Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə54/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   50   51   52   53   54   55   56   57   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

 
III. Kür-Araz təbii-təsərrüfat vilayəti 
Kür-Araz təbii-təsərrüfat vilayətinə Mil-Qarabağ, Mu-ğan-Salyan, Aıan Şirvan 
kadastr rayonlan daxildir. Vilayət də-niz səviyyəsındən 150-200 m hündürlükdə 
yerləşir. Ümumi sahəsi 195,9 min ha-dır. Onlardan 203 min ha əkin, 34,6 min ha 
çoxillik əkmələr, 517,8 min ha otlaqlardır. Ərazinin torpaq-iqlim şəraiti bir çox kənd 


təsərrüfatı sahələrinin inkişafına əlverişli zəmin yaradır. 
Mil-Qarabağ kadastr rayonu 
Bu kadastr rayonuna Bərdə, Ağcabədi, İmişli, Beyləqan, Tərtər rayonlan 
bütövlükdə, Ağdam, Ağdərə, Goranboy və Xocavənd rayonlarmın isə düzən əraziləri 
daxil edilmişdir. Ümumi sahəsi 758,2 min ha olub, Azərbaycan ərazisinin 8,77%-ni 
təşkil edir. 271,8 min ha əkinlərdən, 21,4 min ha ço-xillik əkmolordən, 217,4 min ha 
otlaqlardan ibarətdir. Ümumi-likdə, burada 515,6 min ha kənd təsərrüfatı ehtiyacları 
üçün yararlı torpaqlar vardrr. Əkin torpaqları Bərdədə - 49,1 min ha, Ağcabədidə - 
53,7 min ha, İmişlidə - 40,3 min ha təşkil edir. Ən az əkin torpaqları Tərtər 
rayonundadır. Bu əraziyə Qarabağın düzən və dağətəyi yerləri, Mil düzü daxil olur. 
Burada yarımsəhra qurubozqır landşaft tipləri üstünlük təşkil edir. Nəmlik dərəcəsinə 
görə ərazi yarımquraq zonaya aiddir (il ər-zində Md=0,10-0,15). Yağıntıların miqdarı 
250-450 mm-dir. Rayon istiliklə kifayət dərəcədə təmin olunmuşdur, 10°C-dən 
yüksək fəal temperaturlar cəmi 4700-3800°C təşkil edir. Vege-tasiya dövrü - 226-211 
gündür. Qalıq temperaturlar ehtiyatı 300-1900°-dir. Ərazidə tünd boz-qəhvəyi, açıq 
boz-qəhvəyi, çəmən-boz, çəmənləşmiş boz, açıq boz, primitiv boz, subasar 
çəmən-meşə, çəmən-subasar və bataqlı-çəmən torpaqlan yayılmışdır. Kənd 
təsərrüfatmda boz-qəhvəyi, çəmən-boz və boz torpaqlardan geniş istifadə olunur. 
Mil-Qarabağ kadastr rayonunun təbii şəraiti və iqtisadi-coğrafı vəziyyəti kənd 
təsərrüfatının inkişafı üçün əlverişlidir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin