Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Kollektiv şüursuzluq.K.Yunqun ən böyük kəşfi hesab etmək olar. Bu kəşf onun
adını ölməz etmişdir. K.Yunqun fikrincə yeni doğulmuş uşaq heç də ağ lövhə deyildir. Belə
ki, yeni doğulmuş uşaqda yaşlılıq dövründə onun davranışını şərtləndirən anadangəlmə tendensiya öz əksini tapır. Bu tendensiyalar K.Yunq tərəfindən arxeotiplər adlandırılmışdır. Arxeotip nəsildən-nəsilə keçirilən, insan şüurunda bilavasitə öz
əksini tapan surətlərin, istək və davranış formalarının fövqəladə mürəkkəb əlaqəsindən
ibarətdir.
Yunq ekstroversiya və introversiya anlayışlarını şəxsiyyətin tipologiyasının əsası
kimi psixologiyaya daxil etmiş, ekstrovert və introvert tipləri xarakterizə etmişdir.