3. Yer dəyişdirmə (Displacement) və ya Əvəzetmə - instinktiv impulslar bir
obyektdən (və ya şəxsdən) digərinə istiqamətlənir, yönəldir. Bununlada öz əsl həsəfindən
uzaqlaşdırılaraq daha az həyacan yaradan bir hədəfə istiqamətlənmiş olur. Məsələn:
valideynləri tərəfindən cəzalandırılan zaman uşağın valideyinə istiqamətlənmiş
aqressivliyinin ya balaca bacısına (onu itələyir), ya oyuncağa (sındırır), ya da heyvanlara
(pişiyi vurur) yönəlməsi.
4. Rasionalizasiya (Rationalization) və ya ağıla uyğunlaşdırma – frustrasiya və
həyəcandan
qurtulmanın
yollarından
biri
də
reallığı
təhrif
edərək
özünüqiymətləndirməni qoruyan rasionalizasiyadır. Bu zaman reallığı təhtif etməyi və
bunun sayəsində mənliyi qorumağı qarşısına məqsəd qoyur. Rasionalizasiya yalan
arqumentlərə əsaslanır. Məsələn: Ezopun təmsilində deyildiyi kimi, üzüm salxımına çata
bilməyən tülkü sonda qərara gəlir ki, bu salxım hələ tam yetişməyib və s. Məsələn: Oğlan
artıq onunla görüşmək istəmədiyini söyləyəndə, qız “onsuzda ondan ayrılacaqdım” –
deməsi