Mövzu fakültə: Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Kafedra



Yüklə 88 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü88 Kb.
#41713
  1   2   3   4   5   6
ref menec 003







MÖVZU



Fakültə: Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər
Kafedra: Beynəlxalq İqtisadi Münasibətlər
İxtisas: Beynəlxalq İqtisadi Münasibətlər
Fənn: Maliyyə və Kredit
Fənn müəllimi: Aslanov Habil m.
Tələbə: Abdurahmanov Elvin
Bakı 2009

Plan


  1. Maliyyə siyasəti




  1. Valyuta siyasətinin maliyyə siyasətinin tərkib hissəsi kimi




  1. Maliyyə mexanizmi




  1. Maliyyə mexanizmi haqqında maddə


Maliyyə siyasəti

Maliyyə siyasəti dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla iqtidadiyyatın tənzimlənməsində, makroiqtisadi səviyyədə ölkənin gəlir və xərclərinin müəyyn olunmasında mühüm əhəmiyyət kəsb edir. Dövlətin iqtisadi funksiyalarının həyata keçirilməsində maliyyə münasibətlərinin böyük rolu olduğu üçün dövlətin iqtisadi və sosial tədbirlərinin həyata keçirilməsində məhz maliyyə münasibətlərindən geniş səviyyədə istifadə edilir, maliyyə vasitələri ilə təsir göstərilir və dövlətin qarşıya qoyduğu iqtisadi funksiyalar həyata keçirilir. Bütün bunlar dövlətin maliyyə siyasəti vasitəsilə təmin edilir. Digər tərəfdən, dövlətin maliyyə siyasəti vasitəsilə maliyyə konsepsiyaları müəyyən edilir, onun əsas istiqamətləri dəqiqləşdirilir, çevik maliyyə mexanizminin formalaşmasıtəmin edilir. Dövlətin maliyyə siyasətinin bu baxımdan əsasını maliyyə konsepsiyaları təşkil edir. bu strateji maliyyə konsepsiyalarına uzun və qısa müddətli maliyyə resurslarının səfərbər edilməsi, o cümlədən, maliyyə planlaşdırılması daxil edilir. Dövlətin maliyyə siyasətinin əsasını təşkil edən maliyyə konsepsiyalarına uyğun olaraq maliyyə resurslarının səfərbər olunması və onlardan səmərəli istifadə olunması həyata keçirilir. Maliyyə siyasəti dövlətin qarşısında duran iqtisadi vəzifələrin reallaşdırılmasına istiqamətlənir ki, bunlar aşağıdakılardır:


  1. Ölkənin maliyyə resurslarının maksimim təmin olunması;




  1. Ölkənin maliyyə resurslarının səmərəli bölüşdürülməsi və istifadəsinin təmin edilməsi;




  1. Maliyyə metodları vasitəsilə iqtisadi və sosial proseslərin tənzimlənməsi;




  1. Maliyyə siyasətinə uyğun olaraq maliyyə mexanizminin işlənib hazırlanması və onun iqtisadi inkişafın dinamikasına uyğunlaşdırılmasının təmin edilməsi;

Bu qeyd olunan vəzifələrin həyata keçirilməsi zamanı maliyyə resurslarının səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir.


Ölkənin maliyyə ehtiyatlarının qanunvericilik əsasında səfərbərliyə alınması, onların bölüşdürülməsi və istifadə edilməsi ilə əlaqədar olaraq dövlətin həyata keçirdiyi tədbirlərə maliyyə siyasəti deyilir. Bu siyasətin istiqamətləri ölkənin iqtisadi vəziyyətindən, həll olunan sosial-iqtisadi problemlərdən asılıdır. İqtisadiyyat böhranlı vəziyyətdə olduqda, dövlətin yeritdiyi maliyyə siyasəti bir tərəfdən istehsalın azalmağa dogru meyl etməsinin qarşısının alınmasına və onun stimullaşmasına (məsələn, istehsalçılar üçün güzəştlərin edilməsi), digər tərəfdən isə sosial proqramların həyata keçirilməsinin dayandırılması və ölkənin müdafiəsinin təşkili ilə əlaqədar xərclərin azaldılmasına yönəldilən tədbirlərlə müəyyən edilir. Buna uyğun olaraq, cəmiyyət bir keyfiyyət halından başqa bir keyfiyyət halına keçdikdə dövlətin maliyyə siyasətinin istiqamətləri də dəyişir. Həm də qeyd etmək lazımdır ki, proqnozları və tövsiyələri işləyib hazırlayarkən ölkədəki mövcud iqtisadi durumu arzu olunduğu kimi yox, əsl həqiqətdə olduğu kimi, tənqidi qiymətləndirmək lazımdır. Bu ona görə vacibdir ki, milli iqtisadiyyatın tənzimlənməsində məsələn, dövlətin sosial - təminat proqramının həyata keçirilməsi, gəlirlərin orta səviyyəsinin gözlənilməsi, səhiyyənin, təhsilin və s. maliyyələşdirilməsi və ya subsidiyaların verilməsi - dövlət məhz maliyyə siyasəti vasitəsilə iştirak edir.
Dövlətin maliyyə siyasəti bir – biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı iki istiqamətdə aparılır:
1)Vergitutma və dövlət xərclərinin quruluşunun tənzimlənməsi;
2)Büdcənin tənzimlənməsi;
Bunlardan birincisinə fiksal siyasət, ikincisinə isə büdcə siyasəti deyilir. Fikskal siyasət (bu siyasətin əsas məqsədi işsizliyi və inflyasiyanı aradan qaldirmaqdan ibarətdir) iqtisadiyyatda sabitləşdirici təsir göstərdiyinə görə o, 1930-cu illərdəki “Böyük depressiya” dövründə daha geniş miqyas almağa başlamışdır. Lakin ayrı-ayrı ölkələrdə bu sahədə ikinci dünya müharibəsindən sonra bir sıra konkret tədbirlər görülmüşdür. Bunu ABŞ-ın timsalında daha aydın görmək olar. Belə ki, müharibədən sonra işsizlik problemi kəskinləşdiyi üçün 1946-cı ildə federal hökumət iqtisadi sabitliyin təmin olunmasında məsuliyyət daşıdığını qanunla təsbit etmişdir.
Bu qanuna uyğun olaraq ABŞ prezidenti hər il iqtisadiyyatın cari vəziyyəti haqqında iqtisadi məruzə təqdim etməlidir. Bu məqsədlə iqtisadi məsləhətçilər şurası yaradılmışdır. Şura prezidentə və ABŞ konqresinin birləşmiş iqtisadi komitəsinə kömək edir və iqtisadi məsələlər üzrə tövsiyələr hazırlayır. Bundan başqa, ABŞ-da 1978-ci ildə Xemfri-Xoukinsa adı ilə məşhur olan bir qanun qəbul edilmişdir. Və bu qanun tam məşğulluq və tarazlaşdırılmış artıma xidmət göstərməklə, iqtisadiyyatin sabitləşdirilməsi sahəsində federal hökumətin səlahiyyətlərini genişləndirməyə imkan vermişdir.
Dövlətin maliyyə siyasəti, vergilərin yıgılması, işgüzar fəallığın tənzimlənməsi və bir sıra sosial vəzifələrin həll olunması üçün dövlət büdcəsində olan vəsaitdən istifadə edilməsi imkanlarını nəzərdə tutur. Fiksal siyasətin başlıca vasitələri vergi dərəcələrinin, vergitutma obyektlərinin və vergilərin növlərinin dəyişdirilməsidir. Fiksal siyasətin işlənib hazırlanması ölkənin qanunvericilik orqanlarının müstəsna səlahiyyətindədir. Çünki, vergitutma və dövlət büdcəsindəki vəsaitin xərclənməsinə məhz onlar nəzarət edirlər.
Dövlətin həyata keçirdiyi fiksal siyasətin metodlarına dair müxtəlif baxışlar vardır. Belə ki, Keynsin metod tərəfdarları ənənəvi olaraq iqtisadi inkişafın başlıca stimulu olan səmərəli ümumi təklifin yaradılmasına üstünlük verir və hesab edirlər ki, vergilərin azaldılması istehsalın artmasına səbəb olur. Lakin qısa müddətli dövrdə büdcəyə daxilolmalar azalır, büdcə kəsiri isə artır.

Yüklə 88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin