Ğı 3-4 mm olub, təqribən 15-20 milyard sinir hüceyrəsindən ibarətdir



Yüklə 34,38 Kb.
tarix08.05.2020
ölçüsü34,38 Kb.
#31112
psixologiya sərbəst iş

Psixika - ən yüksək mütəşəkkillik qabiliyyətinə malik materiya olan baş-beyin hüceyrələrinin spesifik xüsusiyyətidir, Ali sinir fəaliyyəti iki ən mühüm funksiyanı yerinə yetirir: birincisi, insa ni onu əhatə edən aləmlə əlaqələndirir. İkincisi, orqanizmin bü tün üzv və sistemlərinin müştərək əlaqəsini (koordinasiyasını) və fəaliyyətini təşkil edir. İnsanın psixi fəaliyyətinin bütün for maları onu əhatə edən obyektiv aləmin əks etdirilməsi nəticəsin də yaranır, inkişaf edir və formalaşır.Ali sinir aparatının quruluşu və fizioloji funksiyaları ilə ətraflı tanış olduqdan sonra bu qənaətə gəlmək mümkündü ki, baş beyin toxumasının əsas elementi- sinir hüceyrəsi (neyron) son dərəcə mürəkkəb funksiyaları icra edən bir varlıqdır. Tam dəqiq məlumatlara görə insanın beynində 20-50 milyard neyron vardır. Bu neyronlar bir-birilə xüsusi kontakt mexanizmi olan sinapslarla əlaqələnir. İnsanın baş beyni anatomik quruluşuna görə, böyük ya rinkürələrdən, ondan aşağıda yerləşən ara beyin, orta beyin, beyincik və bunları onurğa beyni ilə birləşdirən uzunsov beyindən ibarətdir. Ara beyin qabıqaltı düyünlərlə (birləşmələrlə) birlikdə instinktləri və emosional hissləri idarə edən başlıca sahə hesab edilir. Beyincik bədənin müvazinətini, iradi hərəkətlərin koordinasiyasını idarə edir. İnsanda baş beynin daha yüksək inkişaf etmiş hissəsi və psixi funksiyaların yaranmasında müstəsna rol oynayan böyük yarımkürələrin qabıq hissəsidir. Boz maddə adlanan bu hissənin qalınlığı 3-4 mm olub, təqribən 15-20 milyard sinir hüceyrəsindən ibarətdir. Burada yerləşən hüceyrələrin yüksək mütəşəkkilliyi onların çox sıx olmasına im kan verir (1 mm2 sahədə 30000 və daha çox neyron yerləşə bilər). Bu hüceyrələr öz çıxıntıları və sinaptik aparatları vasitəsilə bir birilə funksional cəhətcə çoxsaylı əlaqələr yaradır. Beyin qabığının psixi funksiyaların başlıca mənbəyi olması şübhə doğurmur. Digər heyvanlara nisbətən insanabənzər meymunların beyin qabığının daha yüksək inkişafı buna sübutdur. Quşlarda belə müdaxilə əksinə, ciddi davranış pozuntuları yaradır. Məsələn, beyin qabığı götürülmüş quş vəhşi heyvanların ona hücum etməsinə heç bir reaksiya vermir. İtlərin beyin qabığı götürüldükdə onlar özlərini idarə etmək, ümumiyyətlə, yaşamaq qabiliyyətlərini ciddi dərəcədə itirirlər. Belə halda hətta özlərinə qida axtarmaq qabiliyyəti olmur. Yalnız onların ağzına qidanı daxil etdikdə onu çeynəyir və udmağa cəhd göstərə bilir. Meymunlar isə belə mü daxiləni (beyin qabığının götürülməsini) daha da ağır keçirirlər. Məsələn, onlar nəinki özlərini qorumaq, qida əldə etmək qabi liyyətini itirir, hətta ən güclü qıcığa reaksiya vermək, çox da mü rəkkəb olmayan hərəkətlər etmək qabiliyyətini itirirlər. Yaşamaq qabiliyyətini itirən belə heyvanlar qısa müddət ərzində (2-3 ay) tələf olurlar. Ali sinir fəaliyyətinin öyrənilməsi sahəsində atılan addımlar vasitəsilə alimləri qane etməyən bəzi məsələlərə, o cümlədən psixi fəaliyyətlə əlaqədar problemlərə nüfuz etmək, bir çox məqamları araşdırmaq mümkün olmuşdur. Məlum olduğu kimi, məşhur fransız mikrobioloqu Lui Pasterin 46 yaşında keçirdiyi beyin qansızması (insult) nəticəsində beyninin sağ yarımkürəsi sıradan çıxmışdı. Buna baxmayaraq o, sonrakı 27 illik fəaliyyəti ərzində nəinki yüksək əmək qabiliyyətini saxlaya bildi, hətta elmdə ən böyük kəşflərini etdi. Beləliklə, baş beynin qabıq hissəsinin müxtəlif sahələri bir-birindən asılı olmayan funksiyaları icra etməklə yanaşı, hər hansı bir zədəli sahənin vəzifəsini öz üzərinə götürərək, ümumi fəaliyyəti davam etdirmək qabiliyyətinə malikdir. Beyin qabığı sahəsinin 4 zonaya bölünməsi qəbul edilmiş dir: alın, ənsə, gicgah və təpə zonaları (payları). Müəyyən olun muşdur ki, alın payı zədələndikdə insanın öz davranışına nəza rət edəbilməsi pozulur. Etdiyi hərəkətlərin mənasını anlaya bilmir. Məsələn, qarşısına çıxan istənilən qapıdan içəri daxil olaraq (bu qapı qonşu qapısı da ola bilər) orada köməksiz vəziyyətdə dayanır. Belə şəxslər ən sadə hesablama əməliyyatını həll edə bilmir. Ənsə payı görmə mərkəzi funksiyasını ifaedir. Gicgah paylarında eşitmə və qoxu, təpə payında dəri hissiyyatı - istini, soyuğu, təzyiqi duymaq mərkəzləri yerləşir. Baş beynin reflektor fəaliyyəti - Refleks müxtəlif qıcıqlara qarşı orqanizmin (onun müəyyən üzv və sisteminin) sinir sistemi vasitəsilə verdiyi cavab reaksiyasıdır. Şərtsiz refleks insanın iradəsindən asılı olmayaraq avtomatik baş verir və irsən, nəsildən-nəslə ötürülür. Şərti refleksin baş verməsi isə xüsusi şərait tələb edir. Hər iki hadisəni misallarla şərh edək. Hər hansı bir şəxs qəfildən əlinə tikan batmışsa və ya isti bir predmetə toxunmuşsa, bunu hiss edir və dərhal avtomatik olaraq əlini çəkir. Bu, şərtsiz reflektor bir hərəkətdir, müdafiə xarakteri daşıyır. Digər hadisə - həmin şəxs tikanlı predmeti görərkən əlini kənara çəkir və ya isti predmetə toxunmur. Bu isə şərti refleksdir. Şərti refleks orqanizm üçün əhəmiyyət kəsb etməyən (indiferent) qıcıq vasitəsilə (bu söz, səs, isti, soyuq, rəng və i.a. ola bilər) şərtsiz qıcıqla əlaqələndirilmə nəticəsində yaradılır. Məsələn, heyvana qida verməzdən qabaq əvvəl qırmızı işıq yandırılır və bir qədər sonra ona qida verilir. Bu əməliyyatı bir neçə dəfə təkrar etdikdən sonra təkcə işığın yanması mədə şirəsinin ifraz olunmasına səbəb olur. Deməli, şərti qıcığa (işığa) mərkəzi sinir sistemi reaksiya verir. Bu, böyük beyin yarımkürələri arasında yaranan əlaqə nəticəsində mümkün olur. Deməli, neytral bir qıcıq (işıq) konkret fəaliyyətin (qida qəbuluna hazırlığın) siqnalı rolunu oynayır. Həyatda baş verən bütün hadisələrdə şərti qıcıqlar (xəbər daredici siqnallar) müşahidə olunur. İnsan ona hücum edən vəhşi heyvanın ayaq səsini, hənirtisini və s. eşidib müdafiə olunmaq üçün tədbir görür. Şərtsiz reflektor fəaliyyət nəticəsində bütün canlılar, o cümlədən insanlar normal həyat fəaliyyətini təmin edir. Psixi fəaliyyətin əsasının nədən ibarət olması, daha dəqiq desək, psixi fəaliyyət zamanı beyində gedən proseslər alimləri daima maraqlandırmış və bu məsələyə, azacıq da olsa, aydınlıq gətirmək üçün müxtəlif eksperimentlər aparılmışdır. Bu məqsədlə, hətta eksperimentə cəlb edilən itlər üçün xüsusi şəffaf qutu hazırlanmışdır. O, çənə-sümüyünə birləşdirilməklə beyində gedən prosesləri izləməyə imkan vermişdir. Uzun tədqiqatlardan sonra məlum olmuşdur ki, psixi fəaliyyət zamanı beyin toxumasında gözlə görülə biləcək heç bir dəyişmələr: pulsasiya, beyin toxumasının qabarması, rənginin dəyişməsi və digər heç bir hadisə baş verməmişdir. Deməli, psixi fəaliyyətin əsasını təşkil edən bu kimi fiziki proseslər deyil, zahirən hiss olunmayan hüceyrədaxili biokimyəvi proseslərdir. Neyrofizioloqlar artıq çoxdan müəyyən etmişlər ki, beyin qabığının fəaliyyətini tənzimləyən bir-birilə qarşılıqlı dinamiki əlaqədə olan oyanma və ləngimə prosesləridir. Oyanma beyin qabığının aktiv fəaliyyətini, başqa sözlə, yeni şərti sinir əlaqələrinin yaranmasını təmin edirsə, ləngimə müvəqqəti yaranmış həmin sinir əlaqələrinin dayanmasını təmin edən bir prosesdir. Qabıq ləngiməsinin iki əsas forması ayırd edilir:1) xarici ləngimə; 2) darili ləngimə. Xarici amillərin təsiri ilə yaranan ləngimə zamanı məşğul olduğumuz işi dayandırıb daha güclü qıcığın yaratdığı fəaliyyətlə məşğul oluruq. Məsələn, ev işi ilə məşğul olan qadın qəflətən zəng səsi eşidib qapını açarkən səfərdən qayıdan oğlunu görür. Məşğul olduğu iş unudulur, qadın oğlu ilə söhbətə və ya onun üçün yemək-içmək hazırlamağa başlayır. Xarici ləngimənin daha bir forması da məlumdur ki, ona qoruyucu ləngimə deyilir. Məsələn, güclü qıcıq nəticəsində (səs, işıq və i.a.) insanın qəflətən hipnoz yuxusuna dalması. Daxili ləngimə beyin qabığının xüsusi fəaliyyət forması olub, şərti reflekslərin tədricən sönməsi ilə nəticələnir. Məsələn, insan öyrəşdiyi bir işlə və ya adət elədiyi vərdişlə məşğul olur. Bir müddətdən sonra o vərdiş unudulur, həyati tələb kimi yada düşmür. Müalicə prosesində daxili ləngiməyə nail olmaqla pis vərdişlərdən (papiros çəkmək, alko qola aludəçilik) çəkinmək mümkündür. Mərkəzi sinir sisteminin fəaliyyətini təmin edən oyanma və ləngimə prosesləri ilə yanaşı digər neyrofizioloji qanunauyğunluqlar da vardır. Bunlara irradiasiya, konsentrasiya, induksiya və digər qanunlar aiddir. Beyin qabığında yaranan hər hansı bir oyanma yalnız bir məntəqə ilə məhdudlaşmır. Bu proses beynin qonşu sahələrinədə yayılır. Bu irradiasiya adlanır. Bunun əksinə, oyanma ətrafında ləngimə sahəsi yaranır və hər hansı bir qıcığın ətrafa yayılması deyil, onun bir nöqtədə məhdudlaşması, həmin fəaliyyətin dərinləşməsi baş verir. Buna konsentrasiya deyilir. Hər hansı bir qıcığın beyin qabığının digər məntəqələrinə ötürülməsi induksiya adlanır. Bu zaman tamamilə əks reaksiya yaranarsa, bu, əks induksiya adlanır. Beyinə daxil olan bütün siqnallar (qıcıqlar) mənbəyindən asılı olaraq iki tip siqnallar sisteminə bölünür: 1) Birinci siqnal sistemi; 2) İkinci signal sistemi. Birinci siqnal sistemi insan və heyvanlar üçün

ümumi olub, əsas etibarilə, orqanizmi əhatə edən mühitdən eşitmə, görmə, qoxu, dad və taktil analizatorlar (hiss üzvləri) vasitəsilə qəbul edilən qıcıqları əhatə edir. İkinci siqnal sistemi isə yalnız söz vasitəsilə alınan qıcıqları əhatə edir. Söz siqnalı eşitdiyimiz, gördüyümüz (oxuduğumuz) və fikirləşdiyimiz formalarda ola bilər. Burada ən əhəmiyyətli məsələ sözü anlamaq və ona reaksiya verməkdir. Deməli, biz sözün mənasını başa düşmürüksə, ona adekvat reaksiya verə bilmirik. Körpə uşaq ona deyilən sözü anlamır, deməli, onun ikinci siqnal sistemi fəaliyyət göstərmir. İkinci siqnal sistemi insanın ictimai fəaliyyətinin məhsulu olub yalnız ona məxsusdur. Heyvanlarda bu siqnal sistemi yoxdur. Xüsusi öyrədilmiş heyvanlarda sözə verilən reaksiyada sözün intonasiyası, siqnal əhəmiyyətli mənası əsas rol oynayır. Məsələn, öyrədilmiş itə «qalx» və ya «lax» eyni məna kəsb edir və it hər iki komandada ayağa qalxır. Sözün insanın psixi fəaliyyətində yüksək rolunu sübut etməyə ehtiyac yoxdur.İ.P.Pavlov sözü siqnallar siqnalı adlandır mışdır. Psixi fəaliyyətin, o cümlədən düşüncənin inkişafı - Məlumdur ki, ibtidai canlılarda sinir sistemi yoxdur. Məsələn, amöblər, infuzorilər qıcığa reaksiyanı ümumi bədənləri vasitəsilə verirlər. Təkamül nəticəsində heyvanat aləminin inkişafı getdikcə sinir sisteminin yaranmasına səbəb olmuşdur. Həyat şəraitinin dəyişməsi və heyvanın buna uyğunlaşması sinir aparatının təkmilləşməsi ilə müşayiət olunur. Öz inkişaf səviyyəsinə görə heyvanlar da uyğunlaşma forması kimi inkişaf etmiş üç davranış reaksiyası (instinktiv fəaliyyət formaları) yaranmışdır: instinktlər, vərdişlər, sadə intellektual (zehni) davranış formaları. İnstinktlər - insanlarda və heyvanlarda öz vacib həyati tələblərini yerinə yetirmək üçün yaranmış anadangəlmə fəaliyyət formasıdır Şərtsiz reflekslər kimi təzahür edən instinktiv aktlar anadangəlmə olub, bunun üçün heç bir intellektual zəmin tələb olunmur. Müşahidəçilər qeyd edirlər ki, yumurtadan çıxmağa hazırlaşan cücə xüsusi səs çıxarır. Bu zaman onlar analarının qırıltısını eşidərsə, onların səsi daha da güclənir. Əgər onlar analarının deyil, vəhşi bir quşun səsini eşidərlərsə, səsləri dərhal kəsilir. Hələ yumurtadan çıxmamış cücələrin bu reaksiyası sırf instinktiv bir aktdır. İnstinktiv aktlar nə qədər mürəkkəb olsalar da, onların təzahür etməsi avtomatik olaraq baş verir, yəni onların baş verməsi üçün heç bir düşüncə, intellektual fəaliyyət tələb olunmur. Lakin bütün bu deyilənləri insana aid etmək olmaz. İntellektin varlığı insanın bütün fəaliyyətinə, o cümlədən instinktiv aktlara da öz təsirini göstərir.Vərdişlər - fərdi təcrübə nəticəsində əldə edilmiş və dəfələrlə təkrar edilərək mənimsənilmiş fəaliyyətdir, Vərdişlərin əsasında şərti reflektor fəaliyyət dayanır və o, canlının tələbatına cavab verəcək səviyyədə təkmilləşir, əldə edilmiş vərdiş ondan istifadə etmək lüzumu olmazsa, tədricən unudulur. Məsələn, ev quşları - toyuq, hind quşu uçmağa ehtiyacı olmadığı üçün bu vərdişdən uzaqlaşmışdır.

Psixi proseslər şərti olaraq idrak, hiss-emosiya, hərəki-iradə proseslərinə təsnif olunur.İdrak proseslərinin özü də şərti olaraq hissi və mürəkkəb idrak proseslərinə təsnif olunur.Hissi idrak prosesləri cisim və hadisələrin xarici keyfiyyətlərini bildirir və mürəkkəb idrak prorseləri üçün məlumat verən ilk mənbələrdir.Bura duyğu, qavrama, təsəvvür aiddir.Mürəkkəb idrak prosesləri isə cisim və hadisələrin daxili əlaqə və münasibətlərin qanunauyğunluqlarını aşkar edib, məuma əsasə naməlumu öyrənib yeni biliklərin əldə olunmasına səbəb olur.Bura təfəkkür, nitq, intellekt, diqqət, yaddaş aiddir.İnsanın psixi fəaliyyətdə olması üçün hökmən şüur aydın, analizatorlar tam olmalıdır. Bütün psixi proseslərin ilki, başlanğıcı duyğudur. Duyğu vasitəsilə insan soyuğu, istini, işığı, qaranlığı, acını, şirini, ağrını və s. hiss edir. İnsanı əhatə edən mühitin beyin vasitəsilə əks olunması duyğu orqanları - analizatorlar vasitəsilə həyata keçi rilir. Analizatorlar: göz, burun, qulaq, dad və ümumi hiss üzvləri (taktil hissiyyat vasitəsilə insan daima onu əhatə edən aləm haqqinda siqnallar alır. Bu siqnallar məzmununa, gücünə, davamlılığına görə müxtəlif olurlar. Bunların qəbul edilərək təhlil olunması duyğu prosesinin əsasını təşkil edir. Beləliklə, duyğu bizi əhatə edən mühitin ayrı-ayrı xüsusiyyətlərinin hal-hazırkı anda beyin qabığında əks olunması prosesidir. Duyğu eyni zamanda bütün heyvanat aləminə də məxsus olan bir prosesdir.Bir çox heyvanların duu qabiliyyəti insanlara nisbətən daha güclüdür. Məsələn, itlər qoxu, canavarlar görmə, delfinlər taktil hissiyyatlarına görə insanlardan fərqlənirlər. Qarışqanin insan üçün qavranılması mümkün olmayan ultrabənövşəyi şüa ları seçə bilmə, bəzi ilanların havanın temperaturunu 0,001 dərəcəyədək duya bilmə qabiliyyətləri vardır. Duyğuları qəbul edən analizatorlarların quruluşu şərti ola raq 3 şöbəyə bölünür: 1) reseptorlar və ya mühiti şöbə; 2) ötürücü və ya mərkəzəqaçan sinir şöbəsi; 3) beyin qabığında yerləşən mərkəzi və ya beyin şöbəsi. Duyğu prose sinin pozulması nəticəsində yaranan patoloji hallara aşağıdakılar aiddir: senestopatiya (göynəmə, dartılma, təzyiq, sancı və s.); hipersteziya (adi qıcıqların daha güclü, kəskinləşmiş for mada qavranılması); hiposteziya (qıcıqların olduğundan zəif qavranılması); parasteziya (patoloji proses nəticəsində daxili orqanlarda meydana çıxan hissiyyatlar). Duyğular əsasında meydana çıxan daha mürəkkəb proseslər qavrama adlanır. Qavrama zamanı hər hansı konkret bir hissiy yat deyil, bütövlükdə hadisələrin bütün təfərrüatı aydınlaşır. Məsələn, əşyaların həcmi, rəngi, qoxusu və digər xüsusiyyətləri tam şəkildə dərk edilir. Qavrama duyğu orqanları vasitəsilə obyektiv varlığın mərkəzi sinir sistemində əks olunmasıdır. Qavrama fəal proses olub, digər psixi funksiyalarla sıx əlaqədardır. Məsələn, insanın əhvali-ruhiyyəsi, maraq dairəsi və intellektual səviyyəsindən asılı olaraq əşya və hadisələr müxtəlif cür qavranıla bilər. Rəssam təbiət mənzərəsini, yaşıllıqlar arasında axan çayı yüksək bədii vüsətlə, başqa birisi həmin mənzə rəni sönük, məzmunsuz qavraya bilər. Qavramanın pozuntuları 4 qrupa bölünür: aqnoziyalar, illüziyalar, hallüsinasiyalar, psixosensor pozuntular. Duyğu orqanlarına müvafiq olaraq illüziyalar və hallüsina siyalar 5 qrupa bölünür: görmə, eşitmə, qoxu, dad va taktil.

Aqnoziya- tanımanın pozulması deməkdir.Aqnoziyalar bütün duyğu orqanlarına aid ola bilər.Görmə (optik) aqoziyası nisbətən tez-tez rast gəlinir.Buna “ruhi korluq” da deyilir.Belə pozuntu zamanı xəstə hər hansı bir əşyanı baxmaqla tanıya bilmir, əli ilə toxunduqda düzgün qavrayır.Eşitmə aqnoziyası buna- ruhi karlıqda da deyilir.Aqnoziyalar beynin orqanik pozuntusunda, travmalar, şişlər, damar xəstəlikləri zamanı rast gəlinir.

İllüziya – fransızca aldadıcı təsəvvür, yanılma deməkdir.Real varlıqda olan cisim və hadisələrin yanlış dəyişilmiş qavranılmasıdır.İllüziyalar görmə, eşitmə, qoxu, dad və taktil illüziyalarına bölünür.İllüziyalar sağlam adamlarda da ola bilər.Xüsusən də ətraf mühitin qavranılması bu və ya digər səbəbdən tam olmadıqda (məsələn, yarımqaranlıq, səs-küylü yer) və ya insan emosional gərginlik vəziyyətində olduqda ( gözlədikdə, qorxu vəziyyətində, xüsusən də ikisi bir yerdə olduqda) müşahidə oluna bilər.İllüziyalar (əsasən görmə və eşitmə) infeksion xəstəlklərdə, zəhərlənmələrdə, fiziki cəhətdən zəifləmiş şəxslərdə rast gəlinir.İllüziyaların 3 forması ayırd edilir: affektogen, vebral, pareydolik.Affektogen illüziyalar hissiyatın güclənməsi fonunda qorxu, vahimə, gərginlik zamanı təsadüf olunur.Xəstə küncdə divardan asılmış paltonu evə girmiş oğruya, ağacın əyri budağını ona hücum etməyə hazırlaşan zəhərli ilana, pəncərə şüşəsindən düşən kölgəni caniyə bənzədir.Vebral (latınca vebralis- nitq,söz deməkdir.) illüziyalar amanı xəstə ətrafdakı adamların söhbətini təhqir, söyüş və s. kimi qavrayır.Pareydolik illüziyalar zamanı fantastik məzmunlu obrazlar meydana çıxır (səmadakı bukudları heyvanalara bənzədirlər, dəvədəki naxışları başqa bir əşyalara).

Hallyusinasiya-(hallucinatio-latın sözü olub, qarbasma, sərsəmləmə deməkdir.) Real varlığa, həqiqi qıcığa əsaslanmayan obyektsiz obrazların bütün aydınlığı ilə qavranılmasına, hallyusinasiya deyilir.Yəni obyektsiz qavramadır.İllüziyalar kimi hallyusinasiyalar da duyğu orqanlarına müvafiq olaraq beş formada təsadüf edir( görmə, eşitmə, qoxu, dad, taktil hallyusinasiyalar).Hallyusinasiyalar xəstəlikdən asılı olaraq ( daha çox görmə, eşitmə, qoxu) müxtəlif ola bilər.Məsələn görmə hallyusinasiyaları kəskin infeksion psixozlarda ( alkoqol delirisi ) infeksion xəstəliklərdə olur.Xəstə insan heyvan və ya əcaib varlıqları görür.Hallüsinator obrazlar hərəkətsiz olur, bəzən onlar hərəkət edir, əlvan vəya solğun ola bilər.Bəzən xəstə özü də həmin səhnədə iştirak edir.Eşitmə hallyusinasiyaları şizofreniya və alkaqol hallyusinozunda tez-tez rast gəlinir.Xəstə müxtəlif səslər və ya insan səsləri eşidir.Səslər tanış və yad ola bilər.İmperativ (əmretmə ) hallyusinasiyaları zamanı xəstələrə müxtəlif əmrlərlə müəyyən hərəkətləri etməyə məcbur edirlər.Qoxu hallyusinasiyaları şizofreniya da daha çox rast gəlinir.Xəstə müxtəlif xoşagəlməz iyləri hiss edir.Onlar ya burnunu sıxır, ya da burun deşiklərinə pambıq soxurlar.Hallyusinasiyalar hansı duyğu orqanına aid olmasından asılı olmayaraq həqiqi və yalançı olmaqla iki yerə bölünür.Həqiqi hallyusinasiyaların obyekti ( hallyusinator obraz ) orqanizmdən kənar mühitdə yerləşmiş olur.Məsələn, səs divarın arxasından, qoxu o biri otaqdan gəlir və s.Yalançı hallyusinasiyalar ( psevdahallyusinasiyalar daha mürəkkəb xarakterli olub, təkcə qavramanı deyil, eyni zmanada təfəkkür sferasını da əhatə edir.Bu zaman hallyusinator obraz orqanizmin özündə yerləşir.Beləki xəstə səsi, qoxunu, əcaib heyvanı bədənin daxilində hiss edir.Yəni onlar öz “daxili qulağı” ilə eşidir, “daxili gözü” ilə görür.Həqiqi hallyusinasiyalar alkaqol, travmatik, orqanik psixozlarda rast gəlinir.Psevdohallyusinasiyanın sayıqlama ilə birlikdə təsadüf olunması simptomokompleksi Kandinski-Klerambo sindromu adlanır.

Psixosensor pozuntular. Bəzi müəlliflər bu növ pozuntuları qavrama pozuntuları çərçivəsində deyil, müstəqil forma kimi təsvir edirlər. Bizim fikrimizcə, bu düzgün deyil. Çünki psixo sensor pozuntular adı altında təsvir olunan bütün patoloji hal lar qavrama ilə daha çox əlaqədardır. Metamorfopsiya adı al tinda təsvir olunan bu pozuntular əsasən üç formada rast gə linir: 1) makropsiya - ətrafdakı əşyaların ölçüsündən böyük (məsələn, küçələr, binalar, ağaclar, avtomobillər və s.) qavranıl ması; 2) mikropsiya - əşyaların ölçüsündən kiçik qavranılması; 3) dismeqalopsiya - əşyalar həcmcə deyil, formaca dəyişilmiş qavranılır. Məsələn, üçbucaq çevrə şəklində, çevrə dördbucaq, düz xətt ayri-üyrü və s. qavranılır.

Təsəvvür-bizim şüurumuzda vaxti ilə qavranılmış surətlərin saxlanılmasıdır.Keçmişdə lolmuş qavrama anlayışı hazırki qavramanın əksi deyil.Təsəvvür yekunlaşmış xüsusiyyət daşıyıb, kifayətləndirici dərəcədə parlaq olmayıb, həmişə fərdidir.



