Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc


Faydalı qazıntıların çıxarılması



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə24/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   20   21   22   23   24   25   26   27   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Faydalı qazıntıların çıxarılması üçün yerin təkindən istifadə prioriteti. 
Xüsusən də, qanunvericiliyə görə faydalı qazıntıların əldə olunması mümkünlüyünü 
təmin edən tədbirlərin aparılması şərti ilə dövlət dağ-mədən nəzarəti orqanları ilə 
razılaşma üzrə xüsusi hallar istisna olmaqla, faydalı qazmtıların yerləşdiyi sahələrdə 
tikinti işləri qadağandır. 
4.
Mühafizə təyinatiı meşələrin prioriteti. Su mühafizə, müdafıə, 
iqlimtənzimləmə əhəmiyyətinə malik olan meşə-lər birinci qrup meşələrə aiddir, yəni 
yüksək mühafızə olunan hüquqi statusa malikdir. Belə meşələrdə ağaclann qanunsuz 
kəsilməsi başqa qrup meşələrlə müqayisədə ən yüksək dərəcədə məsuliyyətlidir 


səbəolur. 
5.
Təbii sərbəstlik vəziyyətinde heyvanların mövcudluq şəraitinin prioriteti. 
Heyvanlar aləmindən elmi və təcrübəçilik məqsədi üçün istifadə, heyvanlann təbii 
mühitdən ayrılması və yaşayış mühitinə zərər vurulması, eləcə də heyvanlar 
aləmindən istifadə ilə əlaqədardırsa, belə hala yol verilmir («Heyvanlar aləmi 
haqqında» Azərbaycan Respublikasının Qanunu, maddə 53). 
Yuxarıda göstərilən prinsiplər ekologiya hüququnun «mikrosxemi» olmaqla, nə 
birdəfəlik, nə də həmişəlik müəyyən olunmayıb. Ölkə vətəndaşları qarşısında duran 
siyasi vəzifələrin və tarixi şəraitin dəyişməsi ilə bu prinsiplərin məcmusu dəyişə bilər 
və yaxud yeni prinsiplərlə tamamlana bilər. 
Ekologiya hüququnun mənbələri 
Ekoloji-hüquqi normalar, institutlar və ekologiya hüququ hüquq sahəsi kimi 
ekoloji-hüquqi tənzimləmənin mahiyyətidir. 
Ekologiya hüququnun mənbələrinin inkişaf etmiş sistemi ekoloji hüquq 
normaları məcmusunun ayrıca hüquq sahəsi kimi fərqləndirilməsi mühüm şərtdir. Bu 
baxımdan ekologiya hüququnun mənbələri dedikdə, cəmiyyətlə təbiətin qarşılıqlı 
təsiri sahəsində meydana çıxan münasibətləri tənzimləyən normaların əks olunduğu 
normativ-hüquqi aktlar başa düşülür. 
Hər hansı səlahiyyətli dövlət orqanının konkret iş üzrə və konkret şəxslər 
barəsində qəbul etdiyi fərdi-konkret xarakterli qərar, hüququn mənbəyi, o cümlədən 
ekologiya hüququ-nun mənbəyi sayıla bilməz. 
Ekologiya hüququnun mənbələri bir sıra xüsusiyyətlərə malikdir. Həmin sahəyə 
aid olan hüquq normalarınm digər hüquq sahələrinə də aidiyyəti ola bilər. Təbiətdən 
istifadə və ətraf mühitin mühafizəsi sahəsinə dair qanunvericilik üzrə normalarla 
yanaşı, həmin normalar konstitusion, mülki, cinayət qanunvericiliyi aktlarında, 
sahibkarlıq haqqında və digər normativ-hüquqi sənədlərdə öz əksini tapmışdır. 
Müxtəlif səviyyələrdə çoxsayh normativ-hüquqi aktlarm qəbul edilməsi 
ekologiya hüququnun mənbələrinin müəyyən edilməsini çətinləşdirir ki, onların 
təsnifləşdirilməsi bu çətinlikləri aradan qaldırmağa yönəlmişdir. Təsnifat aşağıdakı 
ə
sas-lara görə aparılu: 
1.
Hüquqi qüwəsinə görə - qanunlar və qanun qüwəü aktlar: 
a)
qanunlar - nümayəndəli dövlət hakimiyyəti orqanları tərəfindən qəbul edilən 
normativ hüquqi aktlar; 
b)
bütün digər normativ hüquqi aktlar qanun qüvvəli aktlardır. Buraya 
Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, mərkəzi icra 
hakimiyyəti orqanlarmm və bələdiyyələrin qəbul etdiyi aktlar aiddir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin