SİYASƏT
VƏ
QANUNVERİCİLİK
STRUKTURU
Siyasət, planlar və qanunvericilik
Psixi sağlamlıq xidmətlərinin gələcək inkişaf istiqamətlərinin aydın şəkildə
göstərildiyi ayrıca bir sənədin mövcud olmaması ölkədə psixi sağlamlıq siyasətinin
olmadığına dəlalət edir. Ölkədə həm psixi sağlamlıq planı, həm də fövqəladə hallar/
fəlakətlər üçün psixi sağlamlıqla bağlı hazırlıq planı mövcud deyildir.
Psixi sağlamlıqla bağlı qanunvericilik sənədlərinin ilk hissəsi 2001-ci ildə qüvvəyə
minmişdir və hal-hazırda bu, psixiatriya xidmətlərinin təmin edilməsi şərtlərini
nizamlayan yeganə hüquqi aktdır. Bu qanun əsasən aşağıdakı komponentlərə
yönəlmişdir:
1.
Psixiatriya xidmətlərindən, o cümlədən ən az məhdudiyyətlərlə müşayiət
olunan xidmətlərdən istifadə imkanı;
2.
Psixiatriya xidmətləri istehlakçıları, onların ailə üzvləri və digər xidmət
istifadəçilərinin hüquqları;
3.
Psixi xəstəliyi olan şəxslər üçün səlahiyyət, fəaliyyət qabiliyyəti, qəyyumluqla
bağlı məsələlər;
4.
Könüllü, könüllü olmayan və məcburi müalicə;
5.
Mütəxəssislərin və xidmət müəssisələrinin akkreditasiyası;
6.
Psixi xəstəliyi olan şəxslər üçün qanunların tətbiqi və məhkəmə sistemi ilə
bağlı digər məsələlər;
7.
Müalicəyə məcburi cəlb edilmə və müalicə praktikalarına nəzarət
mexanizmləri.
Psixi sağlamlıqla əlaqədar məsələlər, həmçinin cinayət və mülki qanunvericilik
sənədləri ilə tənzimlənir. Bundan başqa, psixi sağlamlıqla bağlı qanunların bəzi
aspektlərinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
verdiyi bir sıra qərarlar vardır. Lakin qeyd etmək lazımdır ki, həmin qərarlar bu
sahədə qəbul edilmiş qanunların əksər hissəsini əhatə etmir. Psixi sağlamlıqla
əlaqədar qanunvericiliyin əksər komponentlərinin tətbiqi üçün standartlaşdırılmış
sənədləşmə və proseduralar yoxdur. Psixiatrlar, hüquqşünaslar və istehlakçılar psixi
sağlamlıqla bağlı qanunvericiliyin mövcud normaları ilə kifayət qədər tanış deyil.
Əsas dərman maddələrinin siyahısı mövcuddur və 2005-ci ildə yenilənmişdir. Bu
dərmanlara neyroleptik, trankvilizator, antidepressant və antiepileptik preparatlar
daxildir. Litium əsas dərman maddələri siyahısına daxil edilməmişdir. Karbamazepin
və valproatlar əhval-ruhiyyənin sabitləşdirilməsi üçün istifadə olunur.
Dostları ilə paylaş: |