Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
I. Endogen (yunanca endon – daxili, genes – mənşə deməkdir) nəzəriyyələr şəxsiyyətin
inkişafını bioloji amillərlə əlaqələndirərək irsiyyətin roluna xüsusi əhəmiyyət verir.
II. Ekzogen nəzəriyyələrdə isə insan bir növ tabula rasaya (ağ lövhə) bənzədilir,
şəxsiyyətin formalaşması ancaq sosial amillərin təsirilə izah olunur. Şəxsiyyətin sosializasiyası
ilə bağlı müasir burjua nəzəriyyələrini də mahiyyət etibarilə ekzogen nəzəriyyələr sırasına aid
etmək lazımdır.
Xarici ölkələrin müasir psixologiyasında insan şəxsiyyətində iki amilin – bioloji və sosial
amillərin təsirilə formalaşan iki başlıca yarımstrukturu ayırd edən nəzəriyyələr əsas yer tutur.