istirahəti, tərbiyəsi və təhsili üçün yaxşı şəraitin yaradılması, yaxşı keyfiyyətli qida
məhsullarının istehsalı və satışı, həmçinin əhaliyə mümkün olan tibbi köməyin
edil-məsi ilə təmin olunur (Ətraf mühit mühafizəsi haqqmda AR-nın Qanunu).
2.
Təsisat maraqlarmın ümumdövlət maraqları üzərində üstünlyünü aradan
qaldıran təbiətdən istifadə və ətraf mühitin mühafızəsinin ümumdövlət
tənzimlənməsinin birincilik prinsipi bundan əwəlki prinsiplə sıx bağlıdır
və onun
təminedici qaydasıdır. Belə ki, torpağın istifadəçilərə verilməsi yalnız yerli
hakimiyyət orqanlarının qərarı ilə həyata keçirilir. Nazirlik və baş idarələr isə ancaq
təbiətdən istifadə və ətraf mühitin mühafızəsinin tənzimlənməsi üzrə ayrı-ayrı
funksiyaları həyata keçirirlər. Bu mənada Ekologiya və Təbii Sərvətlər Nazir-liyi
təbii ehtiyatların istifadəsi və mühafızəsi üzıə nəzarət fun-ksiyasmı həyata keçirir.
3.
Təbii obyektləri onların məqsədli təyinatına tam uy-ğun olaraq istifadə
etməyə hər bir təbiətdən istifadəçinin öhdə-sinə götürdüyü, təbii obyektlərin ciddi
məqsədli istifadəsi prinsipi. Məsələn, qanunda yol verilən hallar istisna olmaqla kənd
təsərrüfat təyinatlı torpaqlann qeyri-kənd təsərrüfatı
məqsədləri üçün istifadəsi
qadağandır.
Təbii obyektlərin məqsədli təyinatı həm onların verilməsi (satın alınması)
zamanı, həm də müəyyən hüquqi statusla pay verilməsi yolu ilə olduğu zaman
müəyyən edilir.
Təbii obyektlərin təsərrüfat quruluşu layihələrində təsbit olunmuş dövlət
iradəsini təbiətdən istifadəçilərin yerinə yetirməsi məcburidir. Belə ki, müvafiq
icazəsi olmadan müəyyən olunmuş qaydada təsdiq edilmiş yer quruluşu layihəsindən
kənara çıxmağa görə təqsir vəzifəli şəxslər üçün cərimə nəzərdə tutulmuşdur (İXM).
4.
Təbii ehtiyatların səmərəli istifadəsi prinsipi, təbii obyektlərin təsərrüfat
istismarından minimal xərclərlə ən yüksək səmərə almağa cəhd etməni ifadə edən, bu
zaman iqtisadi
və ekoloji zərər yetirməyən, təbiətdən istifadənin qanunla qüvvəyə
yüksəldilmiş iqtisadi tərəfıni əks etdirir.
Təbii obyektlərin qeyri-səmərəli istifadəsi hüquq pozuntusu hesab edilir və
təqsirkarın cəzalandırılması ilə yanaşı təbiətdən istifadə hüququna xitam verilməsi ilə
də nəticələnə bilər. Məsələn, torpağm təsərrüfatsızcasma istifadəsinə görə təqsirkar
vəzifəli şəxs üçün cərimə nəzərdə tutulmuşdur (İXM). Bu faktın özü isə sahənin
müsadirə olunmasının mümkünlüyü üçün əsas ola bilər.
Təbii obyektlərin səmərəli istifadəsi prinsipi bu işin iqtisadi və ekoloji tərəflərini
nəzərdə tutur.
Təbii obyektlərin səmərəli istifadəsi prinsipi iqtisadi tərəfdən xərclərin optimal
qoyuluşu zamanı təbii obyektlərin istifa-dəsində müsbət effektə maksimum nail
olunmasını nəzərdə tutur.
Bu prinsip ekoloji tərəfdən ətraf təbii mühitin mühafızəsi
və təbiətdən
istifadənin gedişində maksimum ekoloji təhlükə-sizliyin təmin olunmasını nəzərdə
tutur.
5. Təbii obyektlərin istifadəsində mühafızə tədbirlərinin üstünlüyü prinsipi
onunla şərtlənmişdir ki, bütün təbii obyektlər təsərrüfat istismarının mənfı
nəticələrindən sığortalan-mamışdrr. Bu və ya digər təbii obyektin təsərrüfat istismarı
üzrə hər hansı təsir onun mühafızəsi üzrə müəyyən tədbirlərin hazırlanması və həyata
keçirilməsi ilə müşahidə olunmahdu. Belə ki, əkin torpaqlarının istifadəsi torpaq
münbitliyinin artı-rılması üzrə tədbirlərlə; meşələrin qrrılması - meşələrin bərpa işi və
meşəartırma üzrə işlərlə; bahqlarm tutulması - balıqçıhq təsəırüfatının
yaxşılaşdırılması üzrə tədbirlərlə birgə həyata keçirilməlidir.
Belə ki, ətraf mühitin mühafızəsi haqqında elə bir qayda müəyyən edilmişdir ki,
Azərbaycan Respublikasının vətəndaşı üçün təbiətdən istifadənin hər hansı növü
zamanı sağlam ətraf mühit təmin edilməlidir; bu məqsəd üçün əhalinin həyatı, əməyi
və istirahəti üçün normal ekoloji şəraitin təminatı, həyat və sağlamhğının
mühafizəsinin önəmliyi müəyyən edilmişdir.
Bununla yanaşı, əgər təbiətdən istifadədə iqtisadi və ekoloji maraqların
kolliziyası meydana çıxarsa, yəni istismar olunan
təbii obyekt üçün təbiətdən
istifadənin üsulu zərərli olarsa, o zaman üstünlük ekoloji maraqlara verilməlidir,
təbiət-dən istifadə üsulu ya dəyişdirilməli, ya da xitam olunmalıdır.
6.
Təbiətdən istifadədə kompleks yanaşma prinsipi onunla ifadə olunur ki, təbii
obyektin istifadəsi zamanı bütövlükdə ətraf təbii mühitlə və digər təbii obyektlərlə
onun bütün ekoloji əlaqələrini nəzərə almaq vacibdir. Bu səbəbdən hər bir konkret
təbiətdən istifadə növünün tərkibində, adətən, təbiətdən
istifadənin əsas məqsədi və
ə
sas məqsəddən irəli gələn əlaqəli məqsədi olur. Məsələn, torpaq istifadəçisi, torpaq
sahə-sinin məqsədli, səmərəli və effektli istifadəsinə görə hüquq və vəzifələrlə
yanaşı, labüd olaraq onun torpağında olan su obyektlərinin mühafızəsini
pozmamaqla, qonşu təbiətdən istifa-dəçilərin (meşə istifadəçiləri, yerin təki
istifadəçiləri) qanuni maraqları və hüquqlarım pozmamaqla torpaq sahəsini istismar
etmək vəzifəsi və hüququ alır.
7.
Təbiətdən istifadənin sabitliyi prinsipi belə bir tələbatla şərtlənmişdir ki, hər
bir təbiətdən istifadəçi öz vəziyyəti-nin sabitliyinə inanmalı
və təbii obyektin
istismarı zamanı bütün vacib işləri görməyi bacarmalıdır. Belə ki, torpağın və digər
təbii ehtiyatların icarəsi, adətən, uzunmüddətli xarakter daşımalıdır (5 ildən daha
çox), əks təqdirdə torpaq və digər təbii obyektlər səmərəsiz istismar olunacaqdır.
Təbiətdən istifadənin sabitliyi prinsipi qanunvericilikdə müxtəlif qanunlarla
təmin olunur:
Dostları ilə paylaş: