Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə49/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   45   46   47   48   49   50   51   52   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Dağlıq Şirvan kadastr rayonu 
Dağlıq Şirvan kadastr rayonuna Şamaxı, Qobustan, İsmayıllı və Ağsu inzibati 
rayonlarının alçaq və orta dağlıq əraziləri daxildir. Torpaq-landşaft, iqlim və 
təsərrüfat ixtisaslaşmasını nəzərə almaqla Mərəzə-Hilmilli yarımrayonu aynlmışdır. 
Ra-yonun ümumi sahəsi 647,58 min ha və ya ölkə ərazisinin 7,49%-nə bərabərdir. 
Ə
kinaltı torpaqlar 92,7 min ha, çoxillik əkmələr - 27,8 min ha, dincə qoyulmuş 14,9 
min ha, örüş 6,7 min ha, otlaqlar 23,6 min ha təşkil edir. Kənd təsərrüfatı üçün yararlı 
torpaqlar 370,9 min ha-dır. 
Rayon Böyük Qafqaz təbii vilayətinin cənub-qərb yamacında yerləşir. Burada 
zəif və güclü parçalanmış dağətəyi və orta dağlıq yarımsəhra bozqır, qurubozqır, 
enliyarpaq və meşəaltından çıxmış çəmən-kol və çəmən-bozqır landşaftları 
yayılmışdır. Nəmlik dərəcəsinə görə yarımquraqlı, yarımrü-tubətli və riitubətli 
zonalar müşahidə edilir (Md=0,25-0,45). Mərəzə-Hilmilli yanmrayonu bütövlükdə 
Dağlıq Şirvandan alçaqdağlıqlığlı və iqliminin quruluğu ilə seçilir. Yağıntılann orta 
illik miqdarı 350-580 mm hüdudlarında dəyişir. Vegeta-siya dövrünün uzunluğu 
ə
razinin hündürlüyündən asılıdır və ildə 111-187 gün təşkil edir. 
Ə
razinin landşaft-iqlim xüsusiyyətləri burada tipik qəhvəyi dağ-meşə
bozqırlaşmış dağ-qəhvəyi, tünd dağ-boz-qəh-vəyi və dağ boz-qəhvəyi torpaqların 
inkişafına şərait yarat-mışdır. Kənd təsərrüfatında təbii dağ-qəhvəyi, tünd 
dağ-qəh-vəyi və dağ boz-qəhvəyi torpaqlardan geniş istifadə olunur. 
Dağlıq Şirvan ölkənin əsas üzümçülük və taxılçılıq bazasıdır. Bu kadastr 
rayonunda üzümlüklər 17,1 min ha, üzüm is-tehsalı isə 13003 s təşkil edir. Əsas 
ixtisaslaşma sahələri üzümçülük, taxılçılıq, qoyunçuluq; əlavə sahələr isə ipəkçilik və 
subtropik meyvəçılikdir. 
Babadağ-Quton kadastr rayonu 
Babadağ-Quton kadastr rayonuna (otlaqlar) Quba, Qusar, Dəvəçi, Xızı, 
İ
smayıllı, Qəbələ, Zaqatala, Balakən, Şəki rayonlannın yüksək dağ otlaqları daxildir. 
Ə
razinin ümumi sahəsi 201,7 min ha təşkil edir. Bu rayon Böyük Qafqaz təbiı 
vilayəti-nin bütün yarımvilayətlərində 2500 m-dən yüksək olan əraziləri əhatə edir. 
Burada intensiv parçalanmış yüksək dağlıq nival, qismən buzlaq landşaftları 
yayılmışdır. Yağıntıların illik miqdarı 1100-1300 mm təşkil edir. 10°-dən yüksək 
temperaturlar cəmi 800°C-dən aşağıdır. Vegetasiya dövrünün uzunluğu 63 gündür. 
Burada primitiv dağ-meşə, inkişaf etməmiş dağ-çəmən, yuyulmuş çimli, zəif 
karbonath çimli dağ-çəmən, tipik dağ-meşə-çəmən, karbonath meşə-çəmən torpaqları 
yayılmışdır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin