Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə26/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   22   23   24   25   26   27   28   29   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Ekologiya hüququ müstəqil hüquq sahəsidir 
Hər hansı hüquq sahəsinin müstəqilliyi, onun özünəməxsus hüquqi tənzimləmə 
vasitələri, üsulları, daha dəqiq desək, həmin hüquq sahəsinin müstəqilliyini sübut 
edən ictimai münas'ibətlərin tənzimləmə qaydaları, prinsipləri və bu sahənin 
cəmiyyət tərəfındən dərk edilməsi ilə müəyyən olunur. Həmin sahənin araşdırılması 
və ətraflı öyrənilməsi bizə əsas verir ki, onun tamamilə müstəqil bir hüquq sahəsi 
olduğu iddiasını qəbul edək. 
Ekologiya hüququnun predmetinə cəmiyyət və təbiətin qarşılıqlı əlaqələrini 
tənzimləyən ekoloji-ictimai münasibətlər daxildir ki, onlar da 2 qrupa bölünür: 
kompleks və sahələr üzrə. 
Kompleks ekoloji münasibətlər isə təbii ərazi komplekslərini, obyektləri, təbii 
qoruq fondları, müalicə-sağlamhq, rek-reasiya (istirahət), sanitar sağlamhq zonaları 
və s. sahələrin istifadəsini və mühafızəsini əhatə edir. 
Sahələr üzrə ekoloji-ictimai münasibətlər torpaq, su, me-şə, yeraltı sərvətlər, 
heyvanlar aləmi və atmosfer havasmm istifadəsi və qorunmasmı əhatə edir. 


Hər iki münasibətin cəmi isə ətraf mühitin mühafizəsi və təbii ehtiyatların 
səmərəli istifadəsi üzrə münasibətlərin məcmusu kimi konkret şəkildə ekologiya 
hüququnun predmetini formalaşdırır. 
Ekologiya hüququnun digər hüquq saholoıi kimi 3 tə-zahür forması vardır: 
1)
hüquqi konsepsiya; 
2)
hüquqi normalar; 
3)
hüquqi münasibətlər. 
Hüquqi konsepsiyanın əsasını, təbiət və cəmiyyətin qarşılıqh əlaqələrini 
formalaşdıran ideyalar təşkil edir. Bu cür əlaqələrin tənzimiənməsi üçün mütləq 
hüquqi normalar tələb olu-nur. Həmin hüquqi normalar ekoloji qanunvericilikdə 
təsbit olunmaqla, bütünlükdə təbiot və cəmiyyətin qarşılıqlı əlaqələrinin 
tənzimlənməsi üçün hüquqi baza - qanunvericilik bazası formalaşdırılır. 
Bəzən ekoloji-hüquqi normalar cəmiyyətdə dəyişən ictimai münasibətləri 
vaxtında və düzgün əks etdirə bilmir. Məhz bu zaman, digər hüquq sahələrində 
olduğu kimi, hüquqi münasibətlər forması özünü vacib hüquqi element kimi göstərir. 
Ə
gər bu münasibətlər vaxtında reallaşmasa, onda heç bir məqsədə vaxtında nail 
olmaq mümkün deyildir. 
Beləliklə, ekologiya hüququ da başqa hüquq sahələrində olduğu kimi, yuxarıda 
adlan çəkilən bu üç formanın birgə fəaliyyəti nəticəsində təzahür edə bilər. 
Təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafızəsi ilə əlaqədar insanlar 
arasındakı münasibətləri tənzimləyən qaydalara ekoloji hüquq normalar deyilir. 
Ekoloji hüquq normaları özlüyündə şərti olaraq 3 qrupa bölünür: 
a)
sahələr üzrə (torpaq, Yerin təki, su və s. qorunması); 
b)
kompleks (təbii komplekslərin istismarı və mühafizəsi); 
c)
ekolojiləşdirilmiş normalar (inzibati, cinayət, aqrar, təsərrüfat və s. kimi 
hüquq sahələrinin normaları). 
Bu normalar məzmununa görə aşağıdakı kimi olurlar: prinsip normalan, prioritet 
normalar və qaydalar. 
Prinsip normasına misal olaraq, «Ətraf mühitin mühafızəsi haqqında» 
Azərbaycan Respublikası Qanununun preambulasını göstərmək olar: «Bu qanun etraf 
mühitin mühafızəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun 
məqsədi ətraf mühitin ekoloji tarazhğının mühafızəsi sahəsin-də ekoloji 
təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa 
fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub 
saxlanılma-smdan və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir». 
Prioritet normalar sahəvi xarakterə malik olduğu üçün 3 səviyyədə qruplaşdırıhr: 
sahələr üzrə, sahələrarası və ümumi ekoloji səviyyə üzrə. 
Qaydalar imperativ (amirlik) xarakterə malik olub, ekoloji münasibətlərin 
konkret sahələrinə şamil olunur. Məzmununa görə bu qaydalar aşağıdakı kimi olurlar: 


xəbərdaredici, 
qadağanedici, 
bərpaedici 
(əvəzi 
ödənilən), 
cəzaverici, 
mükafat-landırıcı, hüquqverici, icazəverici, məcburedici. 
Ekologiya hüququ müstəqil hüquq sahəsi olmaqla yanaşı, onun başqa hüquq 
sahələri ilə də çox sıx əlaqəsi vardır. Bu hüquq sahələrinə aşağıdakılan misal 
göstərmək olar: 
- dövlət hüququ; 
-
konstitusiya hüququ; 
-
roma hüququ; 
-
inzibati hüquq; 
-
mülki hüquq; 
-
cinayət hüququ; 
-
aqrar hüquq; 
-
sahibkarlıq hüququ; 
-
beynəlxalq hüquq və s. 
Sadalanan hüquq sahələrinin hər birinin predmeti və metodu ekologiya hüququn 
predmeti və metodu ilə müəyyən oxşarhğa malikdir. Belə ki, dövlət hüquq 
nəzəriyyəsinin bir çox nəzəri məsələlərindən yararlanan ekologiya hüququ 
Konstitu-siya normaları, icra orqanlanmn fəaliyyət prinsipləri ilə daha çox 
ə
laqədardır. Roma hüququna görə insanların təbii hüquqlarmdan hesab olunan 
ekologiya hüququ, təbii ehtiyatlar üzərində mülkiyyət hüququ, mülkiyyətin müxtəlif 
növləri baxımından və dəymiş ziyanm ödənilməsi baxımından mülki hüquqla, 
mənfəət götürmək məqsədi ilə təbii ehtiyatlardan istifadə etməklə sahibkarhq hüququ 
ilə daha da yaxınlaşır. 
İ
darəetmə, nəzarət, inzibati cəzalandırma, inzibati məsuliyyət - inzibati hüquqa 
aid olsa da, ətraf mühitin mühafı-zəsində əsas ekoloji-hüquqi mexanizm hesab 
olunur. 
Təbii ehtiyatlardan səmərəsiz istifadə və ətraf mühitə dəymiş ziyan cinayət 
hüququnun normaları ilə tənzimlənir. 
Atmosfer havası, yerin ozon qatı, qütb əraziləri, dünya okeanı, neytral sular, 
kosmos kimi təbii ehtiyatlar heç bir dövlətə mənsub olmayıb, bəşəriyyətin təbii 
sərvəti hesab olundugu üçün beynəlxalq ekologiya hüququnun predmetinə daxil 
edilmişdir. Bu sahədəki beynəbcalq əlaqələr və əməkdaşlıq isə beynəlxalq təşkilatlar 
vasitəsi ilə beynəlxalq hüquq normaları əsasmda həyata keçirilir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin