Ekoloji sığorta
Ölkəmizdə ətraf mühitin keyfıyyətinin vəziyyəti və dəyişməsi tendensiyası
böyük təşviş doğurur. Bütövlükdə həm MDB məkanında, həm də respublikamızda
istehsal olunan məhsullann həcmi və tələb olunan xammala tələbatın əvvəlki illərə
nisbətən azalmasına baxmayaraq, bu proses indi də qənaətbəxş deyil. Qəribə olsa da,
ə
traf mühitin çirklənməsinin səviyyəsi istehsalm azalmasına mütənasib olaraq
azalmu.
Artıq hamıya məlumdur ki, yuxarıda adı çəkilən problemin güc yolu ilə həlli
cəhdi də ölkəmizdə bazar münasibətlərinin formalaşdığı indiki şəraitdə gözlənilən
nəticoni vcrmir. Belə ki, bazar, təbiətdən istifadənin yalnız inzibati metodlarla idarə
olunmasının təkmilləşdirilməsi ilə yanaşı təsərrüfatm iqtisa-di maraqlarmm artmasına
kömək edən şəraitin - həm subyekt-lərin ətraf mühitə vurduğu zərərin azalması, həm
də bununla əlaqədar ortaya çıxan itkilərin qarşısının alınmasını tələb edir.
Odur ki, yuxarıda göstərilən amilləri nəzərə alaraq, müəssisələrin təbiəti
mühafızə tədbirlərinin və onların qanunvericilikdə rəsmiləşdirilməsinin həyata
keçirilməsinin ekoloji cəhətdən stimullaşduılmasımn adekvat formalarını axtarmaq
lazım gəlir. Bu istiqamətdə, ölkəmizdə hələ yenicə formalaşmağa başlayan ekoloji
sığorta sistemi məhz böyük perspektiv-lər vəd edir. Belə ki, ekoloji sığorta sahəsində
aparılan tədqiqatlar, praktikada yuxarıda sadalanan problemlərin səmərəli həllinin
mümkünlüyü haqqında ümid yaradır.
Qeyd etmək lazımdır ki, hər hansı bazar təsərrüfatının fərqləndirici cəhəti
müxtəlif risklərdən sığortalanmağın inkişaf etmiş şəbəkəsi, ilk növbədə insan üçün ən
təhlükəli olan ekoloji risklərdən sığortalanma olsa da, bizim ölkəmizdə belə bir
sistemın yaradılması həm çox əmək tutumlu, həm də təəssüf ki, çox az öyrənilmiş bir
prosesdir.
Ekoloji sığorta dedikdə, ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı
vurulan zərərə görə mülki məsuliyyətin sığortası başa düşülməlidir.
Ə
traf mühitin qəza nəticəsində çirklənməsi zamanı əhalinin həyatına və
sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərərə görə mülki məsuliyyətin icbari
sığortalanması şərtlərini və qaydalarını müəyyən etmək hüquqi və fıziki şəxslərin,
ha-belə dövlətin və bələdiyyələrin əmlak mənafelərinin qorunma-sına təminat vermək
üçün 12 mart 2002-ci ildə «İcbari ekoloji sığorta haqqında» Azərbaycan
Respublikasmm Qanunu qəbul edilmişdir.
Qanuna görə ekoloji sığorta fəaliyyəti təhlükəli mənbəyi olan və mülki
məsuliyyəti sığortalanan müəssisənin və ya fərdi sahibkarın obyektində baş verən
qəza və ya texnogen fəlakət nəticəsində əhaliyə, əmlaka və ətraf mühitə vurulan
zərərin ödənilməsi üçün təminat sisteminin yaradılmasına yönəldilən, həyata keçirilən
sığortaçıların və sığorta bazarının digər işti-rakçılarının fəaliyyətidir (maddə 3).
Ə
traf mühitin qəza nəticəsində çirklənməsi zamanı insanların həyatına və
sağlamlığına, üçüncü şəxslərin əmlakma, habelə ətraf mühitə vurduğu zərərə görə
təhlükəli mənbəyi olan müəssisələrin mülki məsuliyyəti ilə bağlı əmlak mənafeIəri
ekoloji sığorta obyektidir.
Qəza nəticəsində ətraf mühitin çirklənməsi zamanı in-sanların həyatma və
sağlamlığına, üçüncü şəxslərin əmlakına və ətraf mühitə zərərin vurulmasına səbəb
olan hadisə sığorta hadisəsi hesab olunur.
Qanunvericilikdə hansı hallarm nəticəsində zərərin vurulmasının sığorta hadisəsi
hesab olunmadığı da göstərilmişdir. Bunlara aşağıdakılar daxildir:
-. zərərli maddələrin qanunvericilikdə müəyyən edilmiş normativlərə uyğun
olaraq atılması və yayılması;
- hərbi əməliyyat, tətil, mülki çaxnaşma, qantma itaətsizlik, təxribat, təbii fəlakət
və bu qəbildən olan digər qarşısıalınmaz fövqəladə halların nəticələri ilə birbaşa və
ya dolayısı ilə bağlı olan ətraf mühitin çirklənməsi;
-
sığortalınm və ya zərərçəkmiş şəxsin ətraf mühitin qəza nəticəsində
çirklənməsinə səbəb olan bilərəkdən edilmiş hərəkəti və ya hərəkətsizliyi;
-
sığortalının texniki təhlükəsizlik və ətraf mühitin mühafızəsi haqqında
qanunvericiliyin tələblərini pozması;
-
sığortalıya məlum olan, lakin barəsində sığortaçıya məlumat verilməmiş
sığorta hadisəsinin baş verməsi riskini artıran hal və hərəkətlər;
-
sığortalının texnoloji və təbiəti mühafizə avadanlığının texniki vəziyyətinə
nəzarət etməyə cavabdeh oian vəzifəli şəxslərin təqsirli hərəkətləri və ya
hərəkətsizliyi.
«Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan Respublikası Qanununda da
26-cı maddə ekoloji sığortaya həsr edilmiş və göstərilmişdir ki, ekoloji təhlükəli
fəaliyyət növləri ilə məşğul olan hüquqi və fıziki şəxslər qanunda nəzərdə tutulmuş
qaydada məcburi sığortalanırlar.
Qanunvericilikdə ekoloji sığortanın digər forması kimi könüilü ekoloji sığorta
göstərilmiş və qeyd olunmuşdur ki, könüllü ekoloji sığortanm növləri, şərtləri və
qaydaları sığorta olunan hüquqi və fıziki şəxslərlə sığortaçılar arasında müqavilə
ə
sasında həyata keçirilir.
Ümumiyyətlə, ekoloji sığorta təhlükəli mənbəyi olan müəssisə ilə sığortaçı
arasmda qanunvericiliyə uyğun olaraq bağlanan müqavilə əsasında aparılır.
Ekoloji sığortanın həyata keçirilməsi üçün xüsusi razılıq almış sığorta təşkilatlan
sığortaçılar, mülki məsuliyyəti sığortalanmış şəxslər sığortalı hesab olunurlar.
Qanunvericilikdə həm sığortaçıların, həm də sığortalılarm hüquq və vəzifələri
təsbit olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, zərərli maddələrin istehsalı, əldə
olunması, emalı, istifadə edilməsi, daşmması, basdırılması və ya məhv edilməsi ilə
məşğul olan hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarhq fəaliyyəti
göstərən fıziki şəxslərin insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin
ə
mlakına, ətraf mühitə vurduğu zərərə görə mülki məsuliyyəti sığortalanmalıdır.
Eyni zamanda, sığortalı ilə sığortaçı arasmda bağlanan ekoloji sığorta
müqaviləsinə görə sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərə görə fiziki
və hüquqi şəxslərin, döv-lət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının irəli
sürdükləri iddialar (tələblər) üzrə sığortalıya sığorta ödənişi vermək, sığortalı isə
müəyyən olunan müddətlərdə sığorta haqqmı ödəmək öhdəliklərini götürürlər.
Ə
n azı bir il müddətinə bağlanan müqavilədə sığorta ödənişinin və haqlarının
ödənilməsi qaydası və müddəti tərəflərin qarşılıqlı hüquq və vəzifələri, habelə hər iki
tərəfın razılığı ilə olan digər şərtlər özünə yer tapır.
Təhlükəli mənbəyi olan müəssisə istifadəyə verildikdə, fəaliyyət göstərdikdə,
yenidən qurulduqda və təbiətdən istifadə üçün icazə aldıqda, belə müəssisədə ekoloji
sığorta müqaviləsinin olmasına müvafıq icra hakimiyyəti nəzarət edir.
Ə
traf mühitin qəza nəticəsində çirklənməsi zamam vurulan zərərin ödənilməsi
üzrə sığortaçmm məsuliyyətinin son həddi olan sığorta məbləği ekoloji sığorta
riskinin qiymətləndirilməsi əsasmda sığortalı ilə sığortaçı arasında bağlanan sığorta
müqaviləsi ilə müəyyən edilir.
Qanunvericiliyə görə sığorta riskinin müəyyənləşdirilməsi və sığorta məbləğinin
hesablanması aşağıdakı meyarlara əsaslanır:
-
zərərli maddələrin təhlükə dərəcəsinə;
-
zərərli maddələrin istehsalı, emalı, daşınması, basdırılması, məhv edilməsi və
üzərində keçirilən digər əməliyyat-ların apanlması həcminə;
-
istismar olunan avadanlığın texniki vəziyyətinə;
-
insanların həyatına və sağlamlığma, əmlaka, yerin təkinə, heyvanlar və
bitkilər aləminə, torpağa, su obyektlərinə, atmosfer havasma ekoloji təhlükə törətməsi
baxımından təhlükəli mənbəyi olan müəssisənin coğrafi mövqeyi və yerləşdiyi
ə
razinin təbii (hidrometeoroloji) şəraitinə.
İ
cbari ekoloji sığorta üçün sığorta məbləği hər bir kateqoriya üzrə şərti maliyyə
vahidinin 10000 mislindən az və 1000000 mislindən çox olmamaq şərti ilə aş ağ ıdakı
Dostları ilə paylaş: |