Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
46
7. Şəxsiyyətin sosial – psixoloji nəzəriyyələri
Məlum olduğu kimi, şəxsiyyət və onun psixologiyası dərin köklərə malikdir.
Şəxsiyyət psixologiyası sahəsində nəzəri tədqiqatlar öz əsaslarını qədim dünyanın
mütəfəkkirlərinin işlərindən almışdır.
Lakin şəxsiyyət psixologiyası bir eksperimental elm
kimi XX əsrin birinci
onilliyindən meydana gəlmiş və bu sahədə geniş əhatəli tədqiqatlar aparılmışdır.
Şəxsiyyətin eksperimental tədqiqinin əsası
A.F.Lazurski,
Q.Ollport,
R.Kettel tərəfindən
qoyulmuşdur.
Şəxsiyyət haqqında aparılmış çoxsaylı tədqiqatlar bu sahədə müxtəlif baxış və
nəzəriyyələrin meydana gəlməsinə səbəb olmuşdur. Həmin nəzəriyyələri qruplaşdırmış
olsaq təxminən aşağıdakı əsas nəzəriyyələri qeyd edə bilərik:
1. klassik nəzəriyyə,
2.
klinik nəzəriyyə,
3.
eksperimental nəzəriyyə,
4.
koqnitiv nəzəriyyə,
5.
bihevioristik nəzəriyyə,
6.
humanistik nəzəriyyə.
Həmin nəzəriyyələr və onların qısa xarakteristikası ilə tanış olaq (şəkil 7).
Dostları ilə paylaş: