Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə120/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   116   117   118   119   120   121   122   123   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Dil mediası.
Reklam mətnləri - xüsusi növ işgüzar mətnlərdir. "Qışqırmaq”, 
"çağırmaq” anlamında olan "reklam” sözü müxtəlif işgüzar, biznes xidmətləri, alış-
veriş işləri ilə bağlı informasiyaları ötürür. Müasir insan hər gün müxtəlif hadisələr 
mühitindədir, həmin mühit reklamlarla əhatə olunmuşdur. Reklam hər yerdədir – 
ona televizorda, radioda, qəzetlərdə, küçələrdə və s. yerlərdə rast gəlinir. Afişalarda, 
albomlarda, plakatlarda, bukletlərdə, etiketlərdə, reklam vərəqələrində və s. 
Reklam janrının palitrası hiss olunandır. Gözləri qamaşdırır. Rəngləri ilə, boyaları 
ilə. Məsələn, 
"Zamandan güclü” (maşın reklamında), "Yaxın ünvanlara!” (hər 
hansı qida məhsulunun çatdırılaması), "Yeni ünvanlara!” (yeni tikilən binaların 
reklamında), "24 saat xidmətinizdə” (mağaza və apteklərdə) və s.
Reklamların 
dilini 
iki 
xüsusiyyətinə 
görə 
öyrənmək 
lazımdır: 
informasiyavericiliyinə görə; inandırdığına, sübut etdiyinə görə. 
Bu xüsusiyyətlərinə görə, reklam dili cəmiyyətdə kommunikativ funksiyanı yerinə 
yetirir. Qısalıq və lakoniklik reklam üçün mühüm xüsusiyyətlərdəndir. Dil oyunu və 
kommunikativ məkan reklam dilinin əlverişli təyinidir. Reklam mətnləri müəyyən 
funksiyanı yerinə yetirməyə meyildir, həvəsdir, tələbdir, çağırışdır. Reklam 
mətnlərindən əsas məqsəd tələb olunan xidmətlərin yayılmasıdır; müxtəlif əşyalar, 
mallar, xidmətlər, brendlər, kompaniyalar və s. Reklam mətnlərindən məqsəd: 
diqqəti cəlb etmək, informasiya vermək, təsir etmək, materialı inamla təsdiq etmək, 
möhkəmləndirmək və s. Reklam mətnlərinin əsas kommunikativ məqsədi reklam 
məhsullarının, xidmətlərinin seçilməsidir. Bu mətnlərdə verbal (sözlü) və qeyri-
verbal (sözsüz) komponentlərdən istifadə olunmasıdır. 
Reklam dilinin əsas xüsusiyyətləri görüntü, aforizm (şüarların əsası), 
parlaqlıq, cəlbedicilik, konkretlik, xüsusən mətnin sintaktik parçalanmasında özünü 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
168 
büruzə verir. Məzəli başlıq, populyar ifadələr, məsəllər, atalar sözləri, birbaşa sitatlar 
və ya sadəcə sitat gətirilmiş mətn, sintaktik paralellik, dil sistemində olmayan yeni 
sözlər, canlı üzün xüsusiyyətlərini və funksiyalarını cansız bir obyektə köçürmək və 
s. reklamda istifadə olunan bəzi dil vasitələridir. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin