AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
154
ü
bank rekvizitləri, habelə öhdəliklərin pozulması halında
cərimənin məbləği (ödəniş zəmanəti olduqda).
Bank Zəmanətləri.
Ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq prosesində
tərəfdaşlardan birinin digəri qarşısında öhdəliklərini icra edə bilməməsi və ya
icradan imtina etməsi riskləri mövcuddur. Digər tərəfin maliyyə itkilərindən özünü
etibarlı şəkildə qorumaq üçün bütün dünyada bank
zəmanəti xidmətindən geniş
istifadə edilir.
Bank zəmanətinin təsviri.
Bank zəmanəti – müştəri (alıcı / borclu / prinsipal)
öhdəliklərinə uyğun qaydada digər tərəfə (satıcıya / kreditora / benefisiara) ödənişi
həyata keçirmədikdə, Bankın (zaminin) digər tərəf qarşısında, onun yazılı tələbinin
və ya zəmanət (qarantiya) məktubunda göstərilən digər sənədlərin təqdim olunması
müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır. Beynəlxalq bank
zəmanəti – Bankın xaricdə olan tərəf qarşısında, onun yazılı tələbinin və ya zəmanət
məktubunda göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi
həyata keçirəcəyi barədə yazılı təminatıdır. Bank zəmanəti –
müqavilə təşkil
edilərkən risklərin sığortalanmasının bir növüdür. Belə sığortalanmanın mahiyyəti
ondan ibarətdir ki, müqavilə iştirakçısının (prinsipial) xahişi ilə tərəflər arasında
bağlanan
müqavilə üzrə riskləri bank, sığorta şirkəti və yaxud digər hüquqi şəxs
(zəmanət) üzərinə götürür. Zəmanət yazılı formada təqdim edilir.
Kreditor
qarşısında prinsipial tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi halında zamin
sonuncunun bütün zərərlərini və yaxud zəmanətdə qeyd olunmuş həcmdə zərəri öz
üzərinə götürür. İqtisadi cəhətdən zəmanət bir çox hallarda zaminlikdən fərqlənmir.
Daha doğrusu, zaminlikdə olduğu kimi bank zəmanəti borcalanla müqavilə
imzalayan zaman kreditorun qazandığı riskləri sığortalayır. Lakin bu iki anlayış
arasında fərqlər də mövcuddur. Müqavilənin bir hissəsi
olan zaminlikdən fərqli
olaraq, bank zəmanəti təmin etdiyi müqavilənin bir hissəsi hesab edilmir. Zəmanət
verənin öhdəliyi müqavilənin inkişafından asılı olaraq dəyişə bilməz. Bank zəmanəti
müəyyən müddətə verilir və zamin tərəfindən ləğv edilə bilməz. Bank zəmanətində
üç tərəf iştirak edir: zamin, prinsipial (borcalan) və benefisiar (kreditor). Bank
zəmanəti prosesində zamin qismində istənilən maliyyə-kredit təşkilatı və yaxud
sığorta şirkəti oynaya bilər. Burada borcalan qismində isə hər hansı məhsul və yaxud
xidmət təchizatçısı, alıcı, bank borcalanı və s. ola bilər. Benefisiar – bank zəmanəti
ilə təmin edilən müqavilədə kreditor rolunu oynayan şəxsdir.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
155
Təşəkkür
məktubu bəzi istəklərin, tapşırıqların, işbirliyinin yerinə yetirilməsinə
görə minnətdarlığını ifadə edən qeyri-kommersiya xarakterli bir iş növüdür.
Dostları ilə paylaş: