Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə53/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   49   50   51   52   53   54   55   56   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Dağlıq Qarabağ kadastr rayonu 
Bu kadastr rayonuna Şuşa, Xocavənd, Ağdərə, Füzuli, Cəbrayıl, Zəngilan
Ağdam rayonlarının alçaq və orta dağlıq torpaqlan daxil olur. Bu kadastr rayonunun 
ümumi sahəsi 789,8 min ha-dır. Torpaqların ümumi sahəsindən əkin altında 109,1 
min ha, çoxillik əkmələr altında 29,8 min ha, örüş altında 4,6 min ha yerləşir. Kənd 
təsərrüfatına yararlı torpaqlar bütövlükdə 330,3 min ha və ya ölkə ərazisinin 7,7%-ni 
təşkil edir. Ümumilikdə, kənd təsərrüfatının hərtərəfli inkiaşfı üçün ki-fayət qədər 
torpaq vardır. Yararlı torpaqların sahələrinin ölçüləri hündürlük qurşaqhğından 
asılıdır. Bu qanunauyğunluq əkinçilik və heyvandarhq istehsalı sahələrinin 
yerləşməsinə öz təsirini göstərir. Ərazinin kənd təsərrüfatı mənimsənilməsi 45,4% 
təşkil edir. 
Apreldən sentyabra kimi fəal temperaturlar cəmi 600-3800°C, illik yağıntıların 
miqdarı isə 300-900 mm təşkil edir. Şaxtasız günlərin sayı 90-220 arasında dəyişir. 
Qəhvəyi dağ-meşə (21,2%), qaratorpaq (7,8%), şabalıdı (25,2%) torpaqlar üstünlük 
təşkil edir. Kadastr rayonunda dəniz səviyyəsindən 200 m hündürlükdə yerləşən 
ə
razilər vardır. Ancaq üzümçülük və meyvəçilik əsas etibarilə dəniz səviyyəsindən 
700 m hündürlükdə yerləşən torpaqlarda yayılmışdır. 
Dağlıq Qarabağm mənimsənilməsi və təbii şəraitləri kompleksi ixtisaslaşmış 
sahələrin yaradılmasına imkan verir. Onlardan üzümçülük, heyvandarlıq, qoyunçuluq 
ə
sas, donuzçuluq, baramaçılıq və bağçılıq isə əlavə sahəlordir. 
Dəlidağ-Şahdağ kadastr rayonu 
Buraya Gədəbəy, Xanlar, Goranboy, Şuşa, Laçın və Kəl-bəcər rayonlarının 
yüksək dağlıq torpaqları (otlaqları) daxildir. Ümumi sahəsi 170,6 min ha-dır. Başlıca 
olaraq otlaq kimi istifadə olunur. Belə ki, otlaqların sahəsi Gədəbəy rayonunda 12,5 
min ha, Daşkəsəndə - 93,4 min ha, Kəlbəcər rayonunda isə 9,0 min ha təşkil edir. Bol 
yem sahələri illik yağıntıların miqdarı 350-700 mm-ə çatan 1000-3000 m 
hündürlükdə yerləşir. Bu kadastr rayonunda çimli dağ-çəmən, bozqırlaşmış 
dağ-çəmən torpaqları geniş yayılmışdır. Mal-qaranın qaydasız otarılması burada 
eroziya prosesləri doğurmuşdur. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin