6. Psixoloji müdafiə İnsan psixoloji müdafiə vasitəsi ilə, bir tərəfdən, özünün davranış və rəftarını, digər
tərəfdən isə qarşılıqlı münasibətlərini tənzim edir. Bu psixoloji müdafiənin əsas
funksiyasıdır.
Z.Freyd psixoloji müdafiəni də biolojiləşdirirdi. O, psixoloji müdafiənin mahiyətini
əslində insanın şüursuz (başlıca olaraq seksual) instinktləri ilə izah edirdi. Psixoloji
müdafiə insanın davranış və rəftarında xüsusi tənzimedici sistem kimi meydana çıxır.
Psixoloji müdafiə mexanzimlərinə aşağıdakıları nümunə göstərə bilərik:
1. Sıxışdırma (Repression) və ya basdırma – Freyd sıxışdırmaya şəxsiyyətin ilkin
müdafiəsi kim baxır. Fundamental müdafiə mexanizmidir. Həyacan yaradan düşüncə və
hisslərin şüurdan kənarlaşdırılmasıdır. Gərginliyi sıxışdırma izsiz sona yetmir. Freyd
hesab edir ki, fikir və impulslar şüurluzluqda öz aktivliyini saxlayır və onların şüur
sahəsinə keçməsi üçün daimi psixi enerji sərfi lazım gəlir. Məsələn: cəmiyyətdə qəbul
olunmayan cinsi impulsların şüura gəlməsinə mane olmaq.