Tafəkkür - ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim va hadisələrdən, onlar arasındakı alaqa va qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli qabiliyyət (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəvvür (buna bəzən təxəyyül də deyilir) proseslərindən fərqli olaraq təfəkkür prosesində insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür. Təfəkkür prosesi zamanı biz, subyektiv hissiyyata əsaslanan faktlara deyil, hadisələrin daxili varlığından, mücərrəd keyfiyyətlərindən yaranan və onların əsil mahiyyətini aşkar edən, başqa sözlə, real varlıqdan yaranan faktlara əsaslanırıq. Məsələn, qanaxma ilə xəstəxanaya daxil olan xəstəni müayinə edərək həkim nəinki qanaxmanın xarakterini, hansı damarların zədələnməsini, eyni zamanda qanaxmanın nəyin təsirindən baş verməsini, itirilən qanın miqdarını, gələcəkdə nə kimi ağırlaşmaların ola biləcəyini təsəvvür edir və bunlara əsasən tədbir görür. Təfəkkür assosiativ təsəvvürlərin oxşarlığı, uyğunluğu, ahəngdarlığı və eyni zamanda meydana çıxması kimi proseslərə əsaslanır. Lakin təfəkkür assosiasiyalardan keyfiyyətcə fərqlənən daha mürəkkəb prosesdir. Belə ki, təfəkkür məlum faktlar əsasında yeni fikir, yeni məzmun yaradır. Təfəkkür prosesinə təsəvvür və anlayışların inteqrasiyası və təhlili əsasında müvəqqəti əlaqələrin yaranması kimi də baxmaq olar. Təfəkkürün dinamikası mərkəzi sinir sistemində optimal oyanmanın yaranması və induksiya qanununa əsasən lazımsız fikirlərin və assosiasiyaların ləngiməsinə (tormozlanmasına) əsaslanır. Başqa sözlə, təfəkkür məqsədəuun şəkildə müəyyən istiqamətə yönəldilmiş proseslərin ardıcıl, müntəzəm fəaliyyəti və bu prosesə mane olan digər proseslərin ləngiməsi fonunda meydana çıxır. Təfəkkür insanın yaradıcı fəaliyyətinin əsasını təşkil edir. Ona əsaslanaraq biz maddi nemətlər istehsal edir, sənət əsərləri yaradır və fəaliyyətimizi idarə edirik. Təfəkkür prosesi zamanı biz faktları təhlil edir, ümumiləşdirir və yeni nəticələrə gəlirik. Məsələn, həkimin xəstəni müayinə etməsi, diaqnoz və müalicə təyin etməsi. Təfəkkür idrak prosesinin yüksək bir forması olmaqla özü də bir neçə mərhələdən ibarətdir: təsəvvürlər - keçmişdə qavranılmış və yaddaşımızda iz buraxmış hadisələrdir. Bunlar real varlığı əks etdirən faktlar olub, konkret təfəkkürün əsasını təşkil edir.Anlayış - təsəvvürlərin ümumiləşdirilməsi, onların əlaqə ləndirilməsi, abstraksiya formasıdır. Bunun vasitəsilə abstrakt təfəkkür meydana çıxır. Təfəkkürün ifadə forması nitqdir və yazıdır. Nitq insan cəmiyyətinin inkişafının müəyyən mərhələsində meydana çıxmış və onun tarixi inkişafının başlıca cəhətini təşkil edən bir vasitə olmaqla, insanlar arasında ünsiyyətin əsasını təşkil edir. Təfəkkürün pozulması özünü iki formada göstərir: I. Təfəkkürün kəmiyyətcə (formaca) pozulması; II. Təfəkkürün keyfiyyatca (məzmunca) pozulması. Təfəkkürün kəmiyyət pozuntularına aşağıdakıları aid etmək olar: 1. Təfəkkürün sürətlənməsi fikirlərin axını, sürətlə bir-birini əvəz etməsi şəklində təzahür edir. Xəstələr bəzən sözləri ardıcıl ifadə etməkdə çətinlik çəkirlər. Nitq itiləşmiş, bəzən də anlaşılmaz olur. 2. Təfəkkürün ləngiməsi. Təfəkkürün sürətlənməsinin əksinə olaraq bu zaman xəstələr çətinliklə danışır, fikirlər sanki tormozlanmış olur. Xəstələr bəzən qeyd edirlər ki, fikirlərinə heç nə gətirə bilmirlər, «deməyə sözləri yoxdur». Bir qayda olaraq, həkimin suallarına «hə», «yox» deyə cavab verirlər, həm də bu sözləri demək üçün xeyli fikirləşirlər. Belə xəstələr bütün günü danışmaya bilər, sanki onların danışmağa marağı yoxdur. 3. Təfəkkürün patoloji müfəssəlliyi. Nitqin fikirlərin ləngiməsi, eyni zamanda uzunçuluğu ilə diqqəti cəlb edir. Belə pozuntusu olan şəxslər bir söhbətdən digərinə keçə bilmir, «yerində sayır». Onlar söhbətin əsas məzmununu ikinci, üçüncü dərəcəli (lazımsız) fikirlərlə doldurur, belə adamları dinləmək yorucu olur. 4. Təfəkkürün perseverasiyası. Təfəkkürün müfəssəlliyin dən fərqli olaraq burada xəstənin öz cavablarını təkrar etməsi diqqəti cəlb edir. Bəzən xəstə eyni söhbətləri bir neçə dəfə təkrar edir, müxtəlif suallara eyni məzmunlu cavablar verir. 5. Stereotip təfəkkür. Eyni sözlərin və fikirlərin məcburi təkrar olunması kimi özünü göstərir. Bəzən eyni hərəkətlərin təkrarı ilə birlikdə təzahür edir. Bir xəstə əllərini bir-birinə vuraraq, başını yana hərəkət etdirməklə dəfələrlə «mən bilmirəm, mən bilmirəm...» sözlərini təkrar edirdi. Tibb işçiləri əbəs yerə xəstəni sakitləşdirməyə çalışırdı. Belə vəziyyət ağır ruhi xəstəliklərdə tez-tez rast gələn əlamətdir. 6. Rezonyorluq boş mühakimələr, mənasız sözlərdən ibarət nitq formasında özünü göstərir. Xəstələrdən biri yoldaşı ilə söhbət edərkən müxtəlif formada, dəfələrlə aşağıdakı sözləri təkrar etmişdir: «... mənim kim olduğumu hamı çox gözəl bilir. Kimliyimi heç kəsə sübut etmək fikrində deyiləm, onsuz da hamı bilir, mən kiməm..7. Məntiqsiz təfəkkür. Fikirlərin məntiqsizliyi, bəzən əlaqə sizliyi ilə xarakterizə olunur. Hadisələri izah edərkən belə şəxslər nəinki səhv edir, mənasız, ziddiyyətli mülahizələr yürüdür, eyni zamanda ağlasığmayan əhvalatlar danışırlar. Məsələn, bir xəstə demişdir: «Mən gənc yaşlarımda at belində çox gəzmişəm, ona görə də E vitamininə ehtiyacım olmayıb». Başqa birisi isə demiş dir: «Mən heç vaxt dəvə əti yeməmişəm, ona görə də dişlərim tez tökülüb və riyaziyyati çətin qavramışam». 8. Təfəkkürün (nitqin) qırıqlığı. Fikirlərin dolaşıqlığı, əlaqəsizliyi, «söz yığımı» şəklində təzahür edir. Bu pozuntu dərə cəsinə görə 3 formada rast gəlinir: a) nitqin assosiasiyası; b) qırıqlığı; v) şizofaziya (söz yığımı).

Təfəkkürün məzmunca (keyfiyyətcə) pozuntularına sayıqlama ideyaları, sarışan hallar (ideyalar) və yüksək qiymətli ideyalar aiddir. Sayıqlama ideyaları. Psixi xəstəliklərlə əlaqədar, əsassız ya ranan və həmin şəxs tərəfindən tənqidi münasibət bəslənilməyən əqli nəticələrə (ideyalara, fikirlərə və münasibətlərə) deyilir. Sayıqlama ideyalarını 3 böyük qrupa bölmək mümkündür: 1. Münasibət sayıqlamaları; 2. Özünü böyütmə sayıqlamaları; 3. Özünü kiçiltma sayıqlamaları. Paranoyal sayıqlamalardan fərqli olaraq paranoid sayıqla ma sistemsiz, ardıcıl olmur, yalançı ideyalara əsaslanır və məna siz sübutlarla «təsdiq edilir. Parafren sayıqlamalar sistemləşmiş, fantastik məzmunu ilə xarakterizə olunur. Belə sayıqlamalar üçün fantaziya və konfabulyasiya xarakterikdir. Sarışan ideyalar. Şəxsin ideyasından asılı olmayaraq meydana çıxan, lakin xəstə tərəfindən tənqidi münasibət bəslənən yersiz, arzuolunmaz fikirlərə, xatırlamalara, qorxulara, hərəkət lərə və meyllərə sarışan hallar (ideyalar) deyilir. İradənin köməkliyi ilə onlar bu fikirləri özlərindən uzaqlaşdırmağa cəhd göstərirlər. Lakin bu halda xəstələrdə yenə də narazılıq, qəmginlik, həyəcan hissi qalır. Sarışan halların gedişi dəyişkən, bəzən də dərinləşərək ağır şəkil alır. Bəzən tamamilə keçib getmiş sarışan hallar müəyyən müddətdən sonra daha kəskin formada təzahür etməyə başlayır. Sarışan ideyaların aşağıdakı formaları vardır: Sarışan fikirlər-istənilmədən yaranan yersiz fikirlərdir. Sarışan şübhələr - şəxs daima öz hərəkətlərinin, nitqinin düzgün olmamasından şübhələnir. Sarışan meyllər – mənasız, təhlükəli, ləyaqətsiz bir iş görməyə şiddətli meylin əmələ gəlməsidir. Sarışan hərəkətlər - qorxu və şübhələrdən azad olmaq məqsədi güdən və bir növ müdafiə xarakteri daşıyan hərəkətlərdir. Bəzən xəstənin qorxu və şübhələrindən azad olmasına, nisbətən sakitləşməsinə sarışan halların məzmunu ilə heç bir əlaqəsi olmayan müəyyən hərəkətlərin həyata keçirilməsi kömək edir. Belə hərəkətlər sarışan rituallar adlanır.

Yüksək qiymətli ideyalar. Real varlığa əsasən əmələ gələn, böyük emosional gərginliklə müşayiət olunan və düşüncədə üstün yer tutan səhih mühakimələrə yüksək qiymətli ideyalar deyilir. Müəyyən haqsızlıqdan incimiş şəxs onu unuda bilmir, hadisəni aramsız təhlil edir. Bu hissiyyat onun düşüncəsində dominantlıq təşkil edir və intiqam əhvali-ruhiyyəsi yaradır.

Yüksək qiymətli ideyalar sayıqlama ilə səhv fikirlər arasın da olan vəziyyətdir. Yüksək qiymətli ideyalar psixi xəstəliyə dəlalət etməsə də, patoloji hal sayılır. Belə ideyalar şəxsiyyətin pozuntusu kimi qiymətləndirilir, emosiyaları müvazinətsiz, ahəngsiz olan şəxslərdə rast gəlinir. Onları sayıqlama ideyala rindan ayıran əsas cəhət real hadisələrlə əlaqədar olmasıdır.

Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir, formalaşır. Nitq- insanların dil vasitəsilə həyata keçirdikləri ünsiyyət prosesidir. Dil isə nitqdən fərqli olaraq insanlar arasında ünsiyyət vasitəsidir.Unsiyyət şəraitindən asılı olaraq nitqin 2 növü ayırd edilir: xarici və daxili nitq. Xarici nitq başqaları ilə ünsiyyətə yönəlmiş olub eşidilən, görünən, tələffüz edilən nitqdir. Xarici nitq özü də şifahi və yazılı olur. Şifahi nitq isə monoloji və dioloji olmaqla 2 yerə bölünür.Aqrafiya-yazma qabiliyyətinin pozulması, aleksiya-oxuma qabiliyyətinin pozulması, akalkuliya-saymaq qabiliyyətinin pozulmasıdır.Daxili nitq insanın özözünə fikirləşməsi,özü ilə danışması prosesidir.Nitq pozuntuları iki formaya bölünür:periferik və mərkəzi.Nitq prosesinin periferik şöbəsində:tənəffüs yolları,qırtlağ, ağız və burun boşluğu,artikulyasiya orqanlarında gedən patoloji proseslər nəticəsində yaranan pozuntular pereferik nitq pozuntular aiddir.Bu pozuntulara:1-dizartriya(sözlərin tələffüzünün pozulması);2-anartriya(nitqin yoxluğu);3-afoniya(səsin pozulması);3-pəltəklik(nitqin normal tempinin və ritminin pozulması).Nitq prosesi dairəvi prosesdir.Nitq dairəsini üç beyin nitq mərkəzi əmələ gətirir:1.)Brok mərkəzi nitqi əmələ gətirir,nitq əzələlərini idarə edərək 2.)Vernike mərkəzi şəxsin özünün və digərlərinin nitqini tanıyır (nitqin eşitmə mərkəzi 3.)Assosiativ mərkəz cümlələrin və frazaların quruluşunu yaradır. Mərkəzi pozulmalara beyin qabığı ilə əlaqədar nitq pozulmaları aiddir bunlara - afaziya deyilir.Afaziyanın 3 əsas forması var:hərəki,hissi və amnestik.1.Hərəki(motor) afaziya(Broka mərkəzi)-xəstə danışma qabiliyyətindən məhrum olur, lakin başqasının nitqinin anlamaq qabiliyyəti qalır.2.Hissi (sensor) afaziya (Vernike mərkəzi)-xəstə şifahi və yazılı nitqi anlamaq qabiliyyətini itirir, xəstə danışa bilir, lakin öz danışığını başa düşmür. 3.Amnestik afaziya-əşyaları tanıma qabiliyyəti itir, xəstə sərbəst danışır, ətrafdakılar onu başa düşür.Bu pozuntu zamanı xəstə əşyanın adını demək əvəzinə, onun vəzifəsini söyləyir. İntellekt-bilik və təcrübələrin cəmindən ibarət olub, yeni mühakimələr yaratmağa, nəticələr çıxarmağa, biliklər əldə etməyə imkan verən mürəkkəb anlayışdır.İntellekt və əqli qabiliyyət yaddaşla sıx bağlı olub ancaq onun əsasında yaranır. Intellektin pozulması, ağıl zəifliyi (kəmağıllıq) özünü ilk dəfə nitqdə göstərir.

Agil zəifliyi 3 qrupa bölünür:1.Anadangəlmə ağıl zəifliyi-oliqofreniya. 2.Qazanılma ağıl zəifliyi-demensiya.3.Yalançı ağıl zəifliyipsevdodemensiya. Oligofreniya və ya anadangəlmə ağıl zəifliyi (kəmağıllıq) etiologiyası müxtəlif olan bir çox xəstəlikləri əhatə edir.Ağıl zəifliyinin ikinci forması -demensiyadır. Qazanılmış ağıl zəifliyi və ya demensiya mərkəzi sinir sistemində gedən patoloji prosesin xarakterinə görə iki qrupa bölünür:a) qlobar (diffuz),b) lokunar (hissəvi) demensiya.Qlobar demensiya zamanı intellektual qabiliyyətin bütün sahələri pozulur, şəxsiyyət enir,özünütənqid itir. Lokunar demensiya zamanı isə şəxsi keyfiyyətlərin əsas cəhətləri mühafizə olunur, əmək qabiliyyəti, özünə tənqid yuksək dərəcədə pozulmur.Ağıl zəifliyinin üçüncü forması -psevdodemensiyadır. Bu sindrom bir sıra reaktiv hallarla (o cümlədən, psixozlarla) əlaqədər meydana çıxır müvəqqəti xarakter daşıyır.Ağılın inkişaf səviyyəsindən asılı olaraq oliqofreniyanın üç forması vardır:1)debillik -oliqofreniyanın yüngül formasıdır. Uşağın psixi inkişafında ləngimə ilə təzahür edir. Onlar adətən gec oturmağa, gəzməyə, danışmağa başlayır, lakin nitq vərdişləri ünsiyyət üçün kifayət edir. Özünə qulluq prosesləri, əmək vərdişləri pozulmamışdır. Əsas çətinliklər təhsil başlandıqdan sonra meydana çıxır. Oxu, yazı çətin mənimsənilir,xüsusilə təfəkkür geri qalır.Bu insanlar ayrı-ayrı xadisələr arasında məntigi əlaqəni dərk edə bilmir,mühüm məsələni ikinci dərəcəli məsələlərdən ayıra bilmir,nitqi kifayət dərəcədə inkişaf etmiş olur,xüsusi yardımcı məktəblərdə oxuya bilirlər və hər hansı sənətlə sərbəst işləyə bilirlər. 2)imbesillik-orta səviyyəli ağıl zəifliyidir.Bu insanlarda söz ehtiyatı olduqca az:əşyaların adlari,gündəlik işlədilən az miqdarda sözlərdən ibarətdir.Bu xəstələr sadə sənət oyrənə bilirlər və müəyyən nəzarət altında çalışa bilərlər;3) idiotiya-oliqofreniyanın ağır formasıdır. Bu qrup şəxslər psixi funksiyaların tamamilə yoxluğu ilə xarakterizə olunurlar. Xəstələr Çox vaxt hərəkətsiz və ya məhdud hərəkətli olurlar. Xəstənin nitq qabiliyyəti olmur, nitqi ayrı-ayrı səslərdən ibarət olur,ətraf mühiti dərk etmir,yaxın adamları yad adamlardan ayıra bilmir. Sidik ifrazı və defekasiya funksiyaları pozulur.Belə xəstələrdə psixi fəaliyyət instinktlərlə məhdudlaşır. Kəmağıllığın qarşısını almaq məqsədilə tətbiq olunan ilkin profilaktikaya tibbi-genetik konsultasiyalar, mərkəzi sinir sisteminin inkisaf anomaliyalarının prenatal diaqnostikası, postnatal infeksiyaların müalicəsi aiddir. İkincili profilaktika uşaqlarda kəmağıllığın erkən aşkara çıxarılması və xəstənin müalicə və reabilitasiyası üçün vaxtında tədbirlər görülməsindən ibarətdir.



Şuur - ali sinir fəaliyyətinin ən yüksək forması olub real varlığı hərtərəfli oks etdirir.Bu əmək prosesində əmələ gəlib, insanın onu əhatə edən varlığa məqsədəönlü münasibətlərində ifadə olunur. Şuurun normal aydın vəziyyətində insan öz şəxsiyyətini, vəziyyətini, davranışını, onu əhatə edən varlığa, ətraf mühitə və özünün bu mühitdəki vəziyyətini, münasibətini, vaxtı və məkanı müəyyən edə bilir. Şuurlu fəaliyyət ali psixi funksiyalardan biridir. Şuurun iştirakı olmadan heç bir psixi fəaliyyət hər hansı hərəkət mümkün deyil. Insanın normal psixi fəaliyyəti həmişə bütün b/beyin və beyin qabığının tam iştirakı ilə olur. Baş beyinin müəyyən halı olan “aydın şuur” olmadan psixi fəaliyyət və eləcə də orqanizmin mürəkkəb və ali fəaliyyəti mümkün deyil.Suurun funksional fəaliyyəti üçün b/beyin optimal şəkildə oyanmalıdır. Şuur idrak prosesləri ilə (nitq, dil, yaddaş, təfəkkür,duyğu,qavrayış və s.)üzvi şəkildə bağlıdır.Şuurun pozulmasiqavramanın, oriyentirovkanın (bələdliyin), təfəkkür və yaddaş funksiyaların pozulması ilə xarakterizə olunur. Bu zaman xəstə real aləmdən ayrılır, zaman-məkan bələdliyi pozulur, yaddaş itir və s. Klinikada şuurun pozulması bütün şöbələrində itməsi və dumanlaşması şəklində təsadüf edir. Şuurun dumanlaşması: deliriy, amensiya,oneyroid, ambulator avtomatizm VƏ S., itməsi isə: obnubulyasiya, şuurun karlaşması, sopor, koma, bayılma şəklində təyin olur.Şuurun itməsi a) Şuurun karlaşmasi- qavramanın ləngiməsi və bununla əlaqədar xarici aləmlə əlaqənin çətinləşməsi ilə xarakterizə edilir. Yalnız ən güclü qıcıqlara qarşı cavab reaksiyası mümkün olur. Keyləşmə ağırlıq dərəcəsinə görə bir neçə formaya bölünür: b)Obnibulyasiya (latınca ob -öndə, qarşıda, nubes – bulud, duman deməkdir) keyləşmənin ən yüngül forması olub, arabir düşüncənin pozularaq yenidən aydınlaşması ilə xarakterizə olunur. Bu zaman xəstə sanki ətrafını normal sezir, bəzi suallara düzgün cavab verir. Lakin elə həmin an nə dediyini unudur, kiminlə söhbət etdiyini, harada olduğunu bilmir. Bu hal, adətən, intoksikasiya keçirən xəstələrdə müşahidə edilir. c) Somnonelsiya-yariyuxulu hal kimi təsvir oluna bilər. Əksər hallarda xəstə gözüyumulu uzanmış vəziyyətdə olur. Verilən suallara bir çox hallarda düzgün cavab verir. Sualın məzmunu mürəkkəbləşdikcə cavab çətinləşir.d) Sopor - əvvəl təsvir edilən halların inkişaf edərək daha da ağırlaşması kimi və ya müstəqil olaraq birbaşa meydana çıxa bilər. Xəstə yuxulu adami xatırladır. Ətraf qıcıqlara reaksiya vermir, qiciq gücləndikdə isə xaotik hərəkətlər edir.Şərtsiz reflektor fəaliyyət saxlanılmış olur.Məsələn, bəbəyin işığa reaksiyası pozulmur, ağrı hissi duyurlar və s. e Koma - düşüncənin kəmiyyətcə pozulmasının ən ağır dərəcəsi olub, xarici aləmlə əlaqənin tam itməsi və bir sıra şərtsiz reflekslərin (bəbəyin işığa reaksiyası, ağrı hissi) sönməsi ilə xarakterizə olunur Xəstə öz halından çıxdıqdan sonra tam amneziya qeyd olunur f) Bayılma - şüurun qəfildən qısa müddətli itməsidir. Özünə və mühitə bələdlik itir, şüur aydınlaşdıqda amneziya əmələ gəlir - heç bir şeyi xatırlamır.Şuurun dumanlaşması: 1. Deliriy. Bu zaman özünü dərketmə saxlanılır, mühiti dərketmə pozulur. Xəstələrin xarici görkəmi kəskin psixotik halın olmasını göstərir. Müxtəlif məzmunlu hallyusinasiyalar,sayıqlamalar, effektiv əlamətlər (qorxu, təşviş) müşahidə olunur.Göstərilən bu əlamətlər tədricən inkişaf edir.Belə ki, hallyusinasiyalar əvvəlcə sadə, (akoazm, fotopsiya şəklində), sonra isə daha mürəkkəb formada (əcaib, dəhşətli səhnələr) təzahür edir.Kliniki təcrübədə deliriyin bir neçə formalarına rast gəlinir: a)Peşə delirisi. Mühiti dərk etmənin pozulması fonunda şəxs, sanki həmişə çalışdığı iş yerində öz peşə vəzifəscini ifa edir. Məsələn, dəmirçi sol əli ilə aramla körüyü basır, sağ əli ilə maşanı o üz, bu üzə çevirir. b) Zümzüməli deliriy (latınca mussitation – Səssiz zümzümə deməkdir). Ağır keçən deliriy zamanı təsadüf edilir. Xəstə dodaqaltı sanki nəsə deyir, əllərinin, başının ritmik və cəld hərəkətləri ilə diqqəti cəlb edir. 2.Amensiya. Düşüncənin dərin, özünü və mühiti dərketmənin tam itməsi ilə diqqəti cəlb edir. Ağır xəstəliklərlə: beynin infeksion xəstəlikləri, doğuşdan sonraki septik intoksikasiyalar, nadir hallarda isə şizofreniya xəstəliyi ilə (hipertoksis şizofreniya) əlaqədar meydana çıxır. Amentiv hal zamanı psixi fəaliyyətin bütün formaları pozulur.Nitq əlaqəsiz, ətraf mühitin qavranılması qeyri-obyektiv olduğu üçün xəstənin şikayətlərini və sayıqlama fikirlərini anlamaq olmur.Küllü miqdarda, müxtəlif məzmunlu,rəngarəng illuziya və hallyusinasiyalar qeyd olunur. Xəstələr özlərini narahat aparır, arabir gözlənilməz lüzumsuz hərəkətlər edirlər. Ozünü narahat hiss edən xəstə gözlənilmədən sanki sakitləşir, çöhrəsi gülüş ifadə edir və yaxud da ağlamağa başlayır. Belə hal xəstəliyin ağırlıq dərəcəsindən, aparılan müalicənin səmərəsindən asılı olaraq həftələrlə davam edə bilər. Öz halından çıxdıqdan sonra tam amneziya müşahidə olunur.J.Oneyroid («oneiros» sözündən götürülüb - yunanca yuxu deməkdir). Bu zaman özünə bələdlik tam, mühitə bələdlik isə nisbətən pozulur. Xəstə bir nov fantastik yuxu dünyasında olur. Üzünün mimikası bu an keçirdiyi hisslərlə əlaqəli olur. Amentiv-delirioz haldan fərqli olaraq xəstə bu Səhnələrin iştirakçısı olmur, o, bütün səhnələri kənardan seyr edir.Bir xəstə meşədə çayın kənarında, vəhşi heyvanların iştiraki ilə böyük bir musiqi məclisində iştirak etdiyini söyləyir və qeyd edir ki, meymun gitara, şir nağara, ayı qarmon, o isə zərb alətlərində çalır. Bununla belə özünü kənardan seyr etdiyini deyirdi. Xəstələr bəzən özlərini yaşlarına uyğun olmayan tərzdə təqdim edir. Məsələn, 20 yaşlı gənc özünü beli bükülmüş, saçı – saqqalı ağarmış qoca kimi qələmə verir. Öz halından çıxdıqdan sonra xəstə keçirdiyi iztirabların xeyli hissəsini yadına salır, onlar haqqında məlumat verə bilir. 4.Şuurun alaqaranlıq halı- gözlənilmədən meydana çıxan, özünəməxsus kliniki mənzərəsi olan spesifik pozuntudur. Bu zaman özünü dərketmə tam, mühiti dərketmə isə nisbətən pozulur. Alaqaranlıq hal zamanı xəstələrin hərəkətləri (hətta mürəkkəb hərəkət formaları) öz sərrastlığını saxlamış olur. Bir sıra hallarda xəstələr tez bir zamanda ətraf şəxslərin diqqətini cəlb edir. Eşitmə, görmə illüziyaları, hallyusinasiyalar, qorxu və təşviş hissi olduqda Xəstəni dərhal təcrid etmək, xəstəxanaya göndərmək lazımdır. Şuurun alaqaranlıq vəziyyətinin bir neçə kliniki variantları vardır: a) Ambulator avtomatizm-trans halı (latınca ambulare - gəzmək, azmaq deməkdir). Şuurun alaqaranlıq halında olan şəxs mənasız gəzintilərə meyl göstərir. Günlərlə kənddən – kəndə, müxtəlif şəhərlərə «səyahət» edir. Belə hallarda şəxsin xarici görkəmi, adamlara münasibəti normal xarakter daşıdığından heç kəsin diqqətini cəlb etmir. Başqa yerdə olduğunu müəyyən etdikdən sonra lazım nəqliyyata minib evə qayıdır. Oz halından çıxdıqdan sonra heç nə yadında qalmır (tam amneziya qeyd olunur). b) Somnambuliya – (latinca sonmuş - yuxu, ambulare isə yuxarıda qeyd edildiyi kimi gəzmək deməkdir). Xalq arasında ay işığında gəzmək, «lunatizm» adı ilə məlum olan bu hal uşaqlar, yeniyetmələr arasında daha çox təsadüf edir. Mərkəzi sinir sisteminin üzvi xəstəliklərində, bəzən isə tam sağlam adamlarda rast gəlinir. Gecə yarı, şirin yuxuda olan adam yatağından qalxıb, həyətə çıxaraq təkbaşına gəzişməyə başlayır. Bəzən damın, hasarın, üfüqi vəziyyətdə olan şalbanın, nərdivanın üstü ilə yeriyir. Əksər hallarda özləri, bəzən isə yaxın adamlarının köməyi ilə şəxs yatağına qaytarılır, yenidən yuxusunu davam etdirir. Səhər yuxudan ayılarkən olmuş hadisə haqqında heç nə yadında qalmır.c)Fuqa (latinca fuqas – qaçmaq deməkdir), şuurun alaqaranlıq pozulması vəziyyətində xarakterizə olunan haldır. Belə pozuntu qəflətən başlayır, eləcə də qurtarır. Adətən, bir neçə dəqiqədən artıq çəkmir. Xəstədən səbəbini soruşduqda öz hərəkətini heç nə ilə izah edə bilmir, çunki olmuş hadisəni dərhal unudur. Depersonalizasiya, derealizasiya sindromu. Depersonalizasiya özünü dərk etmənin xüsusi pozuntusu olub, bu zaman şəxs özünü ikiləşmiş kimi təsəvvür edir. Derealizasiya zamanı xəstələr mühitin yadlaşmasını, yəni ətrafdakı hadisələrin, obyektlərin, eyni zamanda adamların yadlaşmasını, əvvəlkinə bənzəmədiklərini söyləyirlər. Bəzən xəstə ilk dəfə gördüyü hadisə və mənzərəni əvvəllər görüb bildiyi kimi qavrayır. Epizodik şəkildə təsadüf edən bu əlamət derealizasiyanın bir forması kimi qiymətləndirilir
Yüklə 34,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin