Microsoft Word yeni vəSAİT. docx


Yazılı işgüzar ünsiyyətin etikası



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə75/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   71   72   73   74   75   76   77   78   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Yazılı işgüzar ünsiyyətin etikası.
İşgüzar yazılı ünsiyyətdə başlıcca tələblərdən biri 
də etiket qaydalarının gözlənilməsidir. Etiket qaydalarının gözlənilməsi işgüzar 
münasibətlərin qurulmasına və pozitiv istiqamətdə inkişafına kömək etməklə yanaşı, 
əməkdaşlığın sağlam təməlini yaradır, etibarlı tərəfdaşlığın möhkəmlənməsinə 
xidmət edir. Ona görə də işgüzar yazılı ünsiyyətdə aşağıdakı etiket qaydalarına əməl 
edilməlidir: 
ü
Tərəf müqabilinə, qarşı tərəfə hörmət əlaməti olaraq işgüzar yazılı 
sənədin bir ünvana göndərilməsi daha düzgündür. Bu, işgüzar 
əlaqələrin möhkəmlənməsinə münbit şərait yarada bilər;
ü
Hüquqi və fiziki şəxsin ünvanına daxil olmuş məktuba (sənədə) 
mütləq vaxtında cavab verilməlidir. Verilən cavab konkret və aydın 
olmalı, quru sözlərdən və yalnız dəftərxana ifadələrindən (rəsmi 
ifadələrdən) ibarət olmamalıdır; 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
109 
ü
Məktubun (sənədin) bir neçə ünvana göndərilməsi zərurəti yaranarsa, 
hər bir nüsxəsinin üzərinə “surəti” sözü əlavə olunmalıdır. Məsələn, 
“Azərbaycan Respublikası Təhsil Nazirliyinə”. Surəti: “Bakı şəhər 
icra hakimiyyətinə”. Belə olan hallarda işgüzar məktubun göndərildiyi 
birinci şəxs və ya təşkilat həmin məktuba cavab verməlidir. Məktubun 
surəti göndərildiyi şəxsin və ya təşkilatın cavabı məcburi deyildir; 
ü
Hər bir işgüzar məktubun konkret mövzusu olmalıdır. Bu, qarşı tərəfin 
vaxtına qənaət deməkdir. Belə ki, digər yazışmalar arasında 
göndərilən məktublar içərisində konkret mövzulu məktub asanlıqla 
tapılır və ona cavab verilməsinə kömək edir; 
ü
İşgüzar məktub salamlaşma ilə başlayır, sonra onun ünvanlandığı 
şəxsə və təşkilata müraciətlə davam etdirilir. Bu hal qarşı tərəfin vacib 
bir şəxs olması qənaətinə gəlməsinə səbəb olur. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin