Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə96/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Ekstrovert  şəxsiyyət  -  özünün  bütün  maraqlarını  xarici  aləmə  yönəltdiyi  halda,
introvert şəxsiyyətdə - bu maraqlar, bütün həyat enerjisi özünə, özünün daxili aləminə
yönəldilmiş olur.
3. A.Adler - Fərdi psixologiya nəzəriyyəsi
Freydin tələblərindən biri də Adlerdir. O, öz müəllimini tənqid edir: O, (1) Freydin
bioloji nəzəriyyəsinə qarşı çıxır və göstərir ki, insanda əsas rolu təbii instinktlər deyil,


Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
49
ictimai “birlik hisslər” oynayır. Bu hisslər anadangəlmədir, lakin onları sosial mühitdə
inkişaf etməlidirlər. O, Freydin (2) şəxsiyyətinin inkişafında libidit və irticaçı təlabatların
aparıcı  rol  oynaması  fikrini  tənqid  edir.  Eyni  zamanda  o,  Freydin  (3)  şəxsiyyəti  3
mərhələyə ayırmasına qarşı çıxır və göstərir ki, şəxsiyyətin strukturu vahiddir.
Adlerə görə şəxsiyyətin formalaşmasına təsir edən 3 mühüm münasibəti qeyd
edir:
1). Başqa adamlara münasibət,
2). Əməyə münasibət,
3). Başqa cinsə münasibət.
Adlerə  görə  şəxsiyyətin  strukturunu  müəyyən  edən  əsas  motiv  və
tendensiyalar aşağıdakılardı:
1). Özünüzün gücsüzlüyünü hiss etmək;
2). Təkmilləşməyə və üstünlük əldə etməyə cəht;
3). Birgəlik hissi;
4). Sosial hiss.
Bu  tendensiyalar  anadangəlmə  deyil,  uşaq  doğulanda  ona  hazır  şəkildə  verilmir,
sacədə uşaqda bu tendensiyalar üçün də potensial imkan olur.
Adlerə görə şəxsiyyətin inkişafını şərtləndirən nədir?
Adlerə  görə  şəxsiyyətin  inkişafını  şərtləndirən  “üstünlük  qazanmağa”  can
atmaqdır.  Lakin  bu  heç  də  həmişə  həyata  keçə  bilmir,  yəni  şəxsiyyət  heç  də  həmişə
üstünlük  əldə  etmək  təlabatını  reallaşdıra  bilmir.  Məs:  Xarici  görkəmində,  bəzən
üzvlərində müəyyən qüsuru olan adamlar öz çatışmamazlıq-larına görə böyük narahatlıq
keçirir.  Bu  hal  uşaqlarda  da  sosial  şəraitin  əlverişli  olmaması  nəticəsindədə  baş  verə
bilər. Bu çatışmamazlıq - natamamlıq kompleksi yaradır.
İnsan özündə mövcud olan bu çatışmamazlıq hissini kompensasiya etmək üçün
yol axtarır. Çox utanan yeniyetmələrdə utanaraq onların fikrincə kişi hərəkəti, əslində isə
ağılsız  hərəkətlər  edirlər  ki,  bu  da  bir  növ  kompensasiya  rolunu  oynayır.  Adler
konpensasiyanı müxtəlif formalarını ayırır:
1.  Adekvat konpensasiya
2.  Qeyri - adekvat konpensasiya
3.  Üst konpensasiya

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin