Microsoft Word yeni vəSAİT. docx


Akademik yazı növlərinin quruluşu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə123/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   119   120   121   122   123   124   125   126   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Akademik yazı növlərinin quruluşu:
Giriş: 
Ø
Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;
Ø
Problemi və ya vəziyyəti təhlil edir;


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
171 
Ø
Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
Ø
Tədqiqat sualı qeyd olunur;
Ø
Tədqiqat metodu göstərilir;
Ø
Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
Ø
Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.
Fəsillər - arqumentlər və əsaslandırmalar:
Ø
Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.
Ø
Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.
Ø
Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.
Ø
Hər bir cədvəl və ya diaqram nömrələnməlidir.
Yekun Hissə:
Ø
Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.
Ø
Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında 
tövsiyələr edilir.
Akademik Yazıya əlavələr:
Ø
Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.
Ø
Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s. 
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Daha 
dəqiq ifadə etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan 
biridir. Universitetdə təhsil alarkən tələbə və magistrantlar kurs işi, diplom işi 
(hazırda əsasən buraxılış işi adlanır) və bu tipli oxşar yazı işləri yazmalı olurlar.
Bu zaman aşağıdakı məqamlara diqqət yetirilməsi vacibdir: 
1.
 
Doğru mövzunu seçin.
Həyatımızdakı hər bir şeyin başlaması kimi akademik yazı da seçimlərdən başlayır. 
Yazacağınız mövzu istər, esse, məqalə və ya diplom işi, istərsə də, geniş həcmli 
dissertasiya işi olsun, aktual olmalıdır. Yəni, dövrün suallarına cavab verməlidir. 
Əlbəttə, çox işlənmiş mövzuları da yazmaq mümkündür, ancaq unutmayın ki, 
akademik yazınızın məqsədi, qiymət almaq, ya da bir nəticəyə nail olmaq, diplom 
əldə etməkdən daha çox və daha vacib, elmə fayda verməlidir. Ona görə də, 
yazacağınız mövzudan əvvəl, sizin sahənizdə hal-hazırda elmi ən çox 
maraqlandıran, üzərində az baş sındırılmış mövzuların qısa siyahısını hazırlayın və 
birini seçin. Seçdiyiniz mövzunun akademik işinizin (esse, məqalə yoxsa
dissertasiya işi) həcminə mütənasib olmasına diqqət edin. Mövzunu olduqca 
spesifik, ancaq dar olmamaq şərtilə, seçin. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
172 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin