3. Beynəlxalq təhlükəsizliyə töhfə



Yüklə 66,53 Kb.
tarix11.06.2023
ölçüsü66,53 Kb.
#128400
ARMT














ARMT
1. Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri

Suveren dövlət kimi, Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir.


. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir.Ərazilərin zəbt edilməsi və etnik təmizləmə ümumbəşəri dəyərlərə və Avropa dəyərlərinə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsip və ideyalarına ziddir. 2. Avropa və Avratlantik strukturlarına inteqrasiya
Azərbaycan Respublikası Avropa və Avratlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlarına inteqrasiya strateji məqsədini güdür. Azərbaycan Respublikası Avratlantik strukturları ilə tərəfdaşlığı bütövlükdə Avratlantik məkanında ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Azərbaycan Respublikası Avropa və Avratlantik məkanında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir.
3.Beynəlxalq təhlükəsizliyə töhfə
Azərbaycan Respublikası beynəlxalq sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və regional təhlükəsizliyə töhfə vermək üçün davamlı səylər göstərir.2001-ci il 11 sentyabr hücumlarından sonra terrorçuluqla mübarizə beynəlxalq gündəliyin ən vacib məsələlərindən birinə çevrilmişdir. Beynəlxalq ictimaiyyətin terrorçuluğa qarşı mübarizəsini tam dəstəkləyən Azərbaycan Respublikası istənilən pərdə altında həyata keçirilən terror fəaliyyəti əleyhinə bir sıra mühüm addımlar atmışdır.

2.Təhlükəsizlik konsepsiyasının dar və geniş anlayışı


Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası (bundan sonra - Konsepsiya) dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avro-Atlantik məkana inteqrasiyasını, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.


Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusudur.
Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan Respublikası bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirmişdir. Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan Azərbaycan Respublikası bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan Respublikası islam dünyasının bir Hissəsi kimi bu mədəniyyətin irs və təfəkkürünü bölüşür.
Azərbaycan Respublikasının yerləşdiyi və hazırda qeyri-sabit olan region dostluq və əməkdaşlıq ruhlu regional və beynəlxalq tərəfdaşlarla birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş potensiala və imkanlara malikdir. Azərbaycan Respublikasının zəngin təbii ehtiyatları ölkənin çiçəklənməsi və milli rifahın təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir.
Ölkənin yerləşdiyi coğrafi şərait ona vacib üstünlüklər verməklə yanaşı, eyni zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. Bu problemlərin ən vacib və bariz nümunəsi Azərbaycan Respublikasının qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması və bunun nəticəsində ölkə ərazisinin bir hissəsinin işğal olunması və təxminən bir milyon azərbaycanlının məcburi köçkün və qaçqına çevrilməsidir. Təcavüz zamanı Azərbaycan Respublikasının vətəndaşlarına qarşı soyqırım və terror aktları daxil olmaqla, sülhə və insanlığa qarşı ən ağır cinayətlər törədilmişdir və zəbt olunmuş ərazilərdə transsərhəd mütəşəkkil cinayətkar, o cümlədən beynəlxalq terrorçu qruplar tərəfindən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. İndiki Ermənistan və işğal olunmuş Azərbaycan Respublikası ərazilərində azərbaycanlılara məxsus tarixi, mədəni və arxeoloji abidələr kütləvi şəkildə dağıdılmış, təbii sərvətlər talan edilmiş, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının məruz qaldığı bu təcavüz onun hazırkı təhlükəsizlik mühitində və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində əsas amildir.
Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.

3. Güclərin balanslaşdırılması və kollektiv təhlükəsizlik


Son 15 ildə Azərbaycanda yetkin xarici siyasət formalaşıb. Hadisələrin gedişatı onu sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən balanslaşdırma siyasəti dövlətin və xalqın təhlükəsizliyinə, eləcə də bölgədə sülhün qorunub saxlanmasına xidmət edir. Azərbaycan ilk növbədə, özünün milli maraqlarını əsas götürərək digər dövlətlərlə əməkdaşlıq əlaqələri qurur. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bölgənin nümunəvi dövlətinə çevrilib. Hərbi və iqtisadi qüdrəti ölkəmizi bölgənin söz sahibinə çevirib. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bölgədə maraqları olan Rusiya, Türkiyə, İran, ABŞ, Avropa və digər dövlətlərlə ikitərəfli əlaqələri gücləndirir. Azərbaycanın balanslaşdırma siyasəti bu dövlətlərin Azərbaycana qarşı siyasətini mülayimləşdirir. Bu baxımdan 2009-cu il fevral ayının 27-də Bakıda səfərdə olan Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin bildirmişdir ki, Rusiyanın Azərbaycanla əməkdaşlığı strateji xarakter daşıyır. Rusiya Azərbaycanla əməkdaşlıq sahələrinin genişləndirilməsinin tərəfdarıdır. Son illər iki ölkənin rəhbərləri arasında dialoq qurulmuşdur. Bu dialoq həm siyasi, həm humanitar, həm də hərbi sahədə əməkdaşlığımızı daha da inkişaf etdirməyə imkan verir.Azərbaycan dövlətinin təhlükəsizliyi, dövlətin iqtisadi, hərbi və siyasi potensialının güclənməsi onun bugünkü balanslaşdırma siyasətindən asılıdır. Gələcəkdə siyasi şəraitə müvafiq olaraq Azərbaycanın xarici siyasətində müəyyən dəyişikliklər ola bilər. Nəzərə almaq lazımdır ki, geosiyasi şərait xarici siyasətə hər zaman təsir göstərə bilər. Lakin tam əminliklə demək olar ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət hələ uzun illər boyu Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyini, inkişafını və firavanlığını təmin edəcəkdir.


Dövlətlər arasında ittifaqlar, xüsusilə hərbi-siyasi ittifaqlar hər zaman olmuşdur və bu gün də mövcuddur. Hərbi-siyasi ittifaqların yaranmasında əsas səbəb bir-biriləri ilə xoş münasibətlərdə olan və yaxud xoş münasibətlər qurmaq niyyəti güdən, yaxın və yaxud eyni coğrafi ərazilərdə yerləşən dövlətlərin başqa dövlətlərdən öz təhlükəsizliklərini qorumaq üçün və eləcə də həmin coğrafi məkanlar üzrə maraqları birləşdirmək, həmçinin güclənmək, möhkəmlənmək naminə hərbi və siyasi güclərin birləşdirilməsi marağının olmasıdır.
İttifaqların yaradılması zərurəti müəyyən proseslərlə bağlı olur. Bəllidir ki, dövlət böyüdükcə, iqtisadi və hərbi cəhətdən gücləndikcə, ətraf bölgələrdə, qonşu ölkələrdə, eləcə də strateji əhəmiyyət kəsb edən kənar siyasi məkanlarda baş verən siyasi proseslərdə maraqları da formalaşır. Dövlət (dövlətlər) təbii olaraq müəyyən maraqlara cəlb olunur. Eyni zamanda güclənmiş bir dövlət ətrafdakı digər dövlətlərin də maraq obyektinə çevrilir. Yəni, ətraf dövlətlər güclənmiş bir dövlətdən öz maraqları üçün faydalanmağa çalışırlar. Güclənmiş və böyük olan dövlət də ətraf dövlətlərin ona maraq göstərməsini nəzərə alaraq, onlardan öz maraqlarının təmin olunması üçün istifadə etməyə çalışır. Beləliklə, qarşılıqlı maraq doğuran proseslər həyata keçirilir. Hərbi ittifaqların yaradılması üç mühüm zərurətdən irəli gəlir. Birincisi, böyük dövlətlərin öz imperiya maraqlarını genişləndirmək siyasətinin mövcudluğu və bu yöndə əlverişli coğrafi məkana və hərbi, iqtisadi gücə malik olan dövlətləri öz tərəfinə çəkməsi siyasəti, bununla, əlavə coğrafi məkanlar üzərində siyasi üstünlüyün əldə edilməsi; ikincisi, böyük dövlətlərin imperiya maraqlarının, ərazilərinin, siyasi və hərbi nüfuz dairələrinin başqa bir böyük dövlət və ya dövlətlər tərəfindən qorunması siyasəti; üçüncüsü, böyük dövlət ətrafında (sərhədlərində) yerləşən və bu böyük dövlətin daim təhlükəsi ilə üzləşən və yaxud da təhlükəni hiss edən, gözləyən kiçik və orta gücə malik olan, eyni coğrafi məkanda (bu məkan böyük dövlətin sərhədi boyunca da nəzərdə tutula bilər.
4. Milli güc konsepsiyasının mahiyyəti və əsas elementləri

Sual.Milli güc konsepsiyasının mahiyyəti və əsas elementləri


Sözün geniş mənasında güc məfhumuna başqalarına nəzarət etmək, onlara müəyyən işləri gördürmək, gördükləri istənilən işlərdən onları çəkindirmək qabiliyyəti kimi tərif verilə bilər. Güc beynəlxalq münasibətlər sahəsində müəyyən dövlət tərəfindən başqa dövlətlərin fəaliyyətlərinə nəzarət etmək qabiliyyəti kimi müəyyən oluna bilər. Bir çox hallarda hesab olunur ki, dövlətin var-dövləti, təbii sərvətləri, işçi qüvvəsi, hərbi qüvvələri onun gücünün əsasını təşkil edir. Lakin bunların hamısı dövlətin potensialını təşkil etmir. Bu faktorların real gücə çevrilməsi onlar vasitəsilə bu və ya digər dövlətin başqa dövlətlərin fəaliyyətinə təsir edə bilməsindən asılıdır. Gücün elementlərini üç qrupa bölmək olar: təbii, sosial və ideoloji. Gücün təbii qrupuna coğrafiya, təbii sərvətlər və əhali daxildir. Onun sosial qrupuna iqtisadi inkişaf səviyyəsi, siyasi struktur və milli mənəviyyat daxildir. Gücün ideoloji qrupu isə idealları, elmin inkişaf səviyyəsini və dövlət başçılarının müdrikliyini əhatə edir. Bəzən gücün elementləri onun determinantları kimi qələmə verilir. Lakin bu səhv fikirdir, çünki gücün elementləri onu müəyyən etmir. Bu elementlər gücün yalnız əldə olunmasına və artması- na xidmət edir. Dövlətin güclü olması bu elementlərin bacarıqla tətbiq edilməsindən asılıdır. Gücün hər bir elementi dövlətin inkişafın da müəyyən rol oynayaraq bir-birinə təsir göstərir. Geosiyasətçilərin fikrincə, coğrafiya dövlətin gücünün əsas elementidir. Ən mühüm coğrafi faktorların sırasında ölkənin miqyası, onun iqlimi, topoqrafiyası və yerləşdiyi ərazi durur. Dövlətin miqyası onun gücünə iki yolla təsir edir. Birincisi, dövlət böyük əraziyə və münbit təbii sərvətlərə nəzarət edir. Bu, böyük ərazidə əkinə yararlı torpağın, müxtəlif çeşiddə və miqdarda xammalın və çoxlu sayda əhalinin yaşaması üçün şərait yaradır. İkincisi, böyük ərazi dövlətə hərbi üstünlüyün müxtəlif növünü verməklə onu gücləndirir. Dövlətin ərazisinin böyüklüyü düşmənin hücumundan qorunmaq üçün dövlətə onun işğal olunmayan ərazisinə çəkilməyə şərait yaradır. Məsələn, Rusiyanın ərazisinin böyüklüyü Napoleon və Hitler ordularının darmadağın edilməsində böyük rol oynamışdır. Digər coğrafi faktorların (iqlim, topoqrafiya və ölkənin yerləşdiyi əra- zi) da dövlətin gücünə böyük təsiri vardır. Bu, bir tərəfdən onu təslim olmaqdan qurtarır, digər tərəfdən isə ona qücünü səfərbər etməyə imkan verir. Gücün təbii qrupuna daxil olan digər bir faktor təbii sərvətlərdir. Dövlətin gücünə ən çox təsir göstərən təbii sərvətlərdən nefti, dəmiri, kömürü, aliminiumu göstərmək olar. Lakin bu və ya digər dövlətdə təbii sərvətlərin olması onun güclü dövlət olmasını sübut etmir. Bunun üçün bu dövlət təbii sərvətlərinə nəzarət etməlidir. Tarix boyu güclü dövlətlər zəngin təbii sərvətlərə malik olan lakin sosial-iqtisadi və hərbi-strateji baxımdan zəif olan dövlətlərin təbii sərvətlərini əllərinə alaraq onları özlərindən asılı vəziyyətə salmağa çalışmışlar. Bir çox hallarda onlar buna müvəffəq olmuşlar. Dövlətin gücünün təbii qrupuna daxil olan mühüm faktorlardan biri də əhalidir. Əhalinin rolu ilk növbədə iqtisadi inkişafı və ordunu insan qüvvəsi ilə təmin etməkdədir. Lakin əhalinin çoxluğu özü-özlüyündə dövlətin gücünə hərbi qüvvələrin, yaxud yüksək iqtisadi inkişafın olmasına zəmanət vermir. Bunun üçün dövlətin sənayesi, o cümlədən hərbi sənayesi yüksək inkişaf səviyyəsində olmalıdır. Dövlətin gücünün təbii qrupuna daxil olan faktorlardan fərqli olaraq dövlətin gücünün sosial qrupuna daxil olan faktorlar (iqtisadi inkişaf, siyasi struktur və milli mənəviyyat) insan fəaliyyətinin nəticəsidir. Onlar ictimai həyatın müxtəlif tərəflərini xarakterizə edirlər. Dövlətin iqtisadi inkişafının əsasını onun sənayesinin inkişaf səviyyəsi təşkil edir. Bir qayda olaraq sənayeləşmiş ölkə istehlakdan çox istehsal etməlidir. Əldə olunan istehsal gəliri onun gücünün artmasına yönəlməlidir. İlk növbədə istehsal gəliri ölkənin vətəndaşlarının həyat səviyyəsinin artmasına yönəlməlidir. Həyat səviyyəsi nə qədər yüksək olsa, ölkə vətəndaşları hakimiyyətə münasibətdə bir o qədər loyal olacaqlar. İqtisadi inkişafın əsasını təşkil edən sənayeləşməyə öz növbəsində şəhərlərin inkişafı, təhsilin yayılması, coğrafi və sosial mobillik, elmi-texniki tərəqqi, sekulyarizm kimi faktorlar təsir göstərir.
Beynəlxalq münasibətlər sahəsində dövlətin nüfuzunun artmasına xarici siyasət mühüm təsir göstərir, çünki dövlətin beynəlxalq münasibətləri onun xarici siyasəti vasitəsilə həyata keçirilir. Xarici siyasət ölkənin daxilindəki hakimiyyət dəyişmələrindən asılı olmamalıdır. Bununla belə o, çevik olmalıdır. Beynəlxalq situasiyadan asılı olaraq o, dəyişə bilər. Xarici siyasətin səmərəliliyinə dövlətin siyasi strukturu təsir göstərir. Tarixən digər dövlətlərin fəaliyyətlərinə hakimiyyətin, siyasi strukturun istər demokratik, istərsə də avtoritar formaları səmərəli təsir göstərmişdir.
5. Azərbaycanın milli gücünü təşkil edən əsas amillər

Azərbaycanın milli gücünü təşkil edən əsas amillər


Milli mənəviyyat dövlətin, xalqın maraqlarını şəxsi maraqlardan üstün tutmağı məqsəd kimi vətəndaşların qarşısında qoyur. Milli mənəviyyatın formalaşmasında siyasi ideologiya mühüm rol oynayır. Bununla belə milli mənəviyyatın məzmununu ölkədə olan mövcud siyasi rejim müəyyən edir. Totalitar cəmiyyətlərdə fərdin maraqları tamamilə dövlətin maraqlarına tabedir. Demokratik cəmiyyətdə isə milli mənəviyyatın təbliğ olunması fərdin və onun rifahının mühümlüyünü inkar etmir. Milli mənəviyyat ölkənin vətəndaşlarını birləşdirərək onlarda vətənpərvərlik hissini inkişaf etdirir. Azərbaycan Respublikasının sosial sahədə əsas milli maraqları Azərbaycan xalqının genofondunun qorunması, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi məqsədilə səhiyyə və sosial müdafiə sisteminin səmərəli fəaliyyət göstərməsidir. Dövlətin gücünün ideoloji qrupuna daxil olan faktorların sırasında ideyaları, insanların intellektual fəaliyyətini, bir də siyasi və hərbi rəhbərliyin idarəetmə keyfiyyətini, səriştəsini göstərmək olar. Dövlət ideyaları təbliğat yolu ilə əhaliyə aşılayaraq onların dəstəyini qazanır. Beynəlxalq aləmdə bu işin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Müt ə x əssisl ər hesab edir ki, Heyd ər Əliyevin milli inkişaf siyas ətind ə güclü dövl ət prinsipi h əmişə ön əmli yer tutmuşdur. Onun dövl ət quruculu ğundakı əsas xidm ətl ərind ən biri m əhz ölk ənin bütün sa ğlam qüvvələrini, əksər vətəndaşları, ictimaisiyasi dair ələri s ə fərb ər ed ərək güclü dövl ət strukturu yaratmasında, müst əqilliyin, daxili ictimai-siyasi sabitliyin real t əminatçısı ola biləcək dinamik dövlət maşını qurmasında idi. Səmərəli və güclü dövl ət, s ə m ərəli dövl ət idar əçiliyi anlayışını – siyasi ə d əbiyyatda t əkmil m ərk əzi v ə yerli idar əetm ə mexanizmi, sabit ictimai-siyasi h əyatı, işlək v ə hamı t ərəfind ən ə m əl olunan qanunları, ədal ətli c əmiyy əti olan, insanların etimadını qazanan, ehtiyaclarını d ə y ərl əndir ən, qabiliyy ətin ə gör ə h ər k əsi ictimai-siyasi, iqtisadi v ə m ə d əni prosesl ərə c əlb ed ən, milli v ə v ətəndaş birliyinə söyk ə n ərək, siyasi-hüquqi idar əçilik institutu funksiyasını yerin ə yetir ən ölkələrə aid edirl ər. Bundan başqa, müasir dövrün t ələbl əri ç ərçiv əsind ə güclü v ə s ə m ərəli dövl ət h əm d ə azad, ədal ətli, demokratik d ə y ərl ərin b ərq ərar oldu ğu, siyasi plüralizm v ə siyasi fəaliyy ət azadlığının hökm sürdüyü, bütün v ətəndaş hüquqlarını Nəticədə dövlət digər dövlətlərə təsir etməklə yanaşı, beynəlxalq ictimaiyyətdən özünün xarici siyasətinə dəstək alır. İnsanların intellektual fəaliyyətinin nəticəsində əldə olunan biliklər onların müxtəlif sahələrdəki, o cümlədən xarici siyasət sahəsindəki fəaliyyətində tətbiq edilir. Lakin onları məqsədyönlü və səmərəli tətbiq etmək üçün səriştəli kadrların olması çox vacibdir. Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivləri ilə bağlı vahid konsepsiyanın hazırlanması, strateji inkişafın gələcək istiqamətlərinin, prinsip və vəzifələrinin müəyyənləşdirilməsi müasir Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri hesab olunur. 29 noyabr 2011-ci ildə «Azərbaycan 2020: gələcəyə baxış» Milli İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi Sərəncamı məhz bu məsələni qarşıya vəzifə kimi qoyur. Sərəncamda qeyd olunur ki, son dövrdə Azərbaycan Respublikasında milli dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar, reallaşdırılan çoxsaylı xüsusi dövlət proqramları və s. ölkə həyatının bütün sahələrində müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır.
Az ərbaycanda Heydər Əliyevin formalaşdırdığı milli inkişaf siyas ətinin əsas prinsipl ərind ən sayılan sabit və güclü mərkəzi dövl ət idarəetmə sisteminin qurulması, həm də yuxarıda sadalanan əks ər v əzifə v ə t ələbl ərə ə m əl edilm əsini n ə z ərd ə tuturdu. Bundan başqa, güclü dövl ət v ə s ə m ərəli dövl ət idar əçiliyi ölk ənin vahid m ərk əzd ən idar ə edilm əsini, m ərk əzi icra hakimiyy əti orqanları il ə regional v ə yerli idar əçilik strukturları arasında möhk əm rabit ənin yaradılmasını da ehtiva edirdi. 

6. Milli təhlükəsizliyin fəaliyyət sahələrinə görə təsnifatı


Milli təhlükəsizliyin fəaliyyət sahələrinə görə təsnifatı


Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsasını dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşu və milli maraqlarının, vətəndaşların hüquq və mənafelərinin təmin edilməsi, onların daxilixarici təhlükələrdən və təhdidlərdən qorunması təşkil edir. Azərbaycanın xarici siyasətinin və geosiyasi hədəflərinin müəyyənləşməsində milli təhlükəsizlik məsələləri aparıcı yer tutur və onun əsas prioritetlərini təşkil edir. Bundan irəli gələrək, ölkənin milli təhlükəsizliyinin təmin olunması, suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanması, dünya birliyində nüfuzunun möhkəmlənməsi onun həm xarici siyasətinin, həm də milli təhlükəsizliyinin prioritet istiqamətlərindən və məqsədlərindən hesab olunur. Milli təhlükəsizlik siyasəti təkcə ölkənin məxsusi maraqlarının təmin edilməsinə deyil, həm də yerləşdiyi regionda və dünyada təhlükəsizlik mühitinin yaxşılaşmasına xidmət göstərməlidir. Bu anlamda Azərbaycanın təhlükəsizlik siyasətinin məqsəd və istiqamətləri sırasına sabit, ədalətli və demokratik dünya mühiti naminə beynəlxalq proseslərə müsbət təsir göstərmək, dövlətlər arasında bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə töhfə vermək, milli mənafelərin təmin olunması məqsədilə dövlətlərlə və dövlətlərarası birliklərlə üst-üstə düşən ortaq maraqlar tapmaq və bunun əsasında ikitərəfli, çoxtərəfli tərəfdaşlıq münasibətləri formalaşdırmaq kimi məsələlər də daxildir. Müasir beynəlxalq aləmdə Azərbaycanı dinamik inkişaf edən, insan hüquq və azadlıqlarını qoruyan, sosial yönlü siyasət yürüdən, bazar iqtisadiyyatı və liberal biznes mühiti qaydalarına hörmətlə yanaşan, sabit iqtisadi, siyasi, sosial, milli, dini və vətəndaş cəmiyyətinə malik olan, tam müstəqil xarici siyasət yürüdən demokratik bir dövlət kimi tanıtmaq yolu ilə onun vətəndaşlarının və xaricdə yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək və s. milli maraqları reallaşdırmaq mümkündür. Deməli, ölkənin müsbət beynəlxalq imicinin formalaşdırılması vəzifəsi də milli təhlükəsizlik və xarici siyasətin əsas məqsədlərindən hesab olunur. Azərbaycan Respublikasının milli təhlükəsizliyi siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələr üzrə təmin olunur.
Dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sahələrinin dəqiq müəyyənləşdirilməsi və vahid dövlət siyasəti kimi həyata keçirilməsi üçün müvafiq konsepsiya və onun əsasında konkret proqramlar qəbul edilir və təşkilati tədbirlər həyata keçirilir.
zərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması vətəndaşların həyatı, sağlamlığı və maddi rifahının qorunmasının, cinayətkarlığın qarşısının alınmasının, miqrasiya və demoqrafik proseslərinin tənzimlənməsinin təmin edilməsidir.
Azərbaycan Respublikasının sosial sahədə milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:
➢ vətəndaşların şəxsi təhlükəsizliyi, hüquq və azadlıqlarının təmin olunması zəmanətlərinin möhkəmləndirilməsi;
➢ əhalinin sosial müdafiəsinin yüksəldilməsi və fiziki sağlamlığının qorunması üçün sosial müdafiə və səhiyyə sisteminin dünya standartlarına uyğunlaşdırılması;
➢ cəmiyyətin kəskin təbəqələşməsinə yol verilməməsi üçün müvafiq sosial müdafiə və sosial inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi;
➢ vətəndaşların sosial müdafiəsi üçün ayrılan vəsaitlərin səmərəli bölgüsünün və ünvanlı istifadəsinin təmin edilməsi;
➢ qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsi;
➢ yoxsulluğun aradan qaldırılması;
➢ miqrasiya və demoqrafik proseslərin tənzimlənməsi.

7. Milli maraq konsepsiyası: anlayışı və fəaliyyət sahələrinə görə təsnifatı


Milli maraq konsepsiyası: anlayışı və fəaliyyət sahələrinə görə təsnifatı


Azərbaycan Respublikasının əsas inkişaf prioritetləri ilk növbədə onun milli maraqlarının formalaşması və təmin olunması ilə bağlıdır. Müasir dövrdə ölkələrin milli inkişaf tələbləri onların daxili və xarici siyasətini, sosial-iqtisadi və siyasi-hüquqi inkişafının vəzifələrini və səviyyəsini, coğrafi və geosiyasi mövqeyini, milli-tarixi ənənələrinin qorunması və inkişaf etdirilməsini, dövlətin suverenliyinin və milli təhlükəsizliyinin təmin olunmasını və s. çoxsaylı vəzifələrin həyata keçirilməsini tələb edir. Bütün bunlar öz əksini geosiyasət elminin “milli maraq” kateqoriyasında tapır. Milli maraqlar isə əsasən dövlətin xarici siyasət sahəsinə aiddir və beynəlxalq aləmlə təmasda onun rəsmi fəaliyyətinin əsasını təşkil edir. Lakin bu fərqlərə baxmayaraq, hər bir ölkənin ictimai və milli maraqları bir-birini tamamlayır. Çünki həm beynəlxalq aləmin və ölkələrarası münasibətlərin təsiri ictimai maraqlardan yan keçmir, həm də milli maraqlar ölkədəki sosial-iqtisadi vəziyyətdən, ictimai-siyasi sabitlikdən və mənəvi-əxlaqi mühitin sağlamlığından bilavasitə asılı olur.
Milli maraqlar öz məzmununa görə ictimai maraqlardan bir qədər fərqlənir. Belə ki, ictimai maraqlar dövlətin daxili siyasətini müəyyənləşdirən qanunlar sistemi ilə bağlıdır və onunla tənzimlənir. Milli maraqlar isə əsasən dövlətin xarici siyasət sahəsinə aiddir və beynəlxalq aləmlə təmasda onun rəsmi fəaliyyətinin əsasını təşkil edir. Lakin bu fərqlərə baxmayaraq, hər bir ölkənin ictimai və milli maraqları bir-birini tamamlayır. Çünki həm beynəlxalq aləmin və ölkələrarası münasibətlərin təsiri ictimai maraqlardan yan keçmir, həm də milli maraqlar ölkədəki sosial-iqtisadi vəziyyətdən, ictimai-siyasi sabitlikdən və mənəvi-əxlaqi mühitin sağlamlığından bilavasitə asılı olur. Keçid dövrünü yaşayan ölkələrdə isə ictimai və milli maraqlar arasındakı qarşılıqlı təsir və birbaşa bağlılıq özünü daha qabarıq şəkildə büruzə verir. Bütün bu formulları Azərbaycan Respublikasına da şamil etmək olar.
Məkan əlamətlərinə görə Azərbaycanın milli maraq çərçivəsinə:
· ölkənin öz sərhədləri daxilində təzahür edən;
· regional münasibətlərdə, qonşu ölkələrlə təmasda, beynəlxalq məkanda və ya hər hansı hökumətlərarası təşkilatlar çərçivəsində təmsil olunan maraqlar daxildir.
Milli maraqlar əsas və yaxud ikinci də rəcəli, daimi, yaxud əvəzlənən, uzunmüddətli, yaxud qısamüddətli maraqlara ayrılır.Əsas və daimi milli maraqlar bir çox mühüm geosiyasi parametrlərinə - dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri və roluna, nüfuzu və hərbi gücünə, özünün suverenliyini qoruyub saxlamaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək qabiliyyətinə və s. görə müəyyənləşir.
Azərbaycanın milli maraq çərçivəsi onun geosiyasi parametrlərinə, dövlətin iqtisadi, hərbi gücü və resurs imkanlarına uyğun olaraq formalaşır. Bu amil özündə millətin təkamül mərhələsini, iqtisadi, siyasi, sosial, milli-psixoloji və digər amillərin mürəkkəb kombinasiyası ilə reallaşan tarixi inkişaf prosesini ehtiva edir. Göstəril ən amillər eyni zamanda həm də Azərbaycan xalqının milli iradəsini, milli dövlət quruculuğu və tarixi təcrübəsinin məzmununu və xarakterini əks etdirir. Bu halda milli maraqlar ictimai-tarixi fenomen kimi çıxış edir, xalqın identikliyi ilə sıx qarşılıqlı əlaqə yaradır.

8. Azərbaycan Respublikasının milli maraqları


Azərbaycan Respublikasının milli maraqları


Azərbaycan Respublikasının əsas inkişaf prioritetləri ilk növbədə onun milli maraqlarının formalaşması və təmin olunması ilə bağlıdır. Müasir dövrdə ölkələrin milli inkişaf tələbləri onların daxili və xarici siyasətini, sosial-iqtisadi və siyasi-hüquqi inkişafının vəzifələrini və səviyyəsini, coğrafi və geosiyasi mövqeyini, milli-tarixi ənənələrinin qorunması və inkişaf etdirilməsini, dövlətin suverenliyinin və milli təhlükəsizliyinin təmin olunmasını və s. çoxsaylı vəzifələrin həyata keçirilməsini tələb edir. Bütün bunlar öz əksini geosiyasət elminin “milli maraq” kateqoriyasında tapır. Milli maraqlar öz məzmununa görə ictimai maraqlardan bir qədər fərqlənir. Belə ki, ictimai maraqlar dövlətin daxili siyasətini müəyyənləşdirən qanunlar sistemi ilə bağlıdır və onunla tənzimlənir. Milli maraqlar isə əsasən dövlətin xarici siyasət sahəsinə aiddir və beynəlxalq aləmlə təmasda onun rəsmi fəaliyyətinin əsasını təşkil edir. Lakin bu fərqlərə baxmayaraq, hər bir ölkənin ictimai və milli maraqları bir-birini tamamlayır. Çünki həm beynəlxalq aləmin və ölkələrarası münasibətlərin təsiri ictimai maraqlardan yan keçmir, həm də milli maraqlar ölkədəki sosial-iqtisadi vəziyyətdən, ictimai-siyasi sabitlikdən və mənəvi-əxlaqi mühitin sağlamlığından bilavasitə asılı olur. Keçid dövrünü yaşayan ölkələrdə isə ictimai və milli maraqlar arasındakı qarşılıqlı təsir və birbaşa bağlılıq özünü daha qabarıq şəkildə büruzə verir. Bütün bu formulları Azərbaycan Respublikasına da şamil etmək olar.
Azərbaycanın milli maraq çərçivəsinə həmçinin:
· Ermənistanın işğalçılıq siyasətinin doğurduğu nəticələrin aradan qaldırılması, yurdundan didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qaytarılması və əzəli torpağında məskunlaşdırılması;
· işğalın bir daha təkrarlanmaması üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən milli ordunun lazımi hərbi hazırlıq vəziyyətinə gətirilməsi;
· Azərbaycan xalqının milli birliyinin və varlığının, əsrlər boyu formalaşmış adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin, dilinin, dininin qorunması, yaşadılması və ümumbəşəri dəyərlər hesabına zənginləşdirilməsi;
· ölkədə hüquq normaları və qanunçuluğun, insan hüquq və azadlıqlarının dönmədən təmin olunması, mövcud ictimai-siyasi sabitliyin, vətəndaş cəmiyyəti normalarının, tolerant etnik və dini mühitin qorun ması v ə inkişaf etdirilm əsi, separatçılığın, siyasi, etnik v ə dini ekstremizmin aradan qaldırılması;
· dünya az ərbaycanlılarının birlik və həmrəyliyinin təmin edilməsi, onların vətənpərvərlik hissl ərinin gücləndirilməsi və azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi, dünyada yaşayan soydaşlarımızın milli və vətəndaş hüquqlarının təmin edilməsi və s. təxirəsalınmaz vəzifələr daxildir.
Azərbaycanın milli maraq çərçivəsi onun geosiyasi parametrlərinə, dövlətin iqtisadi, hərbi gücü və resurs imkanlarına uyğun olaraq formalaşır. Bu amil özündə millətin təkamül mərhələsini, iqtisadi, siyasi, sosial, milli-psixoloji və digər amillərin mürəkkəb kombinasiyası ilə reallaşan tarixi inkişaf prosesini ehtiva edir. Göstərilən amillər eyni zamanda həm də Azərbaycan xalqının milli iradəsini, milli dövlət quruculuğu və tarixi təcrübəsinin məzmununu və xarakterini əks etdirir. Bu halda milli maraqlar ictimai-tarixi fenomen kimi çıxış edir, xalqın identikliyi ilə sıx qarşılıqlı əlaqə yaradır.

9. Azərbaycan Respublikasının milli təhlükəsizlik sahəsində qanunvericiliyi


Azərbaycan Respublikasının milli təhlükəsizlik sahəsində qanunvericiliyi


Milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanun Azərbaycan Respublikasının milli təhlükəsizliyi, onun obyektləri və subyektləri, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər, Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları, bütövlükdə isə Azərbaycan Respublikasının milli maraqları ilə bağlı məsələləri tənzimləyir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası milli təhlükəsizliyi anlayışına aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektlərinə nəzər yetirmək kifayətdir. Belə ki, Qanunun 2-ci maddəsində göstərilmişdir ki, insan - onun hüquq və azadlıqları, cəmiyyət - onun maddi və mənəvi dəyərləri, dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektlərini təşkil edir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, yuxarıda sadalanan milli təhlükəsizliyin obyektlərinin yəni, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin olunması başa düşülür. Bu 3 amilin, həm insanın - onun hüquq və azadlıqlarının, cəmiyyətin - onun maddi və mənəvi dəyərlərinin, həm də dövlətin - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyünün müdafiəsi demək, Azərbaycan Respublikasının milli maraqlarının qorunması deməkdir.Sual oluna bilər ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının məqsədləri nədir. Nəzərə alınmalıdır ki, milli təhlükəsizliyimizin təmin olunmasının əsas məqsədləri insanın təhlükəsizliyindən, cəmiyyətin təhlükəsizliyindən və dövlətin təhlükəsizliyindən ibarətdir. Belə ki, Qanunun 8.3-cü maddəsində göstərilmişdir ki, insanın təhlükəsizliyi - insanın hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, cəmiyyətin təhlükəsizliyi - Azərbaycan xalqının həyati əhəmiyyətli maraq və tələbatlarının qorunması və nəhayət dövlətin təhlükəsizliyi - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və həyati əhəmiyyətli digər maraqlarının təhdidlərdən qorunması deməkdir.
Əvvəldə qeyd edildiyi kimi, Azərbaycan Respublikası əsasını məhz bu 3 amilin təşkil etdiyi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin, bütövlükdə isə Azərbaycan Respublikasının mili maraqlarının təmin olunması və bütün təhdidlərdən qorunması istiqamətində müvafiq tədbirləri həyata keçirərkən diqqətinizə çatdırılan «Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının qanunvericiliyində milli təhlükəsizliyin təminatının aşağıdakı əsas prinsipləri təsbit olunmuşdur:
- Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edilməsi;
- milli təhlükəsizliyin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi;
- milli təhlükəsizliyi təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması;
- milli təhlükəsizliyin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət;
- beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya;
- insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.

10. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri və subyektləri


Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri və subyektləri


Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri aşağıdakılardır:
➢ insan - onun hüquq və azadlıqları;
➢ cəmiyyət - onun maddi və mənəvi dəyərləri;
➢ dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin subyektləri insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır.
Dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdə ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər. Ölkə Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Dövlət başçısı Təhlükəsizlik Şurasını, eləcə də özünün konstitusiya səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyi təmin edən qüvvələri və dövlət orqanlarmı yaradır, həmin qurumlara rəhbərlik edir. Təhlükəsizlik Şurası Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir. Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılmışdır. Ölkə Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi (MM) fövqəladə və hərbi vəziyyət rejimləri, müdafiə və hərbi qulluq, təhlükəsizliyin əsasları, ərazi quruluşu və dövlət sərhəd rejimi məsələlərinə dair ümumi qaydaları müəyyən edir, ölkə prezidentinin təqdimatına əsasən respublikanın hərbi doktrinasını təsdiqləyir, dövlət başçısının təqdimatına əsasən SQ-nin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə, eləcə də prezidentin müraciətinə əsasən müharibə elan edilməsi və sülh bağlanmasına razılıq verir. Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) ölkə hökuməti olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir; müxtəlif sahələrə dair məqsədli proqramların həyata keçiril-məsini, eləcə də milli təhlükəsizliyi təmin edən qüvvələri və orqanları maddi və maliyyə resursları ilə təmin edir. Qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasında məhkəmələr ədalət mühakiməsini həyata keçirir və bu zaman ölkə Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarmı və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarmı və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir. Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla prokurorluq cinayət işi başlayır və ibtidai istintaq aparır; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir; məhkəmədə mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir.

11. Təhdidlərin mənbələrinə, mümkünlüyünə və təsir sahələrinə görə təsnifatı


Təhdidlərin mənbələrinə, mümkünlüyünə və təsir sahələrinə görə təsnifatı


Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir. Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlər müəyyən təsnifat üzrə qruplaşdırılır. Bu təsnifat təhdidlərə qarşı, onların konkret xüsusiyyətlərini nəzərə almaqla, təşkilati tədbirlər görməyə lazımi imkanlar yaradır. Təsnifatın əsasında təhlükə mənbəyinin yerləşdiyi məkan, təhdidin formalaşma səviyyəsi, xarakteri və s. dayanır. Təhdidlər təhlükə mənbəyinin harada yerləşməsindən asılı olaraq daxili və xarici təhdidlərə bölünür. Əgər təhdidlər xarici dövlətdən və onun vətəndaşlarından gəlirsə, onlar xarici təhdidlər adlanır. Təhdidlərin mənbəyi dövlətin daxilində və onun vətəndaşları ilə bağlıdırsa, onlara daxili təhdidlər deyilir.
Formalaşma səviyyəsinə görə təhdidlər potensial və real təhdidlərə ayrılır. Potensial təhdidlər özündə təhlükənin yaranmasını, onun ilkin şərtlərinin formalaşmasını, zərər yetirmək imkanlarını ehtiva edir. Real təhdidlər isə artıq formalaşmış hadisədir və onun zərər yetirməsi üçün bir və yaxud bir neçə amil çatışmır. Real təhdidlər yaranan zaman milli təhlükəsizliyi təmin etmək sisteminin qarşısında təhdidin kəskinliyini azaltmaq və onu aradan qaldırmaq üçün lazımi tədbirlər görmək vəzifəsi dayanır. Təhdidlər xarakterindən asılı olaraq təbii, antropogen və sosial təhdidlərə bölünür. Təhdidlərin bu cür növlərə ayrılması daha kəskin təhdidləri məqsədyönlü şəkildə aşkarlamağa, onların qarşısını vaxtında almağa, milli təhlükəsizliklə bağlı fəaliyyətin səmərəliliyini artırmağa imkan verir.
❖ Siyasi sahədə əsas təhdidlər 
❖ İqtisadi sahədə əsas təhdidlər 
❖ Sosial sahədə əsas təhdidlər
❖ Hərbi sahədə əsas təhdidlər
❖ İnformasiya sahəsində əsas təhdidlər
❖ Ekoloji sahədə əsas təhdidlər
❖ Elm, mədəniyyət və mənəviyyat sahəsində təhdidlər 
Azərbaycan Respublikasının milli maraqları, milli təhlükəsizliyinə yaranan təhdidlər və milli təhlükəsizliyin təmin olunması tədbirləri qanunvericiliklə nəzərdə tutulmuş konsepsiyada və onun əsasında hazırlanmış konkret proqramlarda öz əksini tapır. Təhdidlərin aşkar edilməsi və aradan qaldırılması, milli təhlükəsizliyin təmin olunması müvafiq qurumlardan bu məsələlərə vaxtında reaksiya verilməsini, insanların, cəmiyyətin və dövlətin maraqlarının müdafiəsinin lazımi səviyyədə, məsuliyyətlə təşkil olunmasını tələb edir. Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlər müəyyən təsnifat üzrə qruplaşdırılır. Bu təsnifat təhdidlərə qarşı, onların konkret xüsusiyyətlərini nəzərə almaqla, təşkilati tədbirlər görməyə lazımi imkanlar yaradır. Təsnifatın əsasında təhlükə mənbəyinin yerləşdiyi məkan, təhdidin formalaşma səviyyəsi, xarakteri və s. dayanır. Təhdidlərin bu cür bölgüsü milli təhlükəsizliyin təmin olunması sisteminin təşkilində və onun əsas fəaliyyət istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

12. Hərbi və qeyri-hərbi təhdidlər


Hərbi və qeyri-hərbi təhdidlər


Hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində Hərbi Doktrinada öz əksini tapmış başlıca vəzifələrindən biri ölkənin müstəqilliyini və ərazi bütövlüyünü, konstitusiya quruluşunu, milli maraqlarını hərbi, siyasi və digər təhdidlərdən qorumaqdan ibarətdir. Hərbi Doktrinada Azərbaycanın hərbi təhlükəsizliyinə təsir göstərən təhdidlər xarici və daxili olmaqla iki qrupa bölünür.
Xarici hərbi təhdidlərə:
• Azərbaycanın 20% ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması;
• qonşu dövlətlər tərəfindən ona qarşı əsassız ərazi
iddialarının irəli sürülməsi;
• ölkənin daxili siyasi və sosial-iqtisadi vəziyyətinin
gərginləşdirilməsinə, sabitliyin pozulmasına yönəldilmiş separatçı və dini-ekstremist hərəkətlər;
• dövlət sərhədinin hərbi birləşmələr və silahlı dəstələr
tərəfindən pozulması, sərhəd mübahisələrinin kəskinləşməsi;
• digər dövlətlər tərəfindən ölkə ərazisinə göndərmək
üçün qanunsuz silahlı qrupların və terrorçuların hazırlanması;
• dövlət sərhədlərinin və ərazi sularının bilavasitə yaxınlığında hərbi bazaların yaradılması, qoşun qruplaşmalarının cəmləşdirilməsi, silahların artırılması və
digər hərbi iştirakın gücləndirilməsi ;
• ölkənin daxili işlərinə hər hansı mümkün kənar hərbi
müdaxilə;
• qonşu ölkələrin dövlətlərarası münaqişələrdə iştirakı;
• müxtəlif xarici dairələrin təsiri altında nüvə və digər kütləvi qırğın silahı növlərinin yayılması və s. daxildir.
Daxili hərbi təhdidlərə:
• ölkə qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı
birləşmələrin və yaxud qrupların yaradılması cəhdləri;
• terrorçu, dini-ekstremist və separatçı təşkilatların daxili sabitliyin və ölkənin ərazi bütövlüyünün pozulmasına yönəldilmiş qanuna zidd əməlləri;
• konstitusiya quruluşu əleyhinə qəsdlər, dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilati strukturunun dağıdılması və ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş cəhdlər;
• hərbi təhlükəsizliyə təhdid yaradan mütəşəkkil cinayətkarlıq və digər qanuna zidd fəaliyyət;
• təxribat, terror aktları və digər qanunazidd əməlləri
həyata keçirmək üçün istifadə oluna bilən silahsursatın, partlayıcı maddələrin və digər vasitələrin
ölkə ərazisində qanunsuz toplanması və dövriyyəsi;
• hərbi əhəmiyyətli və mühüm dövlət obyektlərinə, kommunikasiya qurğularına və informasiya infrastrukturuna qarşı silahlı hücumlar, təxribatlar və s. aiddir.

13.Azərbaycan Respublikasının milli təhlükəsizliyinə olan təhdidlər


Azərbaycan Respublikasının milli təhlükəsizliyinə olan təhdidlər


Qeyd etməliyik ki, maraqların həyata keçirilməsi ilə bağlı fəaliyyət zamanı geosiyasi aktorlar - fərdlər, sosial qruplar və dövlətlər arasında bəzi obyektiv ziddiyyətlər meydana çıxır. Həmin ziddiyyətlər çoxsaylı fəaliyyət sahələrindən və konkret şəraitdən asılı olaraq müxtəlif formalarda təzahür edir. Birbirinə zidd maraqların (daxili yaxud xarici) toqquşması əvvəl potensial, sonra isə real təhdidlər yaradır. Lakin maraqların üst-üstə düşən və paralellik təşkil edən digər növləri də olur. Bunlar isə öz məzmununa görə müsbət münasibətlərin formalaşmasına şərait yaradır, ictimai və beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmaya nail olmaq üçün baza rolunu oynayır.
Konsepsiyanın «Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər» bölməsində respublikamızın milli təhlükəsizliyinə təhdidlərdən söz açılır və bu təhdidlər «Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər», «Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət», «Separatçılıq, etnik, siyasi və dini ekstremizm», «Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması», «Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq», «Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət», «Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq», «İqtisadi qeyri-sabitlik», «Peşəkar insan ehtiyatlarının çatışmazlığı», «Regional hərbiləşdirmə» və «Ekoloji problemlər» adları altında qruplaşdırılır.
Təhdidlərin aşkar edilməsi və aradan qaldırılması, milli təhlükəsizliyin təmin olunması müvafiq qurumlardan bu məsələlərə vaxtında reaksiya verilməsini, insanların, cəmiyyətin və dövlətin maraqlarının müdafiəsinin lazımi səviyyədə, məsuliyyətlə təşkil olunmasını tələb edir. Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlər müəyyən təsnifat üzrə qruplaşdırılır. Bu təsnifat təhdidlərə qarşı, onların konkret xüsusiyyətlərini nəzərə almaqla, təşkilati tədbirlər görməyə lazımi imkanlar yaradır. Təsnifatın əsasında təhlükə mənbəyinin yerləşdiyi məkan, təhdidin formalaşma səviyyəsi, xarakteri və s. dayanır. Təhdidlərin bu cür bölgüsü milli təhlükəsizliyin təmin olunması sisteminin təşkilində və onun əsas fəaliyyət istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının milli maraqları, milli təhlükəsizliyinə yaranan təhdidlər və milli təhlükəsizliyin təmin olunması tədbirləri qanunvericiliklə nəzərdə tutulmuş konsepsiyada və onun əsasında hazırlanmış konkret proqramlarda öz əksini tapır. Təhdidlərin aşkar edilməsi və aradan qaldırılması, milli təhlükəsizliyin təmin olunması müvafiq qurumlardan bu məsələlərə vaxtında reaksiya verilməsini, insanların, cəmiyyətin və dövlətin maraqlarının müdafiəsinin lazımi səviyyədə, məsuliyyətlə təşkil olunmasını tələb edir. Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlər müəyyən təsnifat üzrə qruplaşdırılır. Bu təsnifat təhdidlərə qarşı, onların konkret xüsusiyyətlərini nəzərə almaqla, təşkilati tədbirlər görməyə lazımi imkanlar yaradır. Təsnifatın əsasında təhlükə mənbəyinin yerləşdiyi məkan, təhdidin formalaşma səviyyəsi, xarakteri və s. dayanır. Təhdidlərin bu cür bölgüsü milli təhlükəsizliyin təmin olunması sisteminin təşkilində və onun əsas fəaliyyət istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

14. Azərbaycan Respublikasının milli azlıqlarla bağlı siyasəti


Azərbaycan Respublikasının milli azlıqlarla bağlı siyasəti


Azərbaycan çoxmillətli ölkədir, müxtəlif millətlərin və xalqların qarşılıqlı anlaşma şəraitində yaşadığı və fəaliyyət göstərdiyi dövlətdir. Müstəqil Azərbaycan dövləti və onun yaradıcısı Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizdə yaşayan azsaylı xalqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə diqqətlə yanaşdı, qayğı göstərdi. Belə ki, 1993-cü ildən etibarən keçmiş ittifaq respublikalarından fərqli olaraq Azərbaycanda vəziyyət tamamən fərqli istiqamətdə inkişaf etməyə başladı. Bu proses Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların və etnik azlıqların ictimai-siyasi, sosial-mədəni inkişafına stimul verdi. 
Müstəqilliyin ilk günlərindən başlayaraq Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər olan zaman kəsiyində Azərbaycanda milli azlıqlarla bağlı yetərli iş görülmədi. 1993-cü ildən sonra isə milli məsələlərdə irəliyə doğru dönüş yarandı. Hidayət Orucov “Heydər Əliyev və Azərbaycanda milli siyasət” (Bakı, 2001) kitabında yazır: “1993-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi”. 2001-ci il noyabrın 1-də Prezident Heydər Əliyev Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycanın qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilkin hesabatın hazırlanması və təqdim edilməsi barədə Sərəncam imzaladı. Sərəncamla Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycanın öz öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ilkin hesabatın hazırlanması üçün İşçi Qrupu yaradıldı. Heydər Əliyevin Sərəncamı ilə hazırlanan və beynəlxalq quruma təqdim olunan "Milli azlıqların hüquqlarının qorunması üzrə Azərbaycan hökumətinin hesabatı" Avropa Şurası tərəfindən müsbət qarşılandı. Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir problemin olmamasını birmənalı şəkildə qeyd etdilər.
2002-ci ilin oktyabrında Strasburqda Avropa Şurasının baş katibi Valter Şvimmerin iştirakı ilə Azərbaycanda milli azlıqlarla bağlı dövlət siyasəti məsələsinə həsr olunmuş ayrıca müzakirələr aparıldı. Müzakirələrin nəticəsində Azərbaycanın milli siyasətini bəyənən və müsbət qiymətləndirən Avropa Şurası bu səpkidə müzakirələrin digər dövlətlərin də iştirakı ilə aparılması qərarına gəldi. Hətta Azərbaycanın milli azlıqlarla bağlı yürütdüyü siyasətin və bu sahədə əldə olunan təcrübənin başqa dövlətlər üçün də gərəkliliyi vurğulandı. 
Avropa Şurasının Azərbaycan nümayəndəliyinin əməkdaşı İnkeri Aarnio Lvoff 2002-ci ildə "Etnik qruplar arasında dialoq" mövzusunda Zuğulbada keçirilən tədbirdə çıxış edərkən respublikada milli azlıqlar arasında dialoqun inkişafı və genişləndirilməsi üçün müvafiq işlər görüldüyünü nəzərə çatdırdı. 
Dünya birliyinin Azərbaycanda həyata keçirilən milli siyasətə münasibəti ölkəmizin Avropa Şurasındakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunmuş Dəyirmi masa zamanı da özünü qabarıq şəkildə biruzə verdi. 2002-ci il sentyabrın 18-də "Azərbaycanda milli azlıqlar: gerçəkliklər və perspektivlər" mövzusunda keçirilən tədbirin məqsədi də Azərbaycan gerçəkliklərinin AŞ-da dərindən öyrənilməsi olub. Məhz bu gerçəkliklər AŞ mütəxəssislərinin diqqətini çoxdan cəlb edirdi. Elə buna görə də tədbirin keçirilməsi AŞ tərəfindən böyük razılıqla qarşılandı. AŞ rəhbərliyi bunu ilk qaranquş adlandırdı. Çünki qurumun təcrübəsində belə tədbir ilk dəfə keçirilirdi. 
Əlbəttə, bütün bunlar qısa bir zamanda baş verirdi. Ümummilli lider Heydər Əliyev başa düşürdü ki, etnik qruplardan hər hansı birinin itirilməsi bütün bəşəriyyət üçün əvəzsiz itki olardı. Şübhəsiz ki, belə bir təhlükə onlar üçün Azərbaycanda yox idi. Hətta bu faktı bir sıra beynəlxalq təşkilatlar da öz sənədlərində təsdiq edirlər. Qeyd edirlər ki, azərbaycanlıların onlarla bərabər bir torpaqda yaşayan xalqlara qarşı tolerantlığı etalon hesab edilə bilər. Həqiqətən də bu xalqa məxsus olan mehriban qonşuluq, dini və etnik dözümlülüyü davam etdirməklə mövcud hakimiyyət dillərin, dinlərin, etnik psixologiyaların, ənənələrin inkişafına həmişə böyük önəm vermişdir. Bu gün də ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın da artmasına şərait yaradır. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması yalnız sosial - mədəni deyil, həmçinin siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.

15. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri


Tarixi mənbə və ədəbiyyatın təhlili göstərir ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının, etnik təcavüzünün başlıca məqsədi onun torpaqları hesabına öz dövlətinin yaradılması və sonradan müxtəlif yollarla bu dövlətin ərazilərinin genişləndirilməsi, "Böyük Ermənistan" adlanan xülyanın gerçəkləşdirilməsindən ibarət olmuşdur. Strateji baxımdan böyük əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsində erməni əhalisinin yerləşdirilməsi XIX əsrin əvvəllərində, xüsusilə Azərbaycan torpaqlarının bölüşdürülməsi haqqında Rusiya və İran arasında bağlanan 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra baş vermişdir. Çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda müstəmləkəçilik siyasətinin yeni mərh ələsidə məhz XIX əsrin 20-ci illərinin sonundan etibarən başlamışdır. Rus çarizmi Azərbaycanın Qarabağ bölgəsində xristianların sayını artırmaqla bu regionda nüfuzunun möhkəmlənməsi və müstəmləkəçilik siyasətinin həyata keçirilməsi üçün real zəmin yaradırdı. Rusiyanın Qafqazı işğal etməsini N.N. Şavrov açıq söyləyir və bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millətlərin köçürülməsi haqqında yazırdı: "Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil, xaricilərin köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən Tiflis və Yelizavetpol quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi. 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-İran müharibələrinin gedişində, həmdə bütün XIX əsr boyunca ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı. N.N. Şavrovun yazdığı kimi, ümumiyyətlə, 1828-1830-cu illər ərzində ermənilərin azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol quberniyasına, o cümlədən Qarabağın dağlıq hissəsinə rəsmən 124 min, qeyri-rəsmi olaraq isə xeyli çox - 200 min erməni köçürülmüşdür. XIX əsrin sonu – XX əsrin əvvəllərində də ermənilərin Cənubi Qafqaza köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilə kimi keçən 13 ildə Cənubi Qafqaza 400 min erməni köçürülmüşdür. 1911-ci ildə N.N. Şavrov bu barədə yazırdı: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Halhazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil. Onları buraya biz köçürmüşük”.288 Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi İrəvanda və Qarabağın dağlıq hissəsində demoqrafik vəziyyətə, regionda baş verən hadisələrə ciddi təsir göstərmiş və onların gələcək ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur. İndiki Ermənistan dövl tinin yerləşdiyi tarixi Azərbaycan torpağı olan İrəvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal olunanda əhalinin 73,8%-i (dörddə üçü) müsəlman türklərdən ibarət idisə, erməni köçürmələri və azərbaycanlılara qarşı deportasiya və genosid siyasəti nəticəsində hal-hazırda Ermənistanda azərbaycanlı əhali qalmamışdır. "Böyük Ermənistan" yaratmaq xülyasına qapılan erməni millətçiləri və qəsbkarları 1905- 1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Onlar Bakıda, Şuşada, İrəvanda, Naxçıvanda, Gəncədə, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətdilər.
Cənubi Qafqazın sovetləşməsindən sonra da ermənilər Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını ələ keçirmək siyasətini davam etdirərək, 1920-ci ildə Zəngəzuru və bir sıra digər torpaqları Ermənistan SSR-in ərazisi elan etdilər. Sonralar isə erməni millətçiləri Ermənistan ərazisindəki azərbaycanlıların kütləvi surətdə deportasiya edilməsi siyasətini genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atdılar. Belə ki, onlar dövlət səviyyəsində, Stalinin köməyi ilə 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçular və digər azərbaycanlı əhalinin Azərbaycan SSRnin Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarının qəbul olunmasına və 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı əhalinin öz tarixi torpaqlarından kütləvi şəkildə deportasiyasına nail oldular. Sovet dövründə Dağlıq Qarabağ məsələsinin qaldırılmasına ermənilər və onların himayədarları bir neçə dəfə cəhd göstərsələr də, məqsədlərinə çatmağın qeyri-real olduğunu görərək, müəyyən məqam gözləmək qərarına gəldilər. Belə bir məqam isə 1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçov və onun yaxın ətrafının ermənipərəst mövqe nümayiş etdirməsi nəticəsində yetişdi ki, ermənilər ondan dərhal istifadə etməyə başladılar.

16. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geosiyasi əsaslərı


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geosiyasi əsasları


Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlaraına yiyələnmək iddası dayanır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb.20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər.22 fevral 1988-ci ildə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etmişdir.10 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etmişdir. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan yenidən birləşdirilməsinin qeyri-qanuni olması bildirilmişdir.30 avqust 1991-ci ildə Azərbaycanın Ali Soveti dövlət müstəqilliyinin bərpasını elan etdi. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu.
26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etdi.1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.
1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir. Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrlə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır.Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırır. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu nümayiş etdirib.
.Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.

17. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun formalaşması və fəaliyyəti 


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun formalaşması və fəaliyyəti


1992-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu və həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzaladı. ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi.ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edilərək, münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi. Qərara alındı ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.
1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı münaqişənin mahiyyətini dəyişərək yeni siyasi problem yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi. Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda qarşı tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vasitəçilik tarixinə nəzər salsaq və onu şərti olaraq mərhələlərə bölsək, bu mərhələlərin hər birinin xeyli dərəcədə Rusiya-Qərb qarşıdurmasının xarakterindən asılı olduğunu görərik. 1992-ci ilin martında Minsk Qrupu yaradılan zaman Rusiya bu təşəbbüsü müdafiə etsə də, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair vasitəçilik səylərinin fəallaşması Rusiyanın siyasi dairələrində narahatlıq doğurmağa başlamışdı. Belə bir vaxtda münaqişənin dinc vasitələrlə həlli prosesində Rusiya təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa və bununla da regionda özünün zəifləmiş mövqelərini möhkəmləndirməyə cəhd göstərirdi.Öz məqsədlərinə nail olmaq üçün Rusiya Azərbaycana təzyiq göstərərək, qoşunlarını "sülhməramlı qüvvələr" adı altında münaqişə bölgəsinə gətirmək niyyətində idi. Lakin bu məqsədinə nail olmayan Rusiya Ermənistanda qoşunlarının sayını bir qədər də artırmış, onu gizli və aşkar yolla silahlandıraraq, Azərbaycan ərazilərinin işğal olunmasına dəstək vermişdir.1997-ci ilin əvvəllərində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxan zaman məlum oldu ki, Rusiya bu silahları 1993-cü ildən etibarən, yəni Ermənistan ilə Azərbaycan arasında qızğın hərbi əməliyyatlar getdiyi bir zamanda göndərilməyə başlamış və nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə şərait yaratmışdır. Ermənistanın silahlandırılması atəşkəs elan ediləndən sonra da davam etdirilmişdir.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də, çoxtərəfli görüşlərdə, ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin, Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi ardıcıl səylər dövlət başçısının apardığı siyasətin mühüm hissəsini təşkil etmişdir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq sahəsində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəti addımlar atmaqdan ibarət olmuşdur.Bu məqsədlə Ulu Öndər Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədilə məhz Prezident Heydər Əliyevin qətiyyəti və gərgin fəaliyyəti sayəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.
ATƏT-in Minsk Qrupunun son təklifindən Azərbaycan tərəfi birmənalı şəkildə imtina etdikdən sonra, 1999-cu il fevralın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Minsk Qrupunun həmsədrləri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa başçılarına məktubla müraciət etdi. Minsk Qrupunun fəaliyyətini, xüsusilə, həmsədrlərin axırıncı təklifini ciddi surətdə tənqid edən dövlət baş

18. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələri


BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələri


Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar, BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə qəbul etmişdir. Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 (30 aprel 1993), Ağdam rayonunun işğalı ilə əlaqədar 853 (29 iyul 1993), Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı ilə əlaqədar 874 (14 oktyabr 1993), Zəngilan rayonunun işğalı ilə əlaqədar isə 884 (11 noyabr 1993) saylı qətnamələr qəbul edilərkən, Şuranın daimi üzvü olan böyük döv lətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək, münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunması mövqeyini seçdilər.
Qətnamə 822.. Aprel ayının 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. "BMT TŞ 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi.
Qətnamə 853.. 1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ iclası keçirildi və burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almamışdır.
Qətnamə 874.. 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı.
Qətnamə 884.. 1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi.

19. Azərbaycanda qaçqınlar və məcburi köçkünlər problemi


Azərbaycanda qaçqınlar və məcburi köçkünlər problemi


Qaçqın və məcburi köçkün problemi dünyanın ən ağır və ağrılı problemlərindən biridir. Böyük dövlətlər və onların başçıları, nüfuzlu beynəlxalq qurumlar və siyasi analitiklər bəşəriyyəti daim narahat edən bu ciddi problemin yoluna qoyulması istiqamətində əməli işlər görür, perspektivli layihələr həyata keçirirlər. BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən artıq doqquzuncu ildir ki, 20 iyun Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu, bütün dünyada olan qaçqınlara və məcburi köçkünlərə yüksək səviyyəli dəstəyin və ehtiramın ifadəsidir. Hər il ilin bu günü müəyyən məsələyə həsr edilir. Bu il isə tədbirlərin "Real İnsanlar, Real Ehtiyaclar" adı altında keçirilməsi nəzərdə tutulur.Hazırda dünyada müxtəlif səbəblər üzündən öz yurdlarından məhrum olanların sayı təxminən 42 milyon nəfərdir. Onların 16 milyonu qaçqın, sığınacaq axtaran şəxs, 26 milyon nəfəri isə məcburi köçkündür. Digər ölkələrlə müqayisədə ən yüksək nisbi göstərici Azərbaycanın payına düşür. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti və ölkəmizə hərbi təcavüzü nəticəsində 1 milyon nəfərədək soydaşımızın qismətinə öz vətənində qaçqın və məcburi köçkün həyatı yaşamaq düşmüşdür. Başqa sözlə, ölkə əhalisinin hər 8 nəfərindən biri öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Bu da digər ölkələrlə müqayisədə analoqu olmayan hadisədir.
Hazırda Azərbaycanda üçüncü ölkələrdən "qaçqın" statusu almaq niyyətində olan 3 min nəfərin yaşadığı da bildirilir. Əvvəllər həmin şəxslərin sayı 11 min nəfər olmuşdur. Onların böyük əksəriyyətini Rusiya vətəndaşları olan çeçenlər, eləcə də əfqanlar, İran, İraq, Fələstin və digər ölkələrdən olan şəxslər təşkil edirdi. Azərbaycanın əlverişli coğrafi mövqeyi, baş vermiş hadisələr ölkəmizin həm mənşə, həm təyinat, həm də tranzit ölkəsinə çevrilməsinə səbəb olmuşdur. Belə bir vəziyyət eyni zamanda Azərbaycana qeyri-qanuni miqrantların tranzit keçidi üçün də əlverişli şərait yaradır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində İranla 132 kilometrlik dövlət sərhədinə faktiki olaraq nəzarət edilmir və nəticədə bu ərazidən qeyri-qanuni miqrasiya, silah və narkotik vasitələrin qanunsuz daşınmasında istifadə olunur. Ona görə də hesab edirik ki, Azərbaycanda bu problemin həllinə kömək göstərilməsi Qərbi Avropa dövlətlərinin maraqlarına daha çox uyğundur.1951-ci il iyulun 28-də Cenevrədə imzalanmış BMT-nin "Qaçqınların statusu haqqında" Konvensiyasına Azərbaycan 1992-ci ildə qoşulmuşdur. Bu Konvensiyanın və 1967-ci il Protokolunun tələblərinə uyğunlaşdırılmış tam hüquqi baza yaradılmış, müvafiq qanunlar qəbul edilmiş, qaydalar təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə "Qaçqın statusu" verilməsi haqqında vəsatətə baxılması Qaydası", "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı", Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün "Dövlət Miqrasiya Proqramı" təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Hazırda 20 ölkənin müvafiq dövlət qurumları ilə əmək miqrasiyası üzrə əməkdaşlıq əlaqələri yaradılmışdır. 2009-cu ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 312,8 milyon manat vəsait sərf ediləcək. Büdcədə nəzərdə tutulmuş 202,8 milyon manat vəsaitdən 44,5 milyon manatı ötən ilin üç ayı ərzində təyinatı üzrə xərclənmişdir. Artıq 16 ildir ki, ölkəmizdə fəaliyyət göstərən 60 beynəlxalq və 40 yerli humanitar təşkilat tərəfindən olduqca vacib proqramların həyata keçirildiyini də vurğulamaq istərdim. Bu təşkilatlar tərəfindən indiyədək 750 milyon ABŞ dolları dəyərində humanitar layihələr icra edilmişdir. Bütün bunlara baxmayaraq, bu problem ölkənin ən ağır və başlıca problemi olaraq qalır. Ümumdünya Qaçqınlar Günü real ehtiyaclara həsr edildiyi üçün onların bəzilərini diqqətə çatdırmaq istərdim: məcburi köçkünlərin böyük bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır, təhsil, səhiyyə, məşğulluq və digər problemlərlə üzləşirlər.Respublikada yoxsulluğun ən yüksək həddi - 25 faiz məhz məcburi köçkünlər arasında qeydə alınmışdır.Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi kimi ciddi problemlərdən birinin yoluna qoyulması üçün yeni istehsal sahələrinin yaradılmasına, kiçik və orta biznesin inkişafına, kənd təsərrüfatı və digər təyinatlı mikrolayihələrə ciddi ehtiyac var.

20. Azərbaycanın enerji təhlükəsizliyi siyasəti


Enerji təhlükəsizliyi anlayışı


Enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsi ilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Xarici təhdidlərə geosiyasi, xaricdən qaynaqlanan makroiqtisadi xarakterli problemləri, daxili təhlükəsizliyə isə ölkənin milli enerji sektoru ilə birbaşa bağlı olan məsələləri aid edirlər. Enerji təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri aşağıdakılardır: · strateji və mühüm obyektlərin enerji ilə etibarlı təmin olunması; · sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurulması; · yanacağın və enerji növlərinin diversifikasiyası (şaxələndirilməsi); · ekoloji tələblərin nəzərə alınması; · enerji ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması; · daxili və xarici bazarlarda enerji ehtiyatlarının lazımi gəlir gətirməsi və səmərəli ixrac üçün azad iqtisadi şəraitin yaradılması və s. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azərbaycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər 2003-2014- cü illərdə qəbul olunmuş bir çox rəsmi dövlət sənədlərində də əks olunmuşdur. Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədi ilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir. Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə son illərdə ölkə daxilində bir sıra təşkilati-texnoloji tədbirlər həyata keçirilmiş və bu gün də keçirilməkdədir. Onların sırasına yanacaq-enerji kompleksinin texnoloji bazasının və infrastrukturların modernləşdirilməsi, yanacaq-enerji ehtiyatlarının mənimsənilməsi və istismarının dünya standartları səviyyəsinə qaldırılması, neft-qaz istehsalının ekoloji təmizliyinin və iqtisadi səmərəliliyinin artırılması və s. daxildir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi daxili siyasətin əsas vəzifələrini aşağıdakı kimi qruplaşdırmaq olar: · yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun inkişafını müəyyənləşdirmək və təmin etmək; · yanacaq-enerji kompleksinə daxil olan sənaye sahələrinin fəaliyyətində səmərəliliyin artırılması üçün müvafiq elmi-texniki və təşkilati tədbirlər həyata keçirmək; · enerji ehtiyatlarının istehsalı, emalı, nəqli, saxlanması, uçotu və istehlakı üzrə mütərəqqi texnoloji tədbirlərin həyata keçirilməsini təmin etmək; · yanacaq-enerji sektorunda sağlam rəqabət mühiti formalaşdırmaq; · yanacaq-enerji kompleksinin inkişafına cəlb edilən sərmayələrin həcmini artırmaq; · yanacaq-enerji kompleksində ekoloji təhlükəsizliyi təmin etmək; · yanacaq-enerji ehtiyatlarının istehlakına görə ödənişlərin daha dol ğun yerinə yetirilməsini təmin etmək v ə s.
Enerji təhlükəsizliyini təmin etmək üçün ötən illərdə Azərbaycan hökuməti həm də xarici siyasət sahəsində, transmilli və regional aləmlə sistemli iş aparmış, bu istiqamətdə aşağıdakı əsas tədbirləri həyata keçirmişdir: · Xəzərin Azərbaycan sektorunda xarici investorların imkanlarından istifadə etməklə, enerji ehtiyatlarının istehsalı və satışı sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi, dünya yanacaq-enerji bazarında layiqli yer tutmaq üçün rəqabətə davamlı məhsul çıxarılması; · ölk ənin neft-qaz istehsalı və ixracının regional t əhlük əsizliyinin t əmin edilm əsi v ə bu istiqamətdə beynəlxalq aləmin təminatının alınması; · Az ərbaycanın milli yanacaq-enerji tarazlığının yaradılması v ə daxili enerji t əminatının xarici asılılıqdan çıxarılması; · enerji sektorunda çevik elmi-texniki v ə innovasiya fəaliyyətinin təmin edilm əsi, dünyada mövcud olan qabaqcıl texnoloji yenilikl ərin t ətbiq olunması v ə s.

21. Əsrin müqaviləsi, onun mahiyyəti, siyasi-iqtisadi əhəmiyyəti


Əsrin müqaviləsi, onun mahiyyəti, siyasi-iqtisadi əhəmiyyəti


Heydər Əliyev: “Əsrin müqaviləsi” və onun icrasının 5 illik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir”. 1994-cü ilin fevralında Azərbaycan prezidenti Hedər Əliyev Böyük Britaniyaya mühüm səfər etdi. Bu səfər zamanı Azərbaycan-Böyük Britaniya hökumətlərarası 8 müqavilə, o cümlədən də “Neft sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilə imzalandı. Danışıqlarda həmçinin İngiltərənin “British Petroleum” şirkətinə “Çıraq” və “Azəri” yataqlarının işlənməsi üzrə yaradılmış beynəlxalq konsorsiumda prioritet yer, o cümlədən də konsorsiumun Qərb iştirakçıları üçün ümumi investisiya payında 31 faiz yer ayrıldı. Bundan əlavə,Heydər Əliyev İngilis-Norveç alyansı olan “British Petroleum-Statoil”-un gələcəkdə “Şah-Dəniz” neft yatağının işlənməsi üzrə bağlanacaq müqavilədə xüsusi hüquqa malik olması məsələsinə də razılıq verdi. Azərbaycan prezidenti Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərindən sonra beynəlxalq konsorsiumda neft yataqlarının işlənməsi barədə danışıqların aparılması rəsmi səviyyədə sürətləndirildi. 1994-cü ilin yazında və yayındakı İstambul və Hyüstonda danışıqların son mərhələsini aparan Azərbaycan nümayəndə heyəti milli maraqlara tamamilə cavab verən müqavilə şərtləri hazırladı.Bu danışıqların nəticəsində 20 sentyabr 1994-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin möhtəşəm “Gülüstan”sarayında “Əsrin müqaviləsi” kimi tarixi bir ad almış ilk neft müqaviləsi imzalandı. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanması ilə Azərbaycanın neft sənayesi tarixində tamamilə yeni bir səhifə açıldı. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında, bütün xalqımızın güzəranının yaxşılaşmasında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Bu sazişdə 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Həmin müqaviləyə əsasən,Azərbaycanın dəniz yataqları olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının mənimsənilməsi 30 il müddətinə nəzərdə tutulurdu. Bu vaxt ərzində 510milyon ton neft çıxarılacaqdıki, onun da 258 milyon tonu (49,5 faizi) Azərbaycana məxsus olacaqdı. Bu isə 34 milyard dollar demək idi. Yəni, başqa sözlə desək, Xalq Cəbhəsi hökumətinin hazırladığı müqavilə layihəsi ilə müqayisə edilərsə, 1994-cü ilin yayında hazırlanmış müqavilənin son variantında qazancda Bakının payı 70-80 faiz idi. Son nəticədə,müqavilədəki istismar olunacaq yataqların siyahısına “Günəşli” yatağının 200 metrdən dərin su hissəsində də iş aparılması daxil edilmişdi. Sonradan aparılmış kəşfiyyat əsasında məlum oldu ki, bu yataqların ehtiyatı 510 milyon ton yox, 640 milyon tona, səmt qazı ehtiyatları 100 milyard kub metrə, sərbəst təbii qaz ehtiyatları isə 100-150 milyard kubmetrə bərabərdir. Müqaviləyə görə ümumi investisiya qoyuluşu 10 milyard ABŞ dollarına bərabər idi ki, onun da 7,4 milyardını Qərb şirkətləri qoymalı idi.Müqavilədə Rusiyanın da maraqları nəzərə alınmışdı. “Lukoyl” şirkətinin payı 10 faiz, başqa sözlə 800 milyon dollara yaxın idi. Müqaviləyə görə çıxarılacaq neftin ümumi dəyəri indiki qiymətləndirmə ilə 50 milyard dollara bərabəridi ki, onun da 34 milyard dolları Azərbaycanın payına düşəcəkdi. Layihənin yüksək rentabelliyi qərb portnyorlara imkan verirdi ki, Bakının 80 faiz qazanc götürməsi ilə razılaşsınlar. Halbuki qazancın bölünməsi kapital qoyuluşunun həcminə görə olmalı idi. Müqavilənin qüvvəyə mindiyi birinci 18 ay müddətində “Çıraq-1” stasionar dəniz platforması istifadəyə verilməli, 4 il müddətində bütün yataqlarda hazırlıq işi aparılmalı və 58 aydan sonra (4 il 10 aydan sonra) isə çıxarılan neft yeni tikiləcək neft kəməri ilə daşınmalıidi. Bu vəzifələri həyata keçirmək üçün yeni bir təşkilat-Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adlanan ilk neft konsorsiumu yarandı. 1994-cü ilin dekabrında “Əsrin müqaviləsi” Azərbaycan parlamentində təsdiq edildi. Azərbaycan Respublikasının prezidenti müvafiq fərman imzaladıqdan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi.
1995-ci ildə bu layihəyə 100 milyon dollara qədər, 1996-cı ildə isə 600 milyon dollar vəsait qoyuldu. İndiyə kimi bu layihəyə 3milyarddan artıqdollar sərmayə qoyulmuşdur.

22. Azərbaycanın Xəzər hövzəsindən dünya bazarına neftin nəqli siyasəti. Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri


Azərbaycanın Xəzər hövzəsindən dünya bazarına neftin nəqli siyasəti. Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri


Azərbaycan müstəqil dövlət, öz təbii sərvətlərinin həqiqi sahibi olduqdan sonra, biz öz ehtiyatlarımızdan ölkəmizin mənafeləri naminə, xalqımızın, dostlarımızın və tərəfdaşlarımızın xeyrinə tam istifadə edə bildik. Artıq 10 ildən çoxdur ki, Azərbaycan açıq qapı siyasəti yeridərək, xarici sərmayələri Xəzərin çox zəngin neft və qaz yataqlarının geniş miqyasda işlənilməsinə fəal cəlb edir. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsinə dair 1994-cü ilin payızında dünyanın aparıcı neft şirkətləri ilə bağlanmış və tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş müqavilə bu yolda ilk mühüm addım idi. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin – BTC çəkilməsi ilə reallaşan və ulu öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb.Bakı-Tbilisi-Ceyhan boru xətti, Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəmərdir. Uzunluğu 1768 kilometrdir. Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir.1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı.Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir.Azərbaycan büdcəsinin gəlirinin təxminən %50i neft ixracından gəlməkdədir. Azərbaycanın bütün ixracatının 90 faizini neft və təbii qaz təşkil edir. Neft və təbii qazdan bu cür asılı olan bir ölkə üçün bu məhsulları nəql edəcək boru xəttləri son dərəcə əhəmiyyətlidir. Azərbaycanla Ermənistan arasında olan münaqişə üzündən, həmçinin ABŞ-ın İran və Rusiyaya qarşı düşmən mövqeyinə görə Bakı-Ceyhan boru xəttinin uzunluğu Gürcüstan üzərindən keçərək daha da uzanmış və cəmi 1760 kilometri ötmüşdür. Boru kəmərinin ötürmə qabiliyyəti gündə bir milyon barel neftdir. BTC boru kəmərlərinin obyektlərinə daxildir:
8 nasos stansiyası (Azərbaycanda 2, Gürcüstanda 2, Türkiyədə 4)
2 aralıq ərsinburaxma stansiyası
1 təzyiqazaltma stansiyası
101 kiçik siyirtmə
Boru kəmərinin diametri Azərbaycanda və Türkiyədə əsasən 42 düymdür. Gürcüstan ərazisində boru kəmərinin diametri 46 düymdür. Boru kəmərinin diametri Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə 34 düymədək azalır.Bakı-Tbilisi-Ceyhan Boru kəməri Kompani (BTC Ko) şirkəti bütövlüklə boru kəmərinin tikintisinə və istismarına cavabdehdir. Bu, 11 səhmdar tərəfindən təşkil olunaraq korporasiya kimi qeydə alınmış birgə müəssisədir, şirkətin ən böyük səhmdarı olan BP tərəfindən idarə olunur. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanıldı və neft Ceyhan terminalına 2006-cı ilin may ayının 28-də çatdı. Kəmərin doldurulması üçün təxminən 10 milyon barel neft tələb olunurdu. Bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayının 4-də yola salındı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı Azərbaycandan nəql edir. Bundan əlavə, hazırda Türkmənistan nefti də bu boru kəməri vasitəsilə nəql olunur. 2013-cü ilin oktyabrından etibarən isə BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstanın “Tengiz” yatağından çıxarılan xam neftinin nəqlinə başlanıldı.Bu ilin iyun ayında BTC vasitəsilə 2 milyon 489 min 988 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-iyun aylarında isə kəmərlə 14 milyon 930 min 790 ton neft ötürülüb. Ümumiyyətlə BTC istifadəyə verilən gündən bu il iyulun 1-dək kəmərə 307 milyon 606 min 179 ton neft vurulub. Həmçinin iyunda BTC kəməri ilə 371 min 206 ton Türkmənistan nefti də nəql edilib.Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.

23. Azərbaycan təbii qaz ixrac edən ölkə kimi


24. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Avropa İttifaqının gələcəkdə də qaz istehlakı idxal hesabına artmaqda davam edəcək və bu tələbatın ödənilməsində Xəzər regionu, xüsusən də Azərbaycan böyük rol oynayacaqdır. Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu günü-gündən artır. Bu həm də onunla bağlıdır ki, Xəzər hövzəsi ölkələri enerji resursları həcminə görə dünyanın ən əhəmiyyətli ikinci (Fars körfəzi regionundan sonra) geo-iqtisadi bölgəsi hesab olunur, həm də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dünyada ən təhlükəsiz enerji məhsullarının dünya bazarlarına, istehlakçılara çatdırılması marşrutudur.Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır.Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi”nin reallaşması üçün labüd şərait yaratdı. Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən adı, tarixi önəmi və gələcəyə hesablanmış strateji mahiyyəti ilə müstəqillik salnaməmizdə ən layiqli yerini tutdu.Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük layihələr imzalanmışdır. Burada “Şahdəniz-2”, TANAP və TAP layihələrini xüsusi ilə vurğulamaq olar.Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev çox gözəl şəkildə bildirmişdi: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.” Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir. Avropanın əsas enerji təminatçısı qismində ənənəvi olaraq Rusiya, Yaxın və Orta Şərq çıxış edib. İraq müharibəsi, İrana qarşı yürüdülən sanksiyalar faktiki olaraq Avropanı Rusiya neftindən asılı vəziyyətə salıb. Məhz bu səbəbdən Avropa və Rusiya Xəzər dənizinin neftinin alınmasında maraqlıdır. Birincisi, Avropa öz enerjiyə olan tələbatını ruslardan azaltmaq məqsədi ilə və ya bir inhisarçıdan asılı olmamaq üçün Azərbaycanı öz enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi görür. İkincisi isə öz hasilat sənayesinə olan təlabatını ödəmək və digər siyasi maraqları həyata keçirmək üçün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əlverişli mövqedir.

25.Azərbaycanın nəqliyyat təhlükəsizliyi siyasəti


Azərbaycanın nəqliyyat təhlükəsizliyi siyasəti


Azərbaycan Respublikasında zəngin enerji ehtiyatlarının olması iqtisadiyyatın əsaslı və sürətli inkişaf etməsinə müsbət təsir göstərən, lakin müxtəlif dövlətlərin regiondakı maraqlarını şərtləndirən və münasibətlərin gərginləşməsinə səbəb olan əsas amillərdən biridir.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası öz enerji sektorunu daha da inkişaf etdirmiş və müxtəlif növ nəqliyyat şəbəkələri yaratmışdır. Bu nəqliyyat şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi ölkə üçün əsas vəzifələrdən biridir.
Beynəlxalq nəqliyyat dəhlizlərinin və boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikası aşağıdakı vəzifələri həyata keçirir:
nəqliyyatın və nəqliyyatda təhlükəsizliyin təmin edilməsi; nəqliyyat sistemində səfərbərlik hazırlığının təmin edilməsi; Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədi ilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
nəqliyyat infrastrukturlarının mühafizə sisteminin etibarlılığının təmin edilməsi; nəqliyyat infrastrukturlarının təhlükəsizliyinə kənardan təhdid yarada biləcək amillərin aşkarlanması və qarşısının alınması; nəqliyyat vasitələri və infrastrukturlarında, o cümlədən boru kəmərlərində terror aktlarının törədilməsində istifadə oluna biləcək vasitələrin dövriyyəsinin qadağan olunması və ya bu dövriyyəyə ciddi nəzarətin həyata keçirilməsi; nəqliyyat obyektlərinin tikintisi və istismarı zamanı sosial və ekoloji mühitə ziyan vurulmasının qarşısının alınması. Sözügedən vəzifələr Azərbaycan Respublikasının Silahlı Qüvvələri və digər təhlükəsizlik strukturlarının, habelə aidiyyəti dövlət qurumlarının fəaliyyətində öz əksini tapmalı və onların həyata keçirilməsi üçün adekvat imkanlar yaradılmalıdır. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nəqliyyat Strategiyası nəqliyyat sisteminin inkişaf istiqamətlərini, dövlətin nəqliyyat sahəsində fəaliyyətinin əsas vəzifələrini, forma və məzmununu müəyyən edir, nəqliyyat kompleksi üçün vahid prioritetlər sistemini təyin edir və spesifik xüsusiyyətləri nəzərə alınmaqla ayrı-ayrı nəqliyyat növlərində bu prioritetlərin həyata keçirilmə istiqamətlərini müəyyənləşdirir, dövlət nəqliyyat siyasəti sahəsində qərarların qəbul edilməsi, nəqliyyatda və iqtisadiyyatın nəqliyyatla sıx əlaqədar olan sahələrində məqsədli proqramların hazırlanması, nəqliyyatdan asılı sosial, müdafiə və digər problemlərin həll edilməsində əsas istinad kimi qəbul edilir. Nəqliyyat infrastrukturlarının və nəqliyyat vasitələri parklarının müasir tələblərə uyğun yeniləşdirilməsinə dair layihələrin həyata keçirilməsi , Bakı və respublikanın digər şəhərlərində nəqliyyat vasitələrinin müasir tələblərə uyğun yeniləşdirilməsi və ekoloji tarazlığın təmin edilməsi bu Dövlət Proqramınnı vəzifələrindəndir. ―Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial—iqtisadi inkişafa dair‖ Milli Proqram ölkənin atmosfer havasının mühafizəsində avtomobil nəqliyyatından atılan zəhərli qazların miqdarının artması xüsusi narahatlıq ifadə edərək bunun həlli üçün tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin utilizə edilməsinin təşkilini, ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində «piyada» zonalarının genişləndirilməsini, ölkəyə idxal olunan avtomobillərin mühərriklərinin katalitik qaz neytralizatorları ilə təmin edilməsinə və Avropa Şurası ölkələri üçün müəyyən edilmiş toksiklik normalarına uyğunluğuna nail olunmasını zəruri tədbirlər kimi müəyyən etmişdir. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı ölkədə ətraf mühitə təsirlərin azalması, əhalinin nəqliyyat ilə təmin olunması, nəqliyyat infrastrukturunun inkişafı üzrə dövlət maliyyələşdirilməsinin həyata keçirilməsini nəzərdə tutur.Göründüyü kimi kifayət qədər çox siyasət sənədlərində nəqliyyatın dayanıqlı inkişafı ilə bağlı müddəalara olmasına baxmayaraq, bu inkişafı təmin edəcək tədbirlər sistemi nəqliyyatın bütün növlərinin inkişafına kifayət qədər diqqət ayırmamışdır. Azərbaycan qanunvericiliyində nə yollar nə də bu yollarda hərəkət edən nəqliyyat vasitələri baxımından velosiped nəqliyyat vasitəsi, velosipedçi isə yol hərəkəti iştirakçısı kimi qeyd olunmamış, velosipedlərin hərəkət xətti və ya velosiped cığırı barədə heç bir tənzim etmə müəyyən edilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası qeyd edilən beynəlxalq müqavilələrə qoşularkən, onlar üzrə götürdüyü öhdəliklərini yerinə yetirməli idi. Bu öhdəliklər ilk növbədə avtomobil yollarında və ya ayrıca velosiped cığırlarının qurulmasının və velosiped hərəkət xəttinin, yol hərəkəti qaydalarında velosipedçilərlə bağlı tənzimləyici qaydaların müəyyən edilməsini nəzərdə tutur.

26. Beynəlxalq terrorçuluq və Azərbaycanın milli təhlükəsizliyi


Beynəlxalq terrorçuluq və Azərbaycanın milli təhlükəsizliyi


Müasir dünyamızda beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıq problemi xüsusi əhəmiyyətə malikdir. Yaxın keçmişdə terrorçuluq haqqında lokal əhəmiyyət kəsb edən bir məsələ kimi danışılırdı. Lakin 80-90-cı illərin təcrübəsi bu fəaliyyəti dünya miqyaslı bir fenomen qüvvə kimi qiymətləndirməyə imkan vermişdir.Tarix göstərir ki, hər bir mübarizə müəyyən mənəvi dəyərlərə və ideyalara əsaslanır. Bu başqaları tərəfindən bəyənilməyə də bilər. Lakin bir məqsəd naminə yüz və ya minlərlə insanı əsir edən həmin mənəvi dəyərlər və ideyalar siyasi ədalətin bərpası uğrunda istənilən formada mübarizəyə böyük təkan vermək iqtidarındadır. Bir nəfər, bir qrup şəxs, yaxud hər hansı bir xalq özü üçün həyati əhəmiyyət kəsb edən bir məsələnin həllinə kənardan ədalətsiz münasibət gördükdə öz "ədalətinin" bərpası uğrunda mübarizəyə qalxır. Bu mübarizə müxtəlif formalarda ola bilər. Belə mübarizənin taktiki formalarından biri də beynəlxalq terrorçuluqdur. Bütün ədalətsizliklərə baxmayaraq heç kimə digərlərinin günahsız həyatı bahasına ədaləti bərpa etmək haqqı verilmir. Terrorizmin beynəlxalq hüquq pozuntusu kimi əsas səbəbləri aşkar edilməlidir. Ayırd etmək lazımdır ki, hansı siyasi qüvvələr beynəlxalq terrorizmə can atırlar. İstənilən sosial anlayış o zaman düz başa düşülür ki, bu və ya digər inkişaf prosesində, ən əsası isə tarixi-maddi planda nəzərdən keçirilsin. 
İnqilablar və terror arasında paralellərin aparılması düzgün deyildir. Ayrı-ayrı hallarda inqilabçılar terrordan metod kimi istifadə edir, terrora terrorla cavab verirdilər. Belə faktlar əsasən öz əksini keçmiş sovet və müasir rus ədəbiyyatında tapır. Bunun da birbaşa səbəbi Rusiyanın federativ quruluşa malik olması və bütün dövrlərdə dövlət qurumlarında azadlıq hərəkatının baş verməsidir. Beynəlxalq terrorizmin yaranması zəncirində zorakılıq, təcavüzkarlıq da öz əksini tapır. Bəşəriyyət tarixinin təcavüzsüz bir günü və ya bir ili də olmamışdır. Pol Uilkinson qeyd edir ki, terrorizmlə zorakılığı ümumilikdə eyniləşdirmək məqsədəuyğun deyil. Terrorizm zorakılığın xüsusi formasıdır. Qərb alimləri marksizm-leninizm sisteminə, ümumilikdə Sovetlər Birliyinə terrorizmin kökü kimi baxırdılar. Buna kifayət qədər əsas da vardır. Cəmiyyətdəki ictimai bərabərsizliyi qəbul etməyən sosialistlər çıxış yolunu mal-mülk sahiblərini tenora məruz qoymaqda görürdülər. Terror bolşeviklərin əslində qorxu vasitəsinə çevrilmişdi. İstənilən cəmiyyətdə cinayətkarlığın səbəbləri sosial, sosial-siyasi və dövlət-hüquq ünsür və prosesləri ilə bağlı olur. Uruqvay alimləri terror fəaliyyətinin səbəbini kasıbçılıqda, bəzi xalqların fəlakətlərində görür. BMT-nin ayrı-ayrı orqanlarında aparılan müzakirələr bir daha göstərmişdir ki, əksər dövlətlər beynəlxalq terrorizmin yaranması səbəbini xalqların aclıq, kasıb vəziyyəti ilə əlaqələndirirlər.Beləliklə, araşdırmaçıların əksəriyyəti beynəlxalq terrorizmin əsas səbəblərini tədqiq edərkən belə qənaətə gəlmişlər ki, azadlıq hərəkatları beynəlxalq terrorizmin varolma səbəbidir. Lakin bunu əsas amil kimi götürmək də düzgün çıxış yolu deyildir. Təcavüzkar Ermənistan dövlətinin xüsusi xidmət orqanları tərəfindən Bakı metropolitenində törədilən 2 partlayış (1994-cü il, mart, iyul ayları), Neft Akademiyasındakı terror və digər təxribatlarla üzləşən ölkəmiz terrorizmə qarşı 8 beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan tərəfdaş çıxdığı bütün müqavilələrə əsasən bu istiqamətdə xarici dövlət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, mühüm beynəlxalq və regional konvensiyalara qoşulan ölkəmiz 13 ikitərəfli saziş, 15 protokol və 2 memoranduma imza atıb, BMT-nin antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya edib. Son 4 ildə AR-nin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı xüsusilə qeyd edilməlidir. Respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin ali quruma Azərbaycanda terrorizmə qarşı mübarizədə görülən əməli tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Azərbaycanın hazırda NATO-nun tərkibində 90 nəfərlik heyəti Əfqanıstanda xidmət edir. Ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirir. NATO ilə AR Milli Təhlükəsizlik Nazirliyi arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsi NATO-nun Xüsusi Komitəsinin işçi qrupunun terrorçuluqla mübarizəsinə həsr olunub və ilk dəfə Bakıda 2004-cü ildə keçirilən iclası ilə başlayıb.

27. Azərbaycan Respublikasının dinlə bağlı siyasəti


Azərbaycan Respublikasının dinlə bağlı siyasəti


Azərbaycan islam ölkəsidir, eyni zamanda dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən Anayasamız millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Lakin diqqətə alınmalı mühüm məqamlar da var. Belə ki, ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyəti qadağandır. Amma bir sıra ekspertlər dini mühitin tənzimlənməsində yalnız qüvvədə olan qanunvericiliyin kifayət etmədiyini irəli sürürlər. Onlar Azərbaycanda xüsusilə son illər müxtəlif dinlərin və cərəyanların yayıldığını nəzərə alaraq dövlətin də dinlə bağlı siyasətinin təkmilləşməsinə ehtiyac olduğunu bildirirlər. İddialar həqiqəti nə dərəcədə əks etdirir? Dövlətin yürütdüyü siyasət dini vəziyyəti tənzimləmək iqtidarındadırmı? Hazırkı yazımızda elə bu mövzunu araşdırmağa çalışdıq. Sualmız isə belə oldu: "Sizcə Azərbaycanda dövlətin apardığı dini siyasət dövrümüzün reallığına cavab verirmi?" hazırda Azərbaycan dövləti tolarantlıq baxımından bütün dinlərə eyni şərait yaratmağa və onlara qarşı heç bir ayrı-seçkilik etməməyə çalışır: "Bu ilk baxışdan çox təqdirəlayiq bir haldır. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının 90 faizindən çoxu müsəlmandır, belə olduqda dövlət tərəfindən islamın xeyrinə pozitiv ayrı-seçkiliyin edilməsi məncə, ciddi bir qəbahət olmayacaq. Düzdür, son dövrlərdə Azərbaycan dövləti tərəfindən islam dininin bayramları olan Qurban və Ramazan milli bayramlar olaraq qəbul edilib və bu bayram günləri rəsmi olaraq qeyri-iş günü elan olunub. Bundan başqa, bir neçə tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyilə bərpa olunub. Bütün bunlarla yanaşı hesab edirəm ki, Azərbaycan dövləti mövcud cəmiyyətdə dini proseslərə nəzarətetmə siyasətiylə yanaşı, bu prosesləri istiqamətləndirmə siyasəti də güdməlidir. Din insanların mənəvi ehtiyacıdır. Hazırda dünyada, xüsusilə də Qərb dövlətlərində islam dininə maraq gündən-günə artmaqdadır. Son dövrlərdə aparılan tədqiqatlar da göstərir ki, ənənəvi olaraq müsəlman olan azərbaycanlılar arasında öz dinlərini öyrənmək dinamikası artır. İnformasiyanın bol olduğu müasir dövrdə müxtəlif məqsədli məlumatların yayılması imkanının geniş olduğunu nəzərə alaraq hadisələrin inkişaf etməsinə nəzarət etmək çox vacibdir. Əks təqdirdə, cəmiyyətdə zərərli ünsürlərin formalaşması labüd olacaq. Amma bu nəzarət yalnız məhdudlaşdırmaqla mümkün olmayacaq. Cəmiyyətin dini ehtiyacını qarşılayacaq imkanlar da təklif olunmalıdır"."İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi bildirdi ki, bütün azadlıqlar bir-birinə bağlıdır və bağlılıq onları yaşadır, gücləndirir: "Dini azadlığı insan hüquq və azadlıqlarından kənarda təsəvvür edə bilmirəm. Amma dini siyasətə qatanları da qəbul etmirəm. Dinin siyasətdə istifadə olunması, alətə çevrilməsi bütün tarix boyu qanlı müharibələrlə müşayiət olunub. İstər xristianların səlib yürüşləri olsun, istərsə də müsəlmanların səlibçilərlə döyüşləri. Din siyasətə qarışanda mahiyyətini, eyni zamanda nüfuzunu itirir, onun ilahiliyinə insan müdaxiləsi baş verir. Odur ki, ağıllı cəmiyyətlər dini siyasətdən kənar tutur. Belədə din insanı saflaşdıran, duruldan ilahi bir alət olaraq qalır. Burada yenə Məhəmməd Əmin Rəsulzadənin sözləri yerinə düşür: "Məscidə girən insan siyasət, partiya, ideyanı unutmalıdır və ancaq Allaha dua etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə, siyasi mübarizəylə məşğul olmamalıdır, məscid neytral olmalıdır". Eyni zamanda siyasətlə məşğul olanlar, bu anlamda onu yönəldənlər də bilməlidir ki, dini azadlıq da digər azadlıq kimi qorunmalıdır. "Qurani-Kərim"də deyilir ki, hər xalq öz aqibətinə görə məsuliyyəti özü daşıyır. Zülmə dözüb başqasına boyun əyənlər öz bədbəxtliklərini yaxınlaşdıranlardır. Həzrəti peyğəmbərimiz isə belə buyurub: "Bir əmrdə şübhə olursa, ağlınızla həll edin". Odur ki, dini siyasət yönəldənlərimiz elə "əmrlər" verməlidirlər ki, şübhəyə yer qalmasın və hər kəs problemi "öz ağlıyla həll" eləməyə məcbur olmasın".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov dedi ki, Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir: "Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər. Üstəlik ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırmaçılar, nazirlər, politoloqlar, ilahiyyatçılar, qafqazşünaslar da Azərbaycanın dövlət-din münasibətləri modelini digər ölkələrə nümunə göstərirlər".

28. İslam fundamentalizmi və Azərbaycanın milli təhlükəsizliyi


İslam fundamentalizmi və Azərbaycanın milli təhlükəsizliyi


İslami kökdən dinçilik İslam bir dinin adıdır , bu səbəbdən aktyorlara yönümlü bir tərif olaraq müsəlman kökdənçiliyin anlayışını önə çıxarmaq lazımdır. kökdən dinçilik və ya Radikal İslam , İslami anlayışların uc dərəcədə mühafizəkar şərhi üçün istifadə edilməkdədir. İslami Fundamentalizmte Quranın və hədislərin şərhə yer buraxmadan , tam mənasıyla sözü sözünə tətbiq olunması əsasdır. İslami kökdən dinçilik yalnız İslamın fərdi tətbiqləriylə əlaqədar ola biləcəyi kimi , camaatlar və ya daha böyük sosial qruplar səviyyəsində də ola bilər. İslami kökdən dinçilik , əksəriyyətlə Müsəlman ölkələrdə iştirak edən çox sayda dini hərəkət və siyasi partiyanı təyin etməkdə istifadə edilməkdədir. Əl-Qaidə və Hizbullah kimi bəzi radikal İslamçı qruplar isə çox sayda ölkə tərəfindən terrorist olaraq təyin olunmaqdadır. İslami kökdən dinçilik termini zaman zaman İslami qaydaların Qərb ölkələrində dövlətin dünyəvi qanunlarının üstündə tutulması istəklərini əhatə edəcək şəkildə də istifadə edilər.
Qafqaz xalqlarının əksəriyyətinin etiqad etdiyi islam dininin hənəfilik, şafiilik və şiəlik məzhəbi ənənəvi şəkildə burada öz mövqeyini tutmuşdur. Azərbaycanda «şiəlik», Dağıstanda, Çeçenistanda və İnquşetiyada «şafiilik» məzhəbi geniş şəkildə yayılmışdır. SSRİ-nin süqutundan sonra etnodil, etnodemoqrafik, etnososial, etnomədəni baxımdan dünyanın unikal bölgəsi olan Qafqazda vəhhabilik məzhəbi yayılmağa başlamışdır. Bu məzhəbin Qafqazda yayılması tarix boyu region üçün yad olan islam fundamentalizmi ideyasının geniş şəkildə təbliğinə gətirib çıxarmışdır. Qafqazda islam fundamentalizminin yayılması isə bölgədə davamlı sülhün, sabitliyin və təhlükəsizliyin bərpa olunmasını təhdid altına alan ciddi amillərdən birinə çevrilmişdir. Bu da danılmaz bir faktdır ki, bu mənfur amillərə qarşı təkcə inzibati yollarla deyil, həm də maarifləndirmə yolu ilə mübarizə aparmaq vacibdir. Qafqazda vəhhabiliyin yayılması üçün Səudiyyə Ərəbistanında fəaliyyət göstərən «əl-Hərameyn» və «əl-İğasə» təşkilatları kifayət qədər vəsait ayırmışdılar. Onların əsas məqsədi vəhhabilik vasitəsilə Qafqaz müsəlmanlarını birləşdirərək Rusiya Federasiyasını sıxışdırmaq və bölgədə böyük islam dövləti yaratmaqdan ibarətdir. Bütün bu işlərə nail olmaq üçün 1990-cı illərin əvvəllərində yuxarıda adları çəkilən fondların və təşkilatların köməkliyi ilə Qafqazda vəhhabilik ideologiyasına əsaslanan yeni təşkilat, partiya və hərəkatlar yaradılmağa başlandı. Misal olaraq bu kimi təşkilat, partiya və hərəkatlardan N. Xaçilayevin başçılıq etdiyi «Rusiya müsəlmanlarının ittifaqı» təşkilatının, M. Sadikovun həm sədr olduğu «Nur» hərəkatının, M. Rəcəbovun başçılıq etdiyi «Rusiya İslam Partiyası»nın, S. Asiyatilovun başçılıq etdiyi «Dağıstan İslam Partiyası»nın, A. Axtayevin və B. Maqomedovun baş-etdiyi «İslam Dirçəliş Partiyası»nın, M. Uduqovun başçılıq etdiyi radikal vəhhabi yönümlü «İslami yol» və «İslam milləti» təşkilatlarının, Ş. Basayevin başçılıq etdiyi «İçkeriya və Dağıstan xalqlarının Konqresi»nin, X.Xasbulatovun başçılıq etdiyi «Сəmaətül müslimin» təşkilatının adlarını çəkmək olar. Bunlarla yanaşı Qafqazda kifayət qədər dövlətə tabe olan və yaxud rəsmi şəkildə qeydiyyatdan keçən dini təşkilatlar da vardır. Şimali Qafqazda yerləşən Rusiya Federasiyasının 5 subyektində (Dağıstan, İnquşetiya,Qaracay-Çerkes, Kabardin-Balkariya və Çeçenistan Respublikalarında) kifayət qədər dini təşkilatlar mövcuddur. Rusiyanın Cənub hissəsində 11 ruhani idarəsi fəaliyyət göstərməkdədir. Statistik məlumatlara görə hazırda Qafqazda 1700 müsəlman təşkilatı vardır. Bu təşkilatlarla yanaşı, dini institutlar, mədrəsələr və məktəblər də fəaliyyət göstərirlər. Təkcə Dağıstanda 19 dini təmayüllü ali məktəb, 113 mədrəsə və 94 məktəb mövcuddur. Bütün sahələrdə olduğu kimi, dini dəyərlərə münasibət və tolerantlığın təmin olunması istiqamətində və ekstremizmin qarşısının alınmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməkdədir.
XX əsrin sonu XXI əsrin əvvəllərində Qafqazın ən böyük problemlərindən biri olan vəhhabi ekstremizminin qarşısının alınması və bu problemin tamamilə aradan qaldırılması üçün Heydər Əliyevin modelindən istifadə olunması lazımdır. Bu gün Azərbaycan Respublikası ənənəvi İslamın qorunması, dini ekstremizmin qarşısının alınması, İslamın sülh və əxlaq prinsiplərinin gənc nəslin tərbiyəsi sahəsinə yönəldilməsi sahəsində təkcə Qafqazda deyil, bütün müsəlman ölkələri arasında nümunəvi dövlət hesab olunmaqdadır. Məhz buna görə vəhhabi ekstremizmi kimi mənfur bir problemin həlli yalnız və yalnız İslamın əsl mahiyyətinin dövlət tərəfindən qorunması və təbliğinə geniş şərait yaradılması ilə mümkün ola bilər. Bu istiqamətdə isə Heydər Əliyevin dini dəyərlərin inkişafı və qorunması modeli Qafqaz xalqları üçün əvəzsiz bir töhfədir.
29. Azərbaycanın informasiya təhlükəsizliyi siyasəti

Azərbaycanın informasiya təhlükəsizliyi siyasəti


Hər bir ölkənin informasiya məkanı və informasiya mühiti, informasiya ehtiyatları və texnologiyaları cəmiyyətin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının səviyyəsini və dinamikasını müəyyənləşdirir. Geosiyasi ədəbiyyatda “informasiya mühiti” beynəlxalq və yerli sistemyaradıcı amil olmaqla bərabər, bəlli məkanlarda siyasi, iqtisadi, müdafiə, sosial-mə nəvi və digər sahələrə müdaxilə edərək, milli təhlükəsizlik sisteminə ciddi təsir göstərən vasitə kimi də dəyərləndirilir. Beynəlxalq və milli idarəetmə qərarlarının səmərəliliyi toplanmış informasiyanın həcmi, onun işlənmə və istifadə sürətiilə müəyyənləşir. Beynəlxalq, regional və milli münasibətlərin, daxili və xarici sosial-iqtisadi proseslərin idarə olunmasında informasiya siyasəti və təhlükəsizliyinin əhəmiyyəti getdikcə artır.
Müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olmuşdur. 1990-cı illərin əvvəllərində bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi, ideoloji təbliğat fəaliyyəti Azərbaycan ərazisində əhalinin bəzi sosial və milli-etnik təbəqələrində ciddi anti-milli və anti-dövlət meyili formalaşdırmış, müstəqil dövlətin əsaslarına, vətəndaş həmrəyliyi və birliyinə təhlükə yaratmışdı. Xarici dairələr bununla kifayətlənməyərək Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə təsir göstərmək məqsədi ilə çoxsaylı dini, ideoloji, informasiya və təbliğat şaxələri yaratmış və öz məqsədləri üçün istifadə etmişlər. Belə təxribatçı hərəkətlər ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətin cəmiyyət üzərind əki nəzarətinin itirilməsinə və daxili anarxiyanın yaranmasına yönəlmişdi. Bundan başqa, həmin dövrdə Azərbaycanın daxili informasiya sistemləri, o cümlədən, informasiya yaratma, ötürmə, ümumiləşdirmə və təhliletmə vasitələri, şəbəkə və xətləri ya iflic olmuş, ya da bütövlükdə xarici ölkələrin nəzarəti altına keçmişdi. Xüsusən, nəzərə alınsa ki, o dövrün bütün informasiya texnologiyaları - telefon, peyk rabitəsi, internet, o cümlədən informasiya ötürmə sistemləri, milli təhlükəsizlik və müdafiə nazirliklərinin istifadə etdiyi digər informasiya vasitələri bütövlükdə xarici ölkələrin və beynəlxalq informasiya güclərinin nəzarəti altında idi, bu halda ölkənin informasiya təhlükəsizliyi sahəsindəki problemləri və boşluqları təsəvvür etmək o qədər də çətin olmaz.Bütün bunlar və digər proseslər 90-cı illərin birinci yarısında Azərbaycan hakimiyyəti qarşısında məxsusi informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin formalaşdırılması, milli informasiya fəaliyyətinin vahid strategiyasının hazırlanması və həyata keçirilməsi kimi təxirəsalınmaz vəzifələr qoyurdu. 1993-cü ildən başlayaraq Prezident Heydər Əliyevin rəhbərliyi altında özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti həyata keçirilməyə başlandı. Dövlətin informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəyyən edildi, nəzəri və praktiki əsasları yaradıldı, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və dövlət həyatının bütün sahələrində tətbiq olunmağa başlandı. Demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas tələbi kimi söz və məlumat azadlığının təminatı, demokratik və siyasi plüralistik kütləvi informasiya vasitələrinin (KİV) yaradılması, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi, beynəlxalq rəqabətədavamlılığının artırılması, informasiya fəaliyyətinin hüquqi-normativ əsaslarının yenidən qurulması və s. bu siyasətin əsas prioritetlərinə çevrildi. Azərbaycan hakimiyyəti bu istiqamətdə bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş demokratik ölkələrlə əməkdaşlıq edərək respublikada azad informasiya mühiti formalaşdırdı, ölkənin informasiya təhlükəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi. Keçən iyirmi ildə Azərbaycanda milli informasiya siyasəti və təhlükəsizliyi sahəsində müəyyən qanunlar, konsepsiyalar, doktrinalar, xüsusi dövlət proqramları və s. sənədlər qəbul edilib, çoxsaylı praktiki addımlar atılıb və işlər görülüb.

30. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən dövlət orqanları


Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən dövlət orqanları
Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları—dövlət tərəfindən yaradılan, qanunvericilik çərçivəsində fəaliyyət göstərən və Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin etmə qabiliyyətinə malik olan qurumlardır. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları aşağıdakılardır:
➢ Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr;
➢ Azərbaycan Respublikasının xüsusi xidmət orqanları;
➢ polis, prokurorluq, gömrük, vergi və digər hüquq mühafizə orqanları;
➢ sənaye, energetika, nəqliyyat sahəsində işlərin təhlükəsiz görülməsi qaydalarına məsuliyyət daşıyan, rabitə və informasiya təhlükəsizliyini, ətraf mühitin mühafizəsini və əhalinin sağlamlığının qorunmasını təmin edən dövlət orqanları və milli təhlükəsizliyinin təmin olunmasında iştirak edən digər dövlət orqanları.
Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada qarşılıqlı fəaliyyət göstərir və səlahiyyətləri ilə bağlı məsələlərlə əlaqədar bir-birini qarşılıqlı surətdə məlumatlandırırlar. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları öz səlahiyyətləri daxilində:
❖ Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlər planlaşdırır və həyata keçirirlər;
❖ Azərbaycan Respublikasının milli təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verirlər;
❖ Azərbaycan Respublikasının milli təhlükəsizliyi sahəsində qanunlara və digər normativ-hüquqi aktlara riayət olunmasını təmin edirlər;
❖ Azərbaycan Respublikasının milli təhlükəsizliyini təhdid edən, milli maraqlara zərər vura bilən fəaliyyətin qarşısının alınması üçün müvafiq tədbirlər görürlər.
Azərbaycan Respublikasının vətəndaşları:
❖ seçki, referendum və qanunla müəyyən olunmuş digər demokratik vasitələrlə Azərbaycan Respublikasının milli maraqları və onların müdafiəsinin yolları haqda öz fikir və təkliflərini ifadə və icra edirlər;
❖ qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən hazırlanmış tədbirləri könüllü və ya konstitusiya vəzifələrinin yerinə yetirilməsi şəklində həyata keçirirlər;
❖ ölkə həyatının müxtəlif sahələrində təzahür edən təhlükəli hallara dövlət və ictimai təsisatların diqqətini cəlb edir, bütün qanuni vasitələrlə dövlətin təhlükəsizliyi, habelə hüquq və maraqlarının müdafiə olunmasına çalışırlar.
Azərbaycan dövləti Azərbaycan Respublikasının qanunvericiliyinə və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq öz ərazisində olan hər bir şəxsin təhlükəsizliyini təmin edir. Azərbaycan Respublikası ərazisindən kənarda müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi üçün tədbirlər görür və onlara hamilik edir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yalnız qanunla müəyyən edilmiş hallarda yol verilə bilər. Hər bir şəxs öz hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı milli təhlükəsizliyi təmin edən subyektlərdən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat almaq hüququna malikdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında səlahiyyət həddini aşmış vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında kömək göstərmiş hər bir şəxsə dövlət himayəsi, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada hüquqi müdafiə təminatı verilir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyan zərərçəkənlərin tələbi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.













Yüklə 66,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin