Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə101/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

şəxsi konstruktorlar adlanır.
Konstrukt nəzəriyyəsini  amerikan  psixoloqu  C.Kelli 50-ci  illərin  birinci  yarısında
irəli sürmüşdür. Onun 1955-ci ildə nəşr olunmuş məşhur kitabı “Şəxsi konstruktorlar
psixologiyası”  adlanır.  Kitabın  nəşr  olunduğu ilə  diqqət  yetirin:  50-ci  illərin  əvvəlləri
Amerika psixologiyası üçün çətin dövr idi. Ölkədə hökm sürən antimentalist cərəyanlar,
birinci növbədə, biheviorizm və neobiheviorizm aktual psixoloji problemləri öyrənmək
və imkanı vermirdi. Amerika psixologiyasında bu şəraitdə, bir tərəfdən, şəxsiyyət və şüur
probleminə maraq yaranır, digər tərəfdən isə bir çox psixoloqlar “nəzəri uydurmalardan”
imtina edərək xalis tətbiqi tədqiqatlar aparmağa başlayırdılar. C.Kellinin tədqiqatları bu
baxımdan Amerika psixologiyasında yeni istiqamət idi. Onun nəzəriyyəsində əsas anlayış
şəxsi konstrukt anlayışıdır.
Konstrukt nədir? Konstrukt termini latınca – konstruere (rusca “konstruirovanie”)
sözündən əmələ gəlmişdir. Konstruere çoxmənalı sözdür. Burada konstruere şərhetmə,
yozma,  başadüşmə,  konstrukt  isə  reallığı  şərhetmə  vasitəsi  və  ya  reallığın  şəxsiyyət
tərəfindən yozulması mənasında işlənir.
Kellinin  fikrincə,  hər  bir  adam  öz-özlüyündə  alimdir,  tədqiqatçıdır,  o  qıcıqlara
sadəcə olaraq cavab vermir, xarici aləmdən aldığı informasiyaları mənimsəyərkən əsaslı
fərziyyələr irəli sürür, onları təcrübədə yoxlayır, dünya və insan münasibətləri haqqında
özünün “balaca nəzəriyyəsini”, şəxsi konstruktorlar və ya anlayışlar sistemini yaradır. Biz
bu  sistemə  müvafiq  olaraq  hadisələri  qiymətləndirir,  öz  davranışımızı  müəyyən  edir,
özümüzə  və  başqa  adamlara  suallar  veririk.  Bu  baxımdan  konstrukt  -  insanın  özü



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin