kadastr rayonları daxil edilmiş-dir. Ümumi sahəsi 2,24 mln. ha olan Kiçik Qafqazın
payına respublikanın dağlıq ərazilərinin 52-57%-i düşür. Bununla yanaşı
Kiçik
Qafqaz Azərbaycanın iqtisadiyyatında böyük rol oynayır.
Gə
ncə
-Qazax kadastr rayonu
Gəncə-Qazax kadastr rayonuna Qazax, Şəmkir, Tovuz, Ağstafa,
Samux
rayonlarının düzən və dağətəyi əraziləri daxildir. Rayonun 546,7 min ha-a bərabər
olan ümumi sahəsi ölkə ərazisinin 6,3%-ni təşkil edir. Bu sahənin 72,3
min ha
ə
kin-lərdən, 23,4 min ha çoxillik əkmələrdən, 12,4
min ha dincə qoyulmuş
torpaqlardan, 7,4 min ha örüşlərdən, 174,8 min ha isə biçənəklərdən ibarətdir.
Gəncə-Qazax kadastr rayonu Kıçik
Qafqaz təbii vilayətinin şimal hissəsini əhatə edir. Ərazinin hündürlüyü 200-400
m arasında dəyişir. Bu rayonun ərazisində qurubozqır landşaftlan, orta parçalanmış
düzənliklər yayılmışdır. Nəmliyə görə rayon yarımrütubətli
və quraq zonaya aiddir
(Md = 0,10 - 0,20). Yağıntıların illik miqdarı 250-410 mm arasında dəyişir. Qızmar
iqlim sahəsinə daxil olan rayon ərazisin-də fəal temperaturlar cəmi 3800-4400°-yə
çatır. Vegetasiya dövrünün uzunluğu 213-210 gündür. Tünd
boz-qəhvəyi,
boz-qəhvəyi, açıq boz-qəhvəyi, çəmən boz-qəhvəyi, bozqırlaşmış-çəmən və
bataqlı-çəmən torpaqları daha çox yayılmışdır. Ərazidə torpaqların şorakətliyi və
ş
orluğu yayılmışdır. Ərazinin təbii şəraiti kənd təsərrüfatı bitkilərinin becərilməsinə
imkan verir. Əsas ixtisaslaşma
sahələri üzümçülük, heyvandarlıq, taxılçılıqdır.
Yardımçı sahələrə qoyunçuluq, kartofçuluq, bağçılıq və tərəvəzçilik aiddir.
Dostları ilə paylaş: