Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə126/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   122   123   124   125   126   127   128   129   ...   140
ADIAK-YENI VƏSAİT (1)

9.
 
Yenilikçi və yaradıcı olun.
Hər bir şeyin özəyində məqsəd dayanır. Məqsədiniz elmi bir iş ortaya qoymaqdırsa, 
yazı stilinizdən başlayaraq hər bir cümləniz buna xidmət etməlidir. Yazdığınız 
akademik yazı elmə yeni bir fikir qatmırsa, töhfə vermirsə, o, yazı stili olaraq 
akademik olsa belə, əhəmiyyətsiz bir yazıdan ibarət olacaq. Ən müxtəlif elmi 
fikirləri bir yerə toplamaq elmə yenilikçi yanaşma sayıla bilməz. Yazınız, 
yanaşmalarınız özünəməxsus olduğu kimi, yazınızın nəticə hissəsində mütləq və 
mütləq akademik işinizdən çıxardığınız nəticələri və əgər varsa, təklif və 
tövsiyələrinizi qeyd edin. Yeni bir fikirlə çıxış etməkdən qətiyyən çəkinməyin, çünki 
ən böyük ixtiralar da məhz bu şəkildə yaradılıb!
Beynəlxalq akademik yazı qaydaları dedikdə isə, bu qaydalara bələd olmaq 
həm də dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul olunmuş standartları 
mənimsəmək və onun effektlərindən yararlanmaq deməkdir. Bütün dünyada elmi 
işlərin standart bir yazılma forması var. Həmin meyarlara uyğun gəlməyən işlər 
beynəlxalq elmi jurnallar tərəfindən qəbul edilmir.
Tədqiqat aparmaq istəyən hər kəs üçün akademik yazı qaydalarını – 
məqalənin giriş, əsas hissə və nəticə hissələrinin necə yazılmalı olduğunu, girişdə 
müəllifin hansı suallara cavab verməli olduğunu, tədqiqat sualının necə seçilməli 
olduğunu, hansı arqument və istinad növündən istifadə etməyin daha uyğun 
olduğunu və s. bilmək olduqca əhəmiyyətlidir. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
174 
Dissertasiyanın tərtibi haqqında. 
Titul - Üz vərəqi dissertasiyanın birinci 
səhifəsidir. Bura nömrə qoyulmur. Mündəricatda dissertasiyanızın bütün bölmələri 
ardıcıllıqla göstərilir. Mündəricatda bütün fəsillərin, yarımfəsillərin və bəndlərin 
başlanğıc nömrəsi göstərilir. Giriş – təxminən 4-5 səhifəyə qədər ola bilər. ”Giriş”də 
tədqiqatın məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi, praktik əhəmiyyəti, metod 
və metodologiyası, ədəbiyyatda qoyuluşu və s. göstərilir. Əsas hissə - fəsillər, 
yarımfəsillər və bəndlərdir. Adətən, iki və ya üç fəsildən və hər fəsil ən azı 2 
yarımfəsildən ibarət ola bilir. Çalışmaq lazımdır ki, fəsillər arasında həcmcə 
mütənasiblik də gözlənilsin. Nəticə 3-4 səhifəyə qədər ola bilər. Nəticələr konkret 
olaraq göstərilir.Təkliflər də verilə bilər. İstifadə edilmiş ədəbiyyat - real və 
tədqiqata uyğun olmalıdır. Əlavə mütaliə edilmiş ədəbiyyat, yaxud internet saytı da 
ədəbiyyat siyahısına daxil olur. Hər halda ədəbiyyatda da zənginlik görünməlidir. 
Xüsusilə son dövrlərin ədəbiyyatına üstünlük verilməlidir. “Əlavələr”də mövzu ilə 
bağlı müəyyən cədvəllər, müəyyən sənədin üzü, təlimat və s. verilə bilər. 
Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin