Mövzu fakültə: Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Kafedra



Yüklə 88 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü88 Kb.
#41713
1   2   3   4   5   6
ref menec 003

Dövlətin büdcə siyasəti dedikdə, büdcənin gəlir və xərclərinin, habelə büdcə kəsirinin idarə edilməsi ilə əlaqədar olaraq dövlətin həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. Dövlətin büdcə siyasəti ilə əlaqədar bir-neçə konsepsiyası vardır: Birinci konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, büdcə hər il tarazlaşdırılmalıdır. Son zamanlaradək milli iqtisadiyyatın sabit inkişaf etdirilməsini təmin edən büdcə, maliyyə siyasətinin məqsədini ifadə edən və hər il tarazlaşdırılan büdcə hesab edilirdi. Lakin bu problemi bir qədər dərindən və hərtərəfli nəzərdən keçirsək aydın olacaq ki, belə büdcə dövlətin fiksal siyasətinin səmərəliyini ya tamamilə aradan qaldırır, yaxud da onu azaldır. Bunu yaxşı başa düşmək üçün bu vəziyyəti nəzərdən keçirək.

Tutaq ki, iqtisadiyyatda uzunmüddətli işsizlik hökm sürür və əhalinin gəlirləri gündən – günə azalır. Aydın məsələdir ki, bu zaman vergilər hesabına büdcəyə daxilolmalar azalacaqdır. Hökumət, büdcəni tarazlaşdırmaq üçün ya vergi dərəcələrini qaldırmalı, ya dövlət xərclərini ixtisar etməli, yaxud da onları bir-biri ilə əlaqələndirməlidir. Lakin bunlar ümumi tələbin daha da azalmasına səbəb ola bilər.


Büdcənin hər il tarazlaşdırılmasına cəhd göstərilməsinin inflyasiyanın stimullaşdırılmasına gətirib çıxardıgı ikinci misalı nəzərdən keçirək. İnflyasiya şəraitində pul gəlirlərinin artması vergilər hesabına daxilolmalrın çoxalmasına səbəb olur. Odur ki, dövlət müxtəlif tədbirlər görməlidir (birinci misalda göstərildiyi kimi).
Büdcə siyasəti ilə əlaqədar ikinci konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, büdcə hər il yox, iqtisadi tsiklin gedişində tarazlaşdırılmalıdır. Bu konsepsiyanın məntiqi cəhətdən əsaslandırılması olduqca sadədir. Belə ki, istehsalın azalmasının qarşısını almaq üçün hökumət o vergiləri azaldır və dövlət xərclərini artırır, yəni şüurlu surətdə müvəqqəti olaraq büdcə kəsirinin artmasına şərait yaradır.İstehsalda yüksəlişə nail olunduqda vergilər artırılır, dövlət xərcləri isə ixtisar olunur. Büdcədə əmələ gələn müsbət qalıqdan, istehsal azaldığı dövrdə meydana çıxan kəsirin “örtülməsi” üçün istifadə edilir. Beləliklə, dövlət bu cür siyasət yeritməklə iqtisadi tsiklin müxtəlif mərhələlərində büdcəni tarazlaşdırır.
Bu konsepsiyanı reallaşdırdıqda meydana çıxan başlıca problem ondan ibarətdir ki, iqtisadi tsikldə azalma və yüksəliş, müddətlərinə görə eyni olmurlar. Məsələn: istehsalın uzun müddətli azalma meyli qısa müddətli yükləliş dövrü ilə əvəz oluna bilər. İstehsal azaldığı dövrdə əmələ gələn büdcə kəsiri və dövlət borcu yüksəliş dövründə əldə edilən çox da böyük olmayan müsbət qalıqla örtülmür. Bu isə o deməkdir ki, büdcədə vaxtaşırı kəsir əmələ gəlir.
Maliyyə, pul münasibətlərinin ayrılmaz tərkib hissəsi olmaqla iqtisadiyyatın bütün sahələrini əhatə edir. Bu özünü əsas etibarilə dövlət və banklarla müəssisələr, müəssisələrin öz aralarında, onların daxilində müxtəlif istehsalatlar, müəssisələrlə işçilər, dövlətlə əhali arasında meydana çıxan pul münasibətlərində göstərir. Maliyyə münasibətlərin toplusu dövlətin maliyyə sistemini əmələ gətirir və onun tərkibinə:
a) ümum dövlət maliyyəsi ;
b) müxtəlif mülkiyyət formalarına mənsub olan firma və müəssisələrin maliyyəsi;
c) ev təsərrüfatlarının maliyyəsi daxildir;
Dövlət həyata keçirilən maliyyə siyasətinin başlıca subyektidir. O, perspektiv üçün maliyyənin inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə dəaliyyət taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.


Yüklə 88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin