Dissertasiya işinin məqsəd və vəzifələri. Tədqiqatın başlıca məqsədi
ilkin mənbələr və mövcud tarixşünaslıq bazası əsasında XIX-XX əsrin
əvvəllərində İrəvan quberniyası əhalisinin etnik tərkibini, buradakı etnik
durumunun kompleks şəkildə tədqiq etməkdir.
XIX-XX əsrin əvvəllərində İrəvan quberniyasının etnik tərkibinin
obyektiv elmi əsaslarla öyrənilməsinə çalışarkən aşağıdakı vəzifələrin yerinə
yetirilməsi qarşıya qoyulmuşdur:
-XIX-XX əsrin əvvəllərində İrəvan quberniyasında etnik münasibətlər
tarixinin obyektiv təhlilini vermək , onun əsas problemlərini kompleks şəkildə
araşdırmaya cəlb etmək və davamlı şəklə salmaq;
- rus işğalının bölgənin etnik münasibətlər durumuna təsirini araşdırmaq;
- çar Rusiyasının “Erməni vilayəti”nin yaradılmasında məqsədyönlü
siyasətini təhlil etmək;
- İşğaldan sonra İrəvan bölgəsinə kütləvi erməni köçürmələrini şərh
etmək;
- çarizmin bölgənin xristianlaşdırması siyasətinin köklərini və onun
nəticələrini araşdırmaq;
- İrəvan quberniyasında etnik və konfessional münasibətlərin ümumi
səciyyəsini təhlil etmək;
- 1905-1906-cı illərdə ermənilərin Azərbaycan türklərinə qarşı
yönəltdikləri soyqırımı tarixini araşdırmaq;
- çarizmin milli-müstəmləkə və ermənilərin antitürk müstəmləkəçilik
siyasətinin nəticələrini üzə çıxarmaq.
Dostları ilə paylaş: |