexanizmi iki mərhələdə həyata keçirilir: 1). Öncə
impulslar basdırılır, 2). Sonra onun əksi şüurda ifadə edilir. Bu müdafiə mexanizmi
zamanı qəbul edilməyən impuls boğulur, sonra isə şüur səviyyəsində tamamilə
ziddiyyətlik yaranır. Məsələn: Freyd yazır ki, homoseksualları tənqid edən bir çox kişilər
həqiqətdə öz homoseksual oyanıqlıqlarını gizlətməyə çalışırlar. Məsələn: intensiv cinsi
istəklər yüksək əxlaqi yönəlişlərdə ifadəsini tapa bilir.
Burada şüur səviyyəsində ifadə olunan hiss, düşüncə və davranışın şişirdilməsi və
sərtliyi diqqət çəkicidir.