AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
137
müraciət edən vətəndaş sorğusunun aşağıdakı formalardan birində təmin edilməsini
tələb edə bilər:
Ø
sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma;
Ø
sənədin üzünün köçürülməsi.
Sorğu metodu.
Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş
istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus
universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə
tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu
metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri
və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat
ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında
daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir.
Dostları ilə paylaş: