Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə28/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   24   25   26   27   28   29   30   31   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Təbii ehtiyatların öyrənilməsinin predmeti, obyekti və vəzifələri 
«Təbii ehtiyat» dedikdə, istehsal olunmayan resurslar başa düşülür. Təbiətdə baş 
verən bütün hadisə və proseslər bir-biri ilə, eləcə də insanın həyat və fəaliyyəti ilə 
ə
laqədar olduğu üçün təbii sərvətlər statistikası sahələrarası (makroiqtisadi, sosial, 
demoqrafik, səhiyyə, müəssisələr statistikası və s.) xarakter daşıyır. Təbii chtiyatlar 
statistikasının predmeti bütün təbii ehtiyatlarrn və onun komponentlərinin 
mövcudluğunu, vəziyyətini və istifadəsinin səmərəliliyini, təbii proseslərin və 
antropogen amillərin təsiri nəticəsində dəyişmənin kəmiyyət və keyfıyyət 
xarakteristikasını vermək və bununla əlaqədar çəkilən məsrəfləri öyrənməkdən 
ibarətdir. Təbii ehtiyatlar statistikası yuxarıda göstərilən istiqamətlərdə hadisələrin 
dəyişməsi meyillərini və dəyişmələrin qanunauyğunluqlarını da öyrənir. 
Təbii resurslar statistikasının obyekti təbii resursların özləridir. 
Təbii ehtiyatlar statistikasınm vəzifəsi müxtəlif səviyyəli, dövlət və yerli 
idarəçilik orqanlarmı, təsərriifat subyektlərini, habelə təbii ehtiyatlarm mövcudluğu
vəziyyəti, tərkibi və istifadəsinin səmərəliliyi ilə maraqlanan bütün hüquqi və fıziki 
şə
xsləri lazımi informasiya ilə təmin etməkdir. 
Təbii ehtiyatların həcminin, vəziyyətinin, yerləşdiyi ərazinin və şəraitin 
dəyiməsi ölkənin təbii-resurs potensialına və beləliklə də sosial-iqtisadi potensiahna 


və milli sərvətinə təsir göstərir. 
Təbii ehtiyatlar statistikasının topladığı informasiyadan təbiətdən istifadə 
prosesində təbiəti qoruma siyasətini hazırladıqda və həyata keçirdikdə istifadə olunur. 
Təbii ehtiyatlar statistikasınm qarşısında duran vəzifələr aşağıdakılardır: 
- təbii ehtiyatları xarakterizə edən göstəricilər sistcmini hazırlamaq; 
- informasiyanın alınma, toplanma, işlənmə və təhlili üsullarını hazırlamaq; 
-
təbiəti və ətraf mühiti qoruma sahəsində qanunvericiliyin yerinə 
yetirilməsinə nəzarətə köməklik etmək; 
-
təbii ehtiyatların mövcudluğunu, vəziyyətini, keyfıyyətini, yerləşməsini 
səciyyələndirmək; 
-
öyrənilmə və iqtisadi dövriyyəyə cəlb edilmə dərəcəsinə görə təbii sərvətlərin 
həcmini müəyyən etmək; 
-
təbii ehtiyatların istifadəsinin səmərəliliyini səciyyələndirmək və təbii 
sərvətlərin vəziyyətinə insan fəaliyyətinin təsirini qiymətləndirmək; 
-
təbii ehtiyatların insanın fəaliyyətinə və onun həyat şəraitinə təsirini 
qiymətləndirmək; 
-
istehsal və məişət tullantılarının yaranması, utilləşdirilməsi, basdırılması və 
bununla əlaqədar olaraq yaranmış zərəri səciyyələndirmək; 
-ölkə və region üzrə təbii sərvətlərin yerləşməsini və təbii resurs potensialmı 
müəyyən etmək; 
- iqtisadi dövriyyəyə cəlb edilmiş resursların və ehtiyatların həcminin 
dinamikasını öyrənmək; 
-
təbii resursların hasilatı və istifadəsi zamanı itkiləri qiymətləndirmək; 
-
təbiətqoruyucu fondların formalaşmasını, onların istifadəsini və yaranma 
mənbələrini səciyyələndirmək; 
-
təbiətqoruyucu 
tədbirlərin 
səmərəliliyini, 
onların 
nəticələrini 
qiymətləndirmək; 
-
ekoloji təyinath məsrəflər və onların somoroliliyini səciyyələndirmək; 
-
təbii mühitdə baş verən prosesləri dinamikada təhlil etmək və 
səciyyələndirmək. 


Təbii ehtiyatlar, onların potensiah və reallaşdınlması imkanları müxtəlif 
ə
lamətlər üzrə təsnifatlaşdırıhr və qruplaşdırıhr. Təbii resurslar statistikasında tətbiq 
edilən əsas qruplaşdırmalar aşağıdakılardır: 
1.
təzələnən və təzələnə bilməyənlər; 
2.
istehsal olunanlar (insan tərəfındən) və istehsal olunmayanlar (təbiətin 
hədiyyəsi); 
3.
tərkib ünsürləri (su, meşə, mineral və s.) üzrə; 
4.
təyinatına (iqtisadi, sağlamlaşdırıcı, sanitar-gigiyenik və s.) görə; 
5.
regionlar üzrə; 
6.
kəşf edilmə dərəcəsinə və potensialına görə; 
7.
mülkiyyət formasma görə və s. 
Təbii ehtiyatlar statistikası üçün ən mühüm qruplaşdırmalardan biri bütün təbii 
ehtiyatlarm təzələnə bilən və təzələnə bilməyən qruplara ayrılmasıdır. Təzələnə bilən 
təbii resurslar bərpa oluna və təkrar istehsal oluna bilərlər. Buraya su, meşə, atmosfer 
havası, heyvanlar və bitkilər aləmi daxildir. Onların təkrar istehsah imkanları bu 
prosesin və onun nəticəsinin statistika tərəfındən səciyyələndirilməsinə ehtiyac 
yaranır. Bundan əlavə, resursların müəyyən hissəsinin təkrar istehsah imkanlan təbii 
ehtiyatları təbiətin töhfələrinə (təbii-istehsal olunmayan) və insan tərəfmdən 
yaradılan (süni) ünsürlərə (is-tehsal aktivlərinə), ehtiyatlara bölməyə imkan verir. 
Təzələnməyən təbii ehtiyatlar təkrar istehsal edilmir. Təkrar olunmayan 
ehtiyatlarm (torpaq, mineral resurslar) mövcudluğu onların istifadəsinin 
səmərəliliyinin öyrənilməsi (qiymətləndirilməsi) statistikanm funksiyasma daxildir. 
Nəzərə almaq lazımdır ki, ehtiyatlann təzələnənlərə və təzələnməyən-lərə bölünməsi 
bir qədər şərtidir, məhsuldar qüvvələrin və texnikanın inkişafı nəticəsində belə 
bölgünün tərkibi və nisbətləri dəyişə bilər. Məsələn, vulkan püskürməsi nəticəsində 
də-nizdə yeni adaların yaranması və yaxud da dənizdəki adaların və sahil 
torpaqlarının dəniz dalğalan nəticəsində yuyulması torpaq ehtiyatlarm təzələnməməsi 
məsələsini mübahisəli edir. 
Təbii ehtiyatlann statistikasının göstəriciləri sisteminə aşağıdakılar aiddir: 
1. Təbii ehtiyatların bütün növlərinin, o cümlədən, hava atmosferi, su, torpaq, 


meşə, faydah qazıntılar, qoruqlar, bitki və heyvanlar aləminin mövcudluğu, istifadəsi, 
çirklənməsi və qorunması haqqındakı məlumatlar; 
8.
Təbii-resurs potensialı və onun tərkib hissələrinin vəziyyətini əks etdirən 
məlumatlar; 
9.
Təbii ətraf mühitin komponentlərinin keyfıyyəti və onun dəyişməsi 
məlumatları; 
10.
Müxtəlif fəaliyyət növlərinin təbii ehtiyatların vəziyyətinə təsir dərəcəsini 
ə
ks etdirən məlumatlar; 
11.
Ətraf mühitə mənfı antropogen təsiri neytrallaşdrrmaq üçün həyata keçirilən 
tədbirlərin səmərəliliyi göstəriciləri; 
12.
Sənaye və məişət tullantılarının yaranması, tutulması, utilləşdirilməsi və 
basdırılmasını səciyyələndirən məlumatlar; 
13.
Təbii ehtiyatların qorunması və təbiətdən istifadənin səmərəliliyini artırmaq 
məqsədilə avanslaşdırılmış və cari məsrəflərin səmərəlilik melumatları; 
Təbii ehtiyatlar statistikası gösətricilərinin xeyli hissəsi natural və şərti-natural 
ölçü vahidləri ilə ifadə olunurlar. Belə vəziyyət onlann bilavasitə cəmlənməsinə 
imkan verməsə də onlann dinamikasını qurarkən inflyasiyanın təsiri aradan 
qal-dırılır. 
Dəyər ifadəsi ilə ölçülərin tətbiqi milli sərvətin bu hissəsini ümumiləşdirməyə və 
ümumi yekun göstəricisini əldə etməyə imkan verir. Lakin dəyər ölçülərinin tətbiqi 
dinamikasını qurarkən təbii ehtiyatların qiymətləndirilməsi qiymətlərin dəyişməsi və 
müqayisəli qiymətlərlə yenidən qiymətləndirilməsi kimi məsələlərin həllini tələb edir. 
Təbii ehtiyatlann keyfıyyəti hər bir komponent növü üçün özünəməxsus 
göstəricilərlə ifadə olunur. Məsələn, təbii ehtiyat komponentinin çirklənmə dərəcəsi 
öyrənilərkən çirklənən qarışıqları icazə verilən həddi (İVH) göstəricisindən və bərk 
tullantıların həcmi və basdınlması normalarınm icazə verilən həddi, habelə suda, 
torpaqda və havada zərərli maddələrin qahğmın normativlərindən istifadə olunur. 
Ə
traf mühiti səciyyələndirərkən, bir qayda olaraq, onu çirkləndirən monbələrin sayı 
və yayılma dərəcəsi (hər min nəfərə, hər kilometrə düşən avtomobillərin sayı, 
atmosferə atılan tullantıların həcmi və s.) göstəricilərlə istifadə olunur. 


Milli sərvətin tərkibində təbii ehtiyatlar natural ifadədə uçota alınır. Lakin bazar 
münasibətlərinin inkişafı təbii ehtiyatları dəyər ifadəsilə də uçota almağı tələb edir. 
Son vaxtlaradək təbii ehtiyatlar dövlət mülkiyyətində olduğundan onların bazar 
qiymətləri yox idi. 
Qərb ölkələrinin iqtisadiyyatmda təbii ehtiyatlar qiymətləndirilərkən kəşfıyyat 
və hasilat dəyəri, iqtisadiyyatda qüvvədə olan topdansatış qiymətlərindən və 
konsepsus (dövlət faydalı qazıntı yataqlarını istismar üçün fərdi şəxslərə və 
təşki-latlara verdiyi halda) göstəricilərindən istifadə olunur. Belə qiymətlərin hər üçü 
aşağı salınmış qiymətlər hesab edildiyindən təbii ehtiyatların real qiymətləndirilməsi 
üsuUarının işlənib hazırlanması tələb olunur. Bu problemi həll etmək məqsədilə təklif 
edilən - «Məsrəflər üsulu»-nda təbii sərvətlərin iqtisadi qiymətləndirilmosi həcmi 
təbii ehtiyatların mənimsənilməsinə çəkilən məsrəflərlə əlaqələndirilir. Məsrəflər 
prinsipi təbii ehtiyatlar üçün haqq ödənişlərinin əsasını təşkil edir. Belə haqların 
ödənişi səviyyəsi faydalı qazmtıların kəşfıyyatmın, meşə təsərrüfatının aparılması və 
başqa hallarla müəyyən edilir. Lakin təbiətdən ödənişli istifadə təcrübəsi və aparılan 
eksperi-mentlər göstərir ki, məsələyə belə yanaşma tərzi səmərəsizdir. Çünki təklif 
edilən metod ehtiyatların səmərəli istifadəsinə və itkilərin azaldılmasına gətirib 
çıxarmır. 
Təbii ehtiyatların ayrı-ayrı növlərini öyrənərkən onların hər birinin 
özünəməxsusluğunu əks etdirən qruplaşdırılmadan istifadə olunur. Məsələn, mineral 
ehtiyatların (faydalı qazmtıların) ümumi həcmində geoloji, kəşf edilmiş, iqtisadi 
dövriyyə-yə cəlb edilmiş və s. ehtiyatları ayırırlar. 
İ
rəlidə deyildiyi kimi, başqa təbii sərvətlərdən fərqli olaraq faydah qazıntılar 
yenidən bərpa olunmur və onlara tələbat gün-gündən artır. Bu da yerin təkindəki 
ehtiyatlardan qənaətlə istifadə edilməsini tələb edir. 
Yerin təkinin qorunmasına dair dövlətin qəbul etdiyi qərara əsasən, yerin 
təkində aşkar edilmiş və müəyyən edilmiş qaydada təsdiq edilmiş bütün ehtiyatlar 
uçota ahnmahdır. Faydalı qazıntıların uçotunun əsas vəzifəsi hər ilin əvvəlinə müəs-
sisələrdə, iqtisadiyyat sahələrində və ölkə üzrə bütövlükdə mi-neral-xammal 
bazasının vəziyyətinə dair, dağ-mədən sənayesini təmin etmək üçün faydalı qazıntı 


yataqlarının kəşf edilmə dərəcəsi və onların mənimsənilməyə hazırlıq dərəcəsi 
haqqında dəqiq və hərtərəfli məlumat verməkdir. 
Faydalı qazıntılar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfmdən təsdiq 
edilmiş təsnifata uyğun olaraq iqtisadiyyatdakı mahiyyətinə görə iki qrupa - balans və 
balansarxası qruplara bölünür. Bu qrupların hər birinin uçotu ayrıca aparılır. 
İ
sti-fadəsi iqtisadi baxımdan məqsədəuyğun olan və yerin təkində olan ehtiyatları 
hesablamaq üçün müəyyən edilmiş meyarlara uyğun gələn bütün ehtiyatlar balans 
ehtiyatları, müasir texniki imkanlara görə istifadəsi məqsədəuyğun olmayan (yatağın 
kiçik olması, tərkibində faydah qazmtınm azlığı, istifadənin mürəkkəb şərtləri, 
mürəkkəb emal prosesi tələb edən vo s.) ehtiyatlar balansarxası ehtiyatlardır. 
Yataqlarm kəşfiyyatı, xammalm keyfıyyətinin öyrənilməsi və yataqların 
işlənilməsinin dağ-mədən texniki şəraitlərinə görə yataqlar A, B, S, və S
2
kateqoriyalarına bölünür. 
A kateqoriyasına daxil olan ehtiyatlar aşağıdakı tələbləri ödəməlidir; 
1. Bərk faydalı qazmtılar üzrə; 
g)
faydalı qazıntı yatağmın həcmi, ölçüsü, yataqda faydalı qazmtmın yatımı, 
forması və şəraitinin müəyyən edilməsi; 
h)
faydalı qazmtıların yataqlarınm morfologiyası, daxili quruluşunun xarakteri 
və dəyişməsinin qanunauyğunluğu öyrənilməsi; 
i)
faydalı qazmtı suxurlarının yerləşdiyi yerlərin tərkibində külçəsiz və 
kondisiyaya uyğun gəlməyən sahələrin konturları müəyyən edilməli; 
j)
yatağm dağıntısı ilə əlaqədar müxtəlif pozuntular olduğu şəraitdə onların 
vəziyyəti və yerdəyişməsinin amplitudası müəyyən edilməli; 
k)
təbii müxtəlifliyi müəyyən edilməli; 
l)
faydah qazmtıların sənaye tipi və növü ayrılmalı, konturları müəyyən 
edilməli; 
g) mineralların və onların tərkibində olan zərərli kom-ponentlərin tərkibi və 
keyfıyyəti öyrənilməli. 
Bu kateqoriyaya (A) aid olan ehtiyatların texniki xassələri elə öyrənilməlidir ki, 
faydalı qazıntı süxurlarının və onun əsas komponentlərinin kompleks halında sənaye 


emalının texniki sxemini layihələndirmək üçün müfəssəl məlumat əldə etmək 
mümkün olsun. 
2. A kateqoriyasına aid olan neft və qaz elə müfəssəlliklə öyrənilməlidir ki, əldə 
edilmiş informasiyaya əsasən ya-taqların tipini, formasını və ölçüsünü, neftli-qazlı 
təbəqənin qalınlığını, kollektorun tipini, kollektor özəlliyinin dəyişməsi-nin 
xarakterini, məhsuldar təbəqəsinin neftliliyi və qazlıhq dərəcəsini, layda olan qazın 
və kondesatın tərkibini və xassələrini, habelə yatağın işlənməsinin əsas 
xüsusiyyətlərini müəyyən etmək mümkün olsun. 
Beləliklə, A kateqoriyasma aid olan ehtiyatlar üzrə faydalı qazıntı yataqlarınm 
yerləşməsi, forması, faydalı qazıntının texnoloji xüsusiyyətləri və dağ-mədən 
işlərinin aparılması üçün lazım olan şərtləri müəyyən edən amillərin quruluşu və s. 
özəllikləri tam müəyyən edilməlidir. 
B kateqoriyasına aid edilən ehtiyatlar aşağıdakı tələbləri ödəməlidir: 
1. Bərk faydalı qazıntılar üzrə: 
d)
A kateqoriyasında olduğu kimi, bütün faydalı qazmtı yataqları üzrə deyil, 
yalnız yataqların əsas formalarında faydalı qazıntının həcmi, daxili quruluşu, 
yerləşməsinin xüsusiyyətləri, yatağın daxilində qeyri-fıliz və kondinsiyaya uyğun 
gəl-məyən sahələrin yerləşməsi müəyyən edilməlidir; 
e)
yataqlann iri pozuntularının vəziyyəti və iri pozuntu-ların amplitudası, habelə 
kiçik amplitudalı pozuntuların inkişaf dərəcəsi xarakterizə edilməlidir; 
f)
faydalı qazmtının sənaye tipi və növlərinin təbii müxtəlifliyinin ayrılması, 
imkan daxilində yatağm sərhədləri, habelə mineralın tərkibində faydalı və zərərli 
komponentlorin miqdarı müəyyən edilməlidir; 
d) 
faydalı qazıntı yataqlarının yerləşdiyi sahə elə müəyyənləşdirilməlidir ki, 
onların əsas kəmiyyət və keyfıyyət gös-təricilərini tam xarakterizə etmək və yatağın 
açılmasına və iş-lənməsinə təsir edən amilləri aşkar etmək mümkün olsun. 
3.
B kateqoriyasına aid olan neft və qaz ehtiyatları üzrə yataqların tipi, həcmi, 
neftli və qazlı yataqlarının səmərəli qazımlığı, kollektorun tipi, kollektor özəlliyinin 
dəyişməsinin xarakteri, layların neftlə və qazla toplanmış sıxlığı, habelə yatağın tam 
olmasa da işlənməsi və tərkibi üçün lazım olan başqa parametrlər müəyyən 


edilməlidir. 
Beləliklə, B kateqoriyasına aid olan ehtiyatlar üzrə yatağın əsas və faydah 
qazıntının texniki xüsusiyyətləri və keyfıyyəti aşkar edilməlidir. 
5.
S, kateqoriyasına faydah qazmtı yatağının formasını, keyfıyyətini və 
texnoloji özəlliklərini ümumi şəkildə müəyyən etmək üçün kifayət qədər kəşfıyyat 
işləri apanlmış və öyrənilmiş ehtiyatlar daxil edilmelidir. 
6.
S
2
kateqoriyasma geoloji və coğrafı məlumatlara əsa-sən əvvəlcədən 
qiymətləndirilmiş tək-tək buruqlar və ya iş-lənmə sahəsi açılmış yataqlardakı 
ehtiyatlar aiddir. Belə halda faydah qazıntınm keyfiyyəti və texnoloji xüsusiyyəti
habelə yatağın təbii şəraiti və tək-tək smaqlar və başqa oxşar yataqlara bənzətmək 
yolu ilə müəyyən edilmiş ehtiyatlar osas götürülür. 
Sənaye tərəfindən mənimsənilməsi dərəcəsinə görə faydah qazmtı yataqları 
istismar edilməkdə olan, istismara hazırlanmış, geoloji axtarış işləri aparılmaqda olan 
və konservasiya edilmiş yataqlara bölünür. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin