AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
15
icmaların, xüsusilə də yerli icmaların, qrupların və bəzi hallarda ayrı-ayrı şəxslərin
qeyri-maddi mədəni irsin yaradılması, mühafizəsi, qorunub saxlanması və yenidən
bərpasında mühüm rol oynadıqlarını, bununla da mədəni müxtəlifliyi
zənginləşdirdiklərini və insan yaradıcılığına rəvac verdiklərini etiraf edərək,
YUNESKO-nun mədəni irsin mühafizəsinə yönəldilən normativ aktların, xüsusilə
də 1972-ci il Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında
Konvensiyanın işlənib hazırlanması ilə bağlı fəaliyyətinin böyük əhəmiyyətini
qeyd edərək,
daha sonra, hal-hazırda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi
qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmadığını qeyd edərək,
mədəni və təbii irslə bağlı qüvvədə olan beynəlxalq saziş, tövsiyə və qətnamələrin
qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə
zənginləşməyə və əlavələr edilməyə ehtiyacı olduğunu nəzərə alaraq,
qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin xüsusilə də gənc
nəsillər arasında daha dərindən qavranılmasının zəruriliyini nəzərə alaraq,
beynəlxalq birliyin Konvensiyanın iştirakçısı olan dövlətlərlə birlikdə əməkdaşlıq
və qarşılıqlı yardım ruhunda bu cür irsin qorunmasına kömək göstərməsini vacib
hesab edərək, qeyri-maddi mədəni irslə, xüsusilə də bəşəriyyətin şifahi və qeyri-
maddi irsinin şah əsərlərinin elan edilməsi ilə bağlı YUNESKO-nun proqramlarını
xatırladaraq, insanlar arasında yaxınlaşmaya, mübadiləyə və qarşılıqlı anlaşmaya
rəvac verən amil kimi qeyri-maddi mədəni irsin əvəzsiz rolunu nəzərə alaraq,
2003-cü il oktyabrın on yeddisində bu Konvensiyanı qəbul etdi.
Dostları ilə paylaş: