Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 51
anlama psixologiyası “ruh haqqında” olan bütün elmlər üçün (incəsənət, etika) əsas
olmalıdır. Bu nəzəriyyə sonradan Şpranger tərəfindən inkişaf etdirildi. Şprangerin əsas
müddəası budur:
1. psixi olan psixi olandan inkişaf edir.
2. psixi olan intuitiv başa düşməklə eyniləşdirilir.
3. şəxsiyyətin inkişafının hər hansı obyektiv səbəbdə deyil, cəmiyyətin
mədəniyyətində, şəxsiyyətin mənəvi dəyərlərində axtarmaq lazımdır.
3. C.Kelli – Şəxsi konstrukt nəzəriyyəsi Psixoloji tədqiqatlar göstərir ki, hər bir adamda dünya və insan münasibətləri
haqqında özünəməxsus təsəvvür və anlayışlar əmələ gəlir. O, cisim və hadisələri
qavrayarkən onları bu baxımdan mənalandırır, şərh edir, yozur və qiymətləndirir. Cisim
və hadisələrin şəxsiyyət tərəfindən belə şərh olunma və ya yozulma tərzi psixologiyada