Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
47
Şəkil 7. Şəxsiyyət haqqında əsas nəzəriyyələr
7.1. Şəxsiyyət haqqında klassik nəzəriyyələr
Şəxsiyyət haqqında klassik nəzəriyyə qrupuna Z.Freydin psixoanalitik
nəzəriyyəsini, K.Yunqun
analitik nəzəriyyəsini, A.Adlerin fərdi psixologiya nəzəriyyəsini
aid etmək olar.
1. Z.Freydin psixoanalitik nəzəriyyəsi
Avstriya psixoloqu və psixiatrı Ziqmund Freydin (1856-1939) yaratdığı
psixoanalitik nəzəriyyə
freydizm adı ilə məşhurdur. Z.Freyd şəxsiyyətin fəallığının
mənbəyini onda heyvan əcdadlarından irsən alınmış
instinktiv təhriklərdə görürdü.
Bununla da Freyd psixi hadisələrə yeni anlayış –
şüursuzluq anlayışı gətirmişdir.
Onun
fikrincə şəxsiyyətin strukturunda üç komponent mövcuddur:
1. O (
id) - şüursuzluq
2. Mən (
eqo) - şüur
3. Yüksək-mən (
super-eqo)
- yüksək şüurluluq
İd (o) - Z.Freydə görə
id (o) məhz elə sahədir ki, orada yalnız sıxışdırılmış şüursuz
instinktlər hökmranlıq edir və onlar həzz prinsipinə tabe olurlar. Buna görə də prinsipcə
onlar dərk edilə bilməzlər.
Mən (eqo) - bir tərəfdən şüursuz instinktlərin ardınca gedir,
digər tərəfdən
gerçəkliyin norma və tələblərinə tabe olur.
Yüksək-mən (super-eqo) - cəmiyyətin əxlaqi tələbatlarının bir növ məcmuidir.
Başqa sözlə, o, insanın hələ uşaqlıq dövründən mənimsədiyi, avtomatlaşmış sosial
norma, inam, qaydalardan ibarətdir. O, bir növ nəzarətçi rolunu oynayır. Ona görə də
“eqo” həmişə münaqişədə olur. İd’in və yüksək-mən’in tələbləri bir-birinə uyğun gəlmir.
Eqo (mən) - daima müdafiə mexanizminə qaçır (ona meylli olur).
2. K.Yunq - Analitik nəzəriyyə
İsveçrə psixoloqu Karl Yunqun (1875-1961) analitik nəzəriyyəsinə görə şəxsiyyət
dörd əsas elementi özünə daxil edir:
1. şüur
2. şəxsi şüursuzluq
3. şüursuzluq
4. kollektiv şüursuzluq
Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
48
Bir şüurluluğa qarşı üç şüursuzluq dayanndığı halda K.Yunq
buna xüsusi əhəmiyyət
verir. O belə hesab edir ki, insan təkcə özünün gizli tendensiyaları ilə deyil, eyni zamanda
istəkləri,
məqsədləri, arzuları və qiymətləri də müəyyən edilir.
K.Yunqun fikrincə çox vaxt bu “
maska” əhval və istəyimizə uyğun gəlmir. Lakin biz
mövcud sosial mühitdə qəbul olunmuş əxlaq və davranış normalarını əsas götürərək
həmin maskanı geyirik.
Dostları ilə paylaş: