Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə109/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   105   106   107   108   109   110   111   112   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Təşəkkür məktubu.
 
Təşəkkür məktubu yazmaq üçün heç bir ciddi forma və dəqiq 
tələb yoxdur. Hər hansı bir formada tərtib edilir. Ancaq şirkətin firma blankında 
tərtib etmək məqsədəuyğundur. Təşəkkür məktubu dəvətnamə və ya təbrik 
məktubuna cavab ola bilər.Təşəkkür qeydində bu ifadələr ola bilər:
 
Dərin təşəkkürümüzü bildiririk ... 
Şirkət "..." səmimi minnətdarlığını bildirir ... və s. 
Təsdiq məktubu.
 
Belə bir məktubun məqsədi təhvil verilən materialların, 
məlumatların, sənədlərin alınması, əvvəllər əldə edilmiş razılaşmaların yerinə 
yetirilməsinin təsdiqlənməsi və s. ilə bağlı olur. Təsdiq məktubu təşkilatın 
blankında çap olunur.
 
Təsdiq məktubu aşağıdakı şablon ifadələrlə müşayiət olunur: 
Aldığımızı bildiririk ... Qəbzini təsdiq et ... Minnətdarlıqla təsdiq edirik ... MMC 
"..." ilə razılığını təsdiqləyir və s.
 
 
Yazılı mesaj nümunələrinə aid çalışmalar və komunikativ məzmunlu sual və 
tapşırıqlar üzərində praktik işlər 
 
Tapşırıq.
Suallara cavab verin. 
1.
Qeyri – kommersiya məktubları hansılardır? 
2.
Şikayət məktubuna aid nümunə tərtib edin.
3.
Hansı tipli ticarət məktubları mövcuddur? 
4.
Bülluten nədir? 
5.
Zəmanət məktubu tərtib edərkən nələrə diqqət etmək lazımdır? 
Tapşırıq.
Dəvət məktublarında bir qayda olaraq adresata şəxsi müraciətlər edilir və 
“Hörmətli...!” , “dəvət edirik” kimi açar ifadələrdən istifadə olunur: “sizi... ...iştirak 
etməyə dəvət edirik” “...sizi sərgiyə dəvət edirik” “... sizi ... iştirak etməyə dəvət 
edirik”. Dəvət məktubuna aid nümunə əsasında məktub hazırlayın.
Şəxsi dəvət məktubu 
(nümunə)
Hörmətli Abdulla Əhmədov!


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
156 
Sizi “Şahdağ” şirkətinin yaranmasının 10 illik yubileyinə həsr olunmuş təntənəli 
yığıncaq mərasiminə dəvət edirik. Yığıncaq Ş.Əzizbəyov küç., 10. ünvanında saat 
16. 00-da şirkətin baş ofisinin konfrans-zalında keçiriləcəkdir. 
“Şahdağ” şirkətinin müdiri A.Əliyev 
Tapşırıq.
Aşağıdakı nümunədə məktubun hansı növü göstərilib?
Məlumat veririk ki, şirkətimizin məhsullarından ibarət sərginin müddətinin 3 
həftəyə qədər uzadılması təklifi ona göstərilən yüksək səviyyəli maraq səbəbindən 
qəbul olunacaqdır. 
Tapşırıq.
Zəmanət məktubunun mətni, digər məktubların növündən fərqli olaraq, 
göndərən tərəfindən götürülmüş öhdəlikləri izah edən yazıları ehtiva edir. Aşağıda 
qeyd olunan açar ifadələrdən istifadə edərək zəmanət məktubu yazın. 
"Bu məktubla təsdiqləyirik ...";
"Ödənişə zəmanət veririk"; 
"Ödəniş məbləğində ... müqavilədə göstərilən şərtlərə uyğun olaraq zəmanət 
veririk ..."; 
"Sazişdə nəzərdə tutulmuş ödəmə şərtlərinə uyğun olaraq kreditin qaytarılmasına 
zəmanət veririk ..."; 
"Göstərilən xidmətlər üçün ödənişin qəbul şəhadətnaməsi imzalandığı gün 
ödəniləcəyinə zəmanət veririk ...".

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin