Cəiilabad kadastr rayonu Bu rayona eyniadh inzibati rayonun düzləri və qismən dağətəyi əraziləri daxil
edilmişdir. Ümumi sahəsi 102,3 min ha (Azərbaycan ərazisinin 1,2%-i) təşkil edir.
Bu sahənin 24,5 min ha-nı əkin sahələri (23,9%), 19,2 min ha-nı örüşlər (10,8%),
20,9 min ha-nı otlaqlar və biçənəklər (20,4%) təşkil edir. Kənd təsərrüfatı ehtiyacları
üçün yararlı olan torpaqlar 76,2 min ha sahəni tutur. Orta illik temperatur 14,1°,
vegetasiya dövründə fəal temperaturlar cəmi 4300-4400° təşkil edir. İllik yağıntıların
miqdarı 400-600 mm-ə bərabərdir. İl ərzində ya-ğıntılar bərabər paylanmır, daha çox yazda və payızda düşür. Bu isə üzüm yetişdirilməsi üçün əlverişlidir. Buna görə də
rayonun ərasizi başlıca olaraq bu bitkinin becərilməsi üzrə ixtisaslaşmışdır. Ərazidə
qəhvəyi, boz-qəhvəyi, çəmən-qəhvəyi və başqa torpaqlar yayılmışdır. Bu kadastr
rayonunun əsas istehsal sahəsi taxılçılıqdır.
Cəlilabad kadastr rayonunun torpaq-iqlim xüsusiyyətlərinin öyrənilməsi bu
rayonun tərkibində Təzəkənd - Üçtəpə yarımrayonunu üzə çıxarmağa imkan
vermişdir. Əlavə istehsal sahələri qoyunçuluq, quşçuluq və bağçılıqdır.
Lerik-Yardımlı kadastr rayonu Bu kadastr rayonuna Lerik, Yardımlı, Lənkəran, Astara rayonlarının torpaqları,
Masallı rayonunun alçaq və orta dağlıq əraziləri daxildir. Rayonun ümumi sahəsi
338,6 min ha-dır (Azərbaycanın ümumi ərazisinin 3,9%-i). Onlardan 19,2 min ha
ə
kin sahələri, 13,7 min ha çoxillik əkmələr, 5,1 min ha dincə qoyulmuş torpaqlar, 8,7
min ha örüşlərdir. Kənd təsərrü-fatı ehtiyacları üçün yararlı olan torpaqlarm ümumi
sahəsi 125,2 min ha bərabərdir.
Bu torpaqlar inzibati rayonlar arasında bərabər paylanmamışdır. Üzümçülük və
subtropik meyvəçilik xüsusi yer tutur. Bu kadastr rayonunda sitrus meyvələri altında
830,3 min ha və ya bütövlükdə ölkə üzrə 31,3% yerləşir.
İ
qlim xüsusiyyətlərinə görə bu rayon subtropiklərlə yumşaq iqlim arasında keçid
qurşağında yerləşir. Torpaq örtüyündə qəhvəyi dağ-meşə, sarı, şabalıdı və başqa
torpaqlar üstünlük təşkil edir.
Kənd təsərrüfatı istehsalının əsas sahələri çayçılıq, heyvandarlıq, tütünçülük;
ə
lavə sahələri isə tərəvəzçilik, üzümçülük, taxılçılıq və sitrus meyvəçiliyidir.