552) B qrupa aid olan streptokokkların patogenliyinin faktorları hansılardır?
A) Adgezinlər
B) Kollagenaza
C) Toksin
D) Neyraminidaza, kapsula
E) Ureaza
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
553) "Streptococcus pneumoniae" əsas patogenlik faktorları hansılardır?
A) S-substansiyası və kapsula
B) Adgezinlər
C) Kollagenaza
D) Xovlar
E) Hemolizinlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
554) "Bacillus" cinsinin bakteriyalarının ayrılması üçün hansı qidalı mühitlər istifadə olunur?
A) Sarılı duzlu aqar
B) Vismut sulfit aqar mühiti
C) Kitt-Tarossi mühiti
D) Ət pepton aqar, qanlı aqar,zərdablı aqar
E) Saburo mühiti
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
Dostları ilə paylaş: